Blog: Teodor86 → Windows XP əməliyyat sisteminin 10 yaşı tamam olub

2011-ci il oktyabr ayının 25-də Windows XP əməliyyat sisteminin 10 yaşı tamam olub. Məhz 2001-ci ilin bu günü proqram platformasının satışları başlanıb.
Windows XP əməliyyat sisteminin yaradılması ilə fərdi kompüterdə işə baxış dəyişib; o, daha maraqlı, daha sürətli olub. Bir sıra orijinal funksiyalar — yeni interfeys, audioformatların dəstəklənməsi, şəkillərlə (XP ilk dəfə istifadəçilərə şəkillərin kameradan kompyuterə ötürülməsi üçün interfeys təqdim edib) sadə iş imkanı təqdim edilib.
( Ətraflı oxuyun )
- +1
- 26 октября 2011, 09:30
- şərh yaz
Texnologiya → Əməliyyat sistemlərinin mart ayı nəticələri açıqlandı

Bazardakı 5-ci ayını tamamlayan Windows 7, Mart 2010 sonu etibarı ilə 10.23% bazar payı əldə edibdi. Bu nisbət, növbə ilə 64.46% və 16% paya sahib XP və Vista əməliyyat sistemlərindən ayrılan istifadəçilər sayəsində artdı. Ən böyük keçiş isə 1% ilə XP-dən 7-ə doğru yaşandı.
Eyni zamanda, Mac OS X`in nisbəti 5.33%, Linuxunku isə 1% olaraq qeyd edildi. Hər iki «alternativ» sistemdə də bir əvvəlki aya görə artım olub. Bazara ümumi baxsaq, Microsoftun əməliyyat sistemləri cəmdə 0.54% eniş yaşasa da, 91.58% istifadə nisbətiylə 1 nömrədəki yerini qorudu.
- 0
- 2 апреля 2010, 14:49
- 1



