Wordpress → Wordpress.com 20 milyonuncu blogunu gözləyir

önümüzdəki günlərdə 20 milyonuncu blogunun açılmasını qeyd etməyə hazırlanır. Keçən il bu zamanlar 10 milyon ətrafında blogu olan xidmətin sahibi Automattic cəbhəsində bu sürətli inkişaf coşğuyla qarşılanmayacaq kimi görünür çünki son aylarda getdikcə daha məşhur olan , onlardan çox daha sürətli bir şəkildə böyüyür və WordPressi keçmək üzrədir. Əlbəttə bu statistika Wordpress.com platformasına aiddir. Çünki, sistemin script versiyası çox sürətli bir şəkildə yayılıb və blog scripti olmaqdan çıxaraq ümumi bir CMS şəklini alıb. İnternetin demək olar ki, hər istiqamətində qarşımıza çıxmağa başlayır.
( Ətraflı oxuyun )
- +1
- 12 мая 2011, 02:22
- 2
Wordpress → Wordpress 3.1
Dünyanın ən məşhur blog sistemlərindən (son versiyalarında artıq özlərini haqlı CMS adlandırırlar) -in yeni versiyası çıxdı. Açıq qaynaq (open source) kodlu CMS sistemi WordPress, uzun müddətdir gözlənilən əhəmiyyətli dəyişikliyi sonunda reallaşdırdı.
Nə yeniliklər var?
( Ətraflı oxuyun )
- +2
- 24 февраля 2011, 02:38
- 3
Blog: Elliot → Phototag Wordpress Plugini

İlk WP pluginim olan plugininin bir qoşqu proqramı kimi özünü doğrultması(müxtəlif ölkələrdən xeyli sayda developerdən təşəkkür və yeni update üçün təkliflər aldım) növbəti pluginləri reallaşdırmağa stimul verdi. Növbəti plugin üçün ideyalar çox olsa da ilk olaraq şəkildə obyekti tag etmək üçün vasitə olan bir plugin yazmaq qərarına gəldim(Facebook şəkillərindəki tag sisteminin oxşar variantı). Əvvəlcə mövcud pluginləri araşdırdım və bir neçə oxşar işləri görən pluginlərlə rastlaşsam da o pluginlərin yeni versiyaları dəstəkləmədiyini, qaneedici olmadıqlarını görüb bu plugini reallaşdırmağa başladım. 3 gün öncə vaxt imkanı tapıb işə başladım və dünən bitirdim. Artıq bu gün plugini Wordpress.org-a göndərdim və dərhal qəbul edildi. Plugin artıq rəsmi Wordpress saytındadır, buyurub yükləyə bilərsiniz: .
( Ətraflı oxuyun )
- +7
- 27 января 2011, 23:32
- 6
İnternet → Linkedin də, rəsmi paylaşım buttonu çıxardı
Facebook-un share buttonundan sonra artıq bir çox sosial platformaya məxsus share buttonları çıxmağa başladı. Xüsusən ruslar bu sahədə çox aktivdir — , , . Dünyada məşhurlardan Twitter axırıncı dəfə share buttonu çıxardığının şahidi oldum. Düzdü hələki onun rəsmi buttonunu istifadə etmirik da. Səbəb isə işləmə stabilliyi qane etmir. Ondansa tweetmeme daha yaxşıdır. Baxmayaraq ki, elə Twitterin rəsmi buttonunun mühəndisi də tweetmeme-nin mühəndisidir.
( Ətraflı oxuyun )
- +2
- 1 декабря 2010, 18:36
- 5
Blog: Elliot → HEXAM - yeni Wordpress plugini

Son zamanlar wordpress platformasında daha çox işlədiyimdən öz php class-larımı, kod parçalarımı wordpress-ə keçirmək barədə qərara gəlmişdim. İnline-php kimi çox faydalı plugini(wordpress page,post daxilində php kodların işləməsini təmin edir) aktiv etməklə və theme fayllarına lazımi php kodlar yazmaqla istədiyimiz nəticəni plugin olmadan da almaq olar. Amma təbii ki Plugin məsələnin universal həll yoludur və bu zaman php ilə iş təcrübəsi olmayan developer belə yazdığımız class-ın gördüyü işdən bəhrələnə bilir. İlk plugin olaraq online test,sınaq, psixoloji test və.s. keçirmək üçün bir plugin yazmaq qərarına gəldim. Plugin HEXAM adlanır( HE-müəllifin soyadı,adı; + EXAM-imtahan :) ) və artıq Wordpress.org tərəfindən qəbul edilərək plugin bazasına əlavə olunub:
Plugin install etmək çox sadə bir şeydir və o haqda ətraflı yazmıram. (qısaca: Dashboard-da admin menyuda Plugins->Add plugin, axtarışda pluginin adını yazıb çıxan nəticədə İNSTALL, daha sonra Activate.)
Plugin dünən əlavə olunub hələ ki yaxşıca test edilməyib, ona görə də hansısa bug-ların olma ehtimalı var. Belə hallar üzə çıxdıqca dərhal həll ediləcək.
Yaxın zamanda istifadə etdiyim digər maraqlı həlləri plugin formasına salaraq wordpress-ə əlavə etmək fikrindəyəm.
Pluginin Wordpress.org-a əlavə edilmə prosesi ilk dəfə üçün çətin prosesdir və bu barədə də izahlı yazı yazmaq lazımdır, imkan olan kimi yazacam. Ümid edirəm ki digər php proqramçılar da bundan sonra öz universal həllərini plugin standartına keçirib wordpress-də yerləşdirər.
Indi isə gələk HEXAM pluginin istifadəsinə:
( Ətraflı oxuyun )
- +2
- 30 ноября 2010, 11:52
- 2
Microsoft → Windows Live Spaces Artıq WordPress-də

