Mobil Texnologiya →  Nokianın Windows Phone cihazı Stephen Elopun əlində görüldü


Əgər iddialar doğrudursa, Nokianın idarəçisi Stephen Elop, şirkətinin bazara çıxarmağı planlaşdırdığı Windows Phone cihazlarını şəxsən test edir. Twitterdə verdiyi məlumatlara görə bir marketinq şirkətində idarəçi direktor olaraq işləyən Timo Ronkainen adlı bir şəxs, bu sayt üzərindən izləyiciləri ilə paylaşdığına görə, bir hokey oyununda Elopu əlində Nokia Windows Phone cihazı görüb.

( Ətraflı oxuyun )
Paylaş :

Microsoft →  Marketplace Nokia xəbərlərindən sonra yüksəlir

Microsoftun mobil əməliyyat sistemi olan Windows Phone üçün olan app mağazası Marketplace-də son dövrdə böyümə var. App-ların sayı sürətlə artır. Rəqibləri Android və iOS-a nisbətən olduqca kiçik rəqəmlər olmağına baxmayaraq Marketplace-in özü üçün rəqəm böyükdür.
Bu böyüməyə təsir isə Microsoftla Nokianın razılaşmalarının səbəb olduğu düşünülür. Artıq platformanın daha çox istifadəçisi olacağını düşünən developerlər bu platformaya da maraq göstərməyə başlayıblar.
Marketplace hal-hazırda 10.000 mobil oyun və app var. İşin daha da maraqlı yanı isə son bir aylıq müddətdə 2.000-dən çox məzmunun Marketplace-ə əlavə olunmuş olmağıdır.

Windows Phone-un mobil app mağazasında yer alan məzmunlarda ən yüksək pay 23% ilə mobil oyunlar tutur. Mağazadakı ödənişsiz appların sayı isə 3000-dən artıqdır. Windows Phone üçün hal-hazırda təsdiqlənmiş 4300 developer mövcuddur.
Paylaş :

Mobil Texnologiya →  Nokia niyə Androidi yox Windows Phone 7-ni seçdi?


Nokianın Windows Phone 7-ə keçəcəyini açıqlaması texnologiya dünyasını sarsıtdı. Nokia CEO-su Stephen Elop, insanlarda yaranan suallara Mobilə World Congressdə cavab verdi.
Nokianın Symbianı buraxıb Windows Phone 7-ə keçmə qərarı alması, yeni başlayan Mobile World Congressin bir nömrəli gündəm maddəsi oldu.
Hər il təşkil edilən konqresdə yeni məhsullar tanıdan Nokianın bu səfər göstərəcək heç yeni məhsulu yoxdur lakin Nokia CEO-su Stephen Elopun etdiyi çıxış hər hansı bir yeni məhsuldan çox daha diqqəti cəlb etdi.

Nokianın telefon bazarındakı payının Windows Phone 7-in gücünü artıracağını söyləyən Elop, şirkətin niyə Androidi seçmədiyini də etdiyi çıxışda açıqladı.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 14 февраля 2011, 15:07
  • Weboxu
  • 6

Mobil Texnologiya →  Nokia və Microsoft əməkdaşlığı


Bir aydan çoxdur ki, internetdə Nokia və Microsoft şirkətlərinin birgə iş üçün qlobal ittifaqda birləşəcəkləri haqqında sözlər gəzir. Amma indiyə qədər bunlar yalnız şaiyə idi. Dünən isə Nokia prezidenti Stiven Elop rəsmi olaraq bütün müqavilə nəticələrinin tamamlaması, Nokia və Microsoft-un rəsmi əməkdaşlığı haqqında bildirdi. İndi Windows Phone əməliyyat sistemi Nokia qurğularına əvvəlcədən qurulmuş olacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Nokia CEO'su Stephen Elop, etdikləri səhvləri sadalayır


Son günlərdə Nokia-nın adı bir çox texnologiya blogunda hallanır.
Bəzi texnologiya bloglarında onların Android-ə keçəcəkləri barədə yazılar çıxdı ancaq rəsmi təsdiqini tapmadı. Qısa zaman sonra isə Nokia-nın Windows Phone ilə işləyəcək telefonlar istehsal edəcəyi xəbərləri yayıldı və bu təsdiqləndi. Bundan sonra birjalarda Nokianın 10% dəyəri də artdı.
Nokia haqqında başqa bir maraqlı məqam isə CEO-su Stephen Elop-un Engadget-də çıxan yazısı oldu. Bu yazıdan bəzi bölümlərin tərcüməsini yazıda oxuya bilərsiniz. Yazının tam mətni ilə isə buradan tanış ola bilərsiniz.

Nokia Haqqında:

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 11 февраля 2011, 00:51
  • Weboxu
  • 2

Mobil Texnologiya →  Marketplace Hacklendi!