Microsoft, uzun müddətdir davam edən blog xidməti Live Spaces üçün daha çox vaxt ayıra bilmədiyindən olsa gərək, bu platforması WordPressə əmanət etdi!
Microsoft, blog sahəsində dünyaca məşhur blog platforması WordPress ilə ortaqlığa başladı. Firmanın bu hərəkətinin ardında, uzun illərdir davam etdirdiyi blog xidməti olan Live Spacesi daha təsirli bir platforma halına gətirə bilmək olmasının yatdığı düşünülür.
Bu gündən etibarən Live Spaces platforması üzərindəki bloglarına çatmaq istəyən istifadəçilər, WordPress infrastrukturundan faydalanmaq üçün Live Spaces tərəfindən WordPressə istiqamətləndiriləcək. Microsoft bu sayədə həm blog xidməti Live Spacesi canlı tutacaq, həm də internet sahəsində başqa xidmətlərə daha çox diqqət yetirəcək.
- +1
- 28 сентября 2010, 11:57
- 3
Blog: rashadaliyev → WPUSTA.COM loqosu seçildi!
Bir xeyli hazırlıqdan sonra wpusta.com saytının loqosunu internet istifadəçilərinin öhdəliyinə buraxmaq qərarına gəldim. 3 gün əvvəl saytda eskizlərin seçilməsi üçün kiçik bir post yazdım. ( )
Bu gün gələn müraciətlərə və dəyərləndirmələrə, facebookdan gələn müraciətləri də əlavə edərək seçimi yekunlaşdırmaq qərarına gəldim.
Yeni loqonu təqdim edirəm.

Kiçik girişdən sonra barəsində məlumat vermək istəyirəm.
Bloq sahəsində Dünyanın ən populyarı olmaqla yanaşı, çox geniş şablon və proqram əlavələri (plugins) olmasıyla da CMS kimi istifadədə öz yerini tutan WordPress-in qurulmasından tutun da bütün mərhələlərinə qədər meydana gələn problemlərin həlli və tövsiyələrin bir araya gətirilməsi məqsədilə yaradılmışdır.
Saytda təcrübələri olanlar sual soruşub problemlərinə həll axtaranlara köməklik göstərəcək və bu zaman da interaktvliklərə görə reytinq qazanacaqlardır.
Yaxın gələcəkdə isə sayt üzərindən VİP xidmətin də göstərilməsi nəzərdə tutulmaqdadır.
Uzun sözün qısası: Bütün wordpress problemlərinizin həllini -da axtarın. ;)
Bu gün gələn müraciətlərə və dəyərləndirmələrə, facebookdan gələn müraciətləri də əlavə edərək seçimi yekunlaşdırmaq qərarına gəldim.
Yeni loqonu təqdim edirəm.

Kiçik girişdən sonra barəsində məlumat vermək istəyirəm.
Bloq sahəsində Dünyanın ən populyarı olmaqla yanaşı, çox geniş şablon və proqram əlavələri (plugins) olmasıyla da CMS kimi istifadədə öz yerini tutan WordPress-in qurulmasından tutun da bütün mərhələlərinə qədər meydana gələn problemlərin həlli və tövsiyələrin bir araya gətirilməsi məqsədilə yaradılmışdır.
Saytda təcrübələri olanlar sual soruşub problemlərinə həll axtaranlara köməklik göstərəcək və bu zaman da interaktvliklərə görə reytinq qazanacaqlardır.
Yaxın gələcəkdə isə sayt üzərindən VİP xidmətin də göstərilməsi nəzərdə tutulmaqdadır.
Uzun sözün qısası: Bütün wordpress problemlərinizin həllini -da axtarın. ;)
- 0
- 21 августа 2010, 18:22
- 5
Wordpress → Wordpress 3.0 istifadəyə hazırdı

Wordpress 3.0 haqqında WebOxu-da daha əvvəl məlumat verilmiş və . Bir müddət idi ki, beta testləri davam edirdi. Artıq . Bu barədə rəsmi olaraq da . Yükləmə səhifəsində də 3.0-ı .
- +2
- 17 июня 2010, 22:34
- 2
Wordpress → Wordpress 3.0 Beta çıxdı

Blog anlayışı ilə birbaşa əlaqəli olan Wordpress scriptinin 3.0 versiyası Beta olaraq . Yükləyib test edə bilərsiniz. Ancaq öz əsas blogunuzu buna dəyişməyin, sadəcə test edin. Çünki dəyişmək məsləhət olunmur. Öz bloglarında da hələ tam hazır deyil.
Bəs bu yeni versiyası əsas nələri ilə seçiləcək?
( Ətraflı oxuyun )
- +1
- 3 апреля 2010, 14:11
- 4
Bloglar → Wordpress 2.9

Blog dünynasının aparıcı mühərrik CMS`i olan Wordpressin növbəti versiyasl çıxdı. 2.9 olan versiya «Carmen» adlanır. Əgər blogunuzu yeniləmək istəyirsinizsə bura daxil olub yeni versiyanı endirin və yeniləyin. Yada çox tələsmirsinizsə bir az daha səbr edin, gözləyin yeni versiyadakı «bug»lar su üzünə çıxsın, fix olunsun sonra yeniləyərsiniz.
- +1
- 19 декабря 2009, 10:41
- şərh yaz