Microsoft Marketplace keçdiyimiz günlərdə bir qrup developer tərəfindən hacklendi. Daha da maraqlı isə problemi bu ana qədər Microsoftun deyil üçüncü tərəf developerin tapması oldu.

Windows Phone 7 ilə mobil dünyada çox daha möhkəm bir mövqeyə çata bilməyi məqsəd qoyan Microsoftun başı bu dəfə də Marketplace ilə dərdə girdi. Eyni zamanda Windows Phone 7 üçün də proqram yazanbir qrup hacker, qırılmış Windows Phone 7-li əməliyyat sisteminə sahib olan cihazlara bütün tətbiqləri ödənişsiz olaraq endirə bilməyə imkanı verir.


( Ətraflı oxuyun )
Paylaş :

Microsoft →  Windows Phone 7-nin çıxacağı tarix bilindi

Microsoftun yeni mobil əməliyyat sistemi Windows Phone 7 ailəsinin ilk üzvlərinin çıxış tarixi müəyyən oldu.
Microsoft cəbhəsindən gələn açıqlamaya görə, WP7 əsaslı ağıllı telefonlar 21 Oktyabr tarixində Avropa bazarındakı yerlərini alacaqlar. Öncül ölkələr isə İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniya olacaq. Avropa-dan sonra Amerikaya daxil olacaq olan WP7lər üçün nəzərdə tutulan tarix isə Noyabr ayının 8-idir. Microsoftun mövzuyla əlaqədar bütün detalları 11 Oktyabr tarixində New Yorkda təşkil edəcəyi mətbuat konfransında açıqlamağı gözlənilir.
Paylaş :
  • 0
  • 29 сентября 2010, 18:28
  • Weboxu
  • 11

Microsoft →  Windows Phone 7`nin pərdə arxası xüsusiyyətləri [video]


Microsoft yeni mobil əməliyyat sistemini qısa müddət əvvəl tanıtmışdı. MIX2010`da da tanıtımı ətraflı olmuşdu.
Həmin əməliyyat sistemi üçün application yazmaq istəyənlərin download edib tanış olacaqları sistem istifadəçilər tərəfindən «qırıldı». Beləcə yeni əməliyyat sisteminin bütün xüsusiyyətləri ortaya çıxdı. Məsələn yeni sistemdə guya copy-paste yox idi. Ancaq öyrənildiki bu var imiş, sadəcə Apple`la bəns etmək istəyiblər — istifadəçiləri bir az intizarda saxlayandan sonra bu deyiləcəkmiş. Dan Ardelean adlı şəxs tərəfindən qırılan sistemlə ətraflı olaraq videolarda da tanış olmaq mümkündür:

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  MIX 2010`da Windows Phone 7 tanıdıldı

Son günlərin aktual tədbiri MIX 2010 keçirildi. Qeyd edim ki, həmin tədbirdə Azərbaycandan da nümayəndə -Barcamp Azərbaycandan Rəşad Əliyev iştirak etdi. Ümidvaramki öz təəssüratlarını ətraflı olaraq bizimlə bölüşəcəkdi. Mən isə oxuduqlarımdan aldığım məlumatı sizə çatdırım. Həmin tədbirdə — MIX 2010da detallı şəkildə tanıdılan yeni mobil əməliyyat sistemi Windows Phone 7 Series, istifadəçilərə vizual olaraq qənaətbəxş bir sistem kimi göründü. Tapdığım videoları yerləşdirirəmki siz də baxasınız:


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 18 марта 2010, 20:40
  • Shaig
  • 3

Microsoft →  Microsoft yeni Windows phone telefonlarını təqdim edir

Microsoft şirkəti yeni Windows phone telefonlarının dünya bazarına buraxılmasını bəyan etdi. Sözügedən Windows phone telefonları müxtəlif çeşid və qiymətlərlə təklif olunur. Windows phone ilə istifadəçilər öz telefonlarını bir barmaq toxunuşu ilə idarə edəcək və əla mobil brauzeri ilə İnternet səhifələrini nəzərdən keçirə biləcəklər. Həmin telefonların istifadəçiləri həmçinin iki yeni xidmətə qoşulmaq imkanını da əldə edəcəklər. Həmin xidmətlər bütün məlumatların ehtiyat nüsxələnməsini həyata keçirməyə, həmçinin telefonda olan məlumatları şəbəkə çərçivəsində bölüşməyə və Windows Marketplace-da bir sıra faydalı proqramları əldə etməyə imkan verir. Microsoft şirkəti ümid edir ki, şirkətin tərəfdaşları 2009-cu ilin sonunadək 20-dən çox ölkəyə 30-dan çox yeni telefon növlərini təchiz edəcəklər.


( Ətraflı oxuyun )
Paylaş :