Mobil Texnologiya →  Nokia da Tablet PC istehsal edəcək


Nokianın Microsoft şərikliyi ilə satışa təqdim etdiyi Windows Phone əsaslı smartfonlarından sonra, yaxın gələcəkdə yenə Microsoft ilə şərikli olaraq Tablet PC isteshalına da başlayacağı təsdiqləndi.

WMPoweruser saytının Nokia Fransanın baş idarəçisi olan Paul Amsellemdən köçürdüyü aldığı görə, Nokia Windows 8 əsaslı ilk Tablet PC-ni önümüzdəki ilin İyun ayı içərisində çıxaracaq. Bu tarixin bir başqa əhəmiyyəti də Windows 8-in final versiyasının nə vaxt çıxacağına dair kiçik ipucu da verir. Beləcə Windows 8-də ilk cihazı istehsal edən firma Nokia olacaq. Bununla da həm Microsoft, həm də Nokia bazardakı digər Tablet PC-lərlə rəqabətə başlayacaq.
Qaynağın mötəbərliyinə insansaq, Microsoftun yeni nəsil əməliyyat sistemini önümüzdəki ilin ikinci rübündə bazara sürəcəyini də təxmin edə bilərik.
Paylaş :

Mobil Texnologiya →  Windows Phone-lu Nokia Lumia Azərbaycana da gələcək


Nokia ilə Microsoft birgə işləyəcəklərini bəyan etdikdən sonra onların ilk məhsulu maraqla gözlənirdi. Nəhayət ilk Nokia Windows Phone telefonları da ötən həftə tanıdıldı. Nokia-nın Azərbaycanda da fəallığı çox yüksək dərəcədədir. Azərbaycan təmsilçiliyindən aldığımız məlumata görə Windows Phone-lu Nokialar da Azərbaycan bazarında olacaq. Bu telefonların 2012-ci ilin yanvarından sonra Azərbaycan istifadəçilərinə təqdim ediləcəyi gözlənilir.

Nokia Limua haqqında:

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Windows Phone platformasındakı Nokia Sun adlanan smartfonla bağlı detallar internetə sızdı


Nokia ilə Microsoftun smartfon bazarındakı son ümidlərindən olan Nokia Windows Phone-ların ilk nümayəndəsi Noyabr ayının ortasında çıxa bilər.

Bu məlumatların qaynağı Fransız mənşəli GSM operatoru Orange-in yol xəritəsidir (roadmap). Həmin planlar hansısa bir şəkildə internetə sızıb.

( Ətraflı oxuyun )
Paylaş :

Microsoft →  Microsoft veb əsaslı Windows Phone Marketplace-i istifadəyə verib


Microsoft firması Windows Phone telefonlarına böyük ümidlər bəsləyir. Bütün işlərini gedərək yekunlaşdırmağa başlayır.

Firmanın böyük ümid bağladığı Windows Phone 7.5 Mango update-i daşıyan HTC Radar, Titan, Fujitsu Toshiba IS12T modelləri il sonuna doğru istifadəçilərə təqdim ediləcək. Nokia isə Microsoft ilə ortaqlığı sonrasında bazara çıxaracağı Windows Phone modellərini Oktyabr ayında tanıtmağı planlayır.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Stephen Elop: Nokia-nın ilk Windows Phone cihazları bu ilin dördüncü rübü çıxacaq


Çinə GSM operatorlarıyla görüşmək üçün gedən Stephen Elop bu ölkədə bir də video reportaj verdi. Elop bu reportajda Nokia markalı Windows Phone cihazlarıyla əlaqədar bəzi detalları da açıqladı.

Nokianın CEO-suna görə, Fin şirkətin ilk Windows Phone cihazları ilin son rübündə bazara çıxmış olacaq. Bu cihazların yayılması mövzusunda isə Nokia müəyyən bir sıra izləyəcək, bir ölkədən sonra başqa bir ölkə gələcək. Elop, Çinə etdiyi ziyarətin bu ölkədə Windows Phone 7 ilə işləyən Nokia cihazlarının bazara çıxışıyla əlaqədar olduğunu vurğuladı, ancaq bu mövzuda başqa hər hansı bir məlumat vermədi.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 15 сентября 2011, 11:39
  • Weboxu
  • 1

Texnologiya →  HP-nin məhsullarını "bölüşdürürlər"

HP WebOS əsaslı cihazların istehsalını dayandırdığını açıqladı. Eyni zamanda PC istehsalını da dayandıracağı deyilir. Yəni, İBM kimi PC bölümünü sata bilər. Artıq HP daha çox software-ə yönələcəyini deyir.
HP tərəfindən bunlar olanda, texnologiya aləmində məsələ bağlı müxtəlif hadisələr cərəyan edir.
HP-nin WebOS cihazlarından əl çəkməsi ilə birlikdə, həmin platforma üçün application yazanların aqibəti sual altında qalır. Bu developerlərə Microsoft göz dikib ki, öz Windows Phone əməliyyat sistemini zənginləşdirsin.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 22 августа 2011, 22:59
  • Weboxu
  • 3

Mobil Texnologiya →  Nokia-nın Windows Phone telefonu “Sea Ray”


Nokianın yaxın zamanda istifadəyə verməyi gözlənilən Sea Ray-lə əlaqədar videolar İnternetə sızmağa başladı. Videodan da göründüyü kimi, Sea Ray, xarici görünüşüylə N9-u xatırladır.

Videodan göründüyü qədər telefonun yuxarı hissəsində jak və microUSB çıxışı, yan kənarlarında isə səs nizamı, açma-bağlama və kamera düymələri var. Windows Phone 7 əməliyyat sistemli Sea ay-ın bir çox baxımdan N9 ilə bənzədiyi görünür.

Nokia-nın, Sea Ray-ı 2011-ci ilin sonların doğru istifadəyə verməyi gözlənilir.
Paylaş :

Mobil marketing →  Android Mağazası, App Store-u "hər sahədə" keçmək üzrədir


Mobil reklam dünyasına istiqamətli analizləri ilə tanınmış Millennial Media firması, May ayı üçün olan hesabatını təqdim edib.

Hesabatda ən çox diqqət çəkən, başlıqda da ifadə olunduğu kimi, Android app.ların gəlir əsasında iOS platformasına çatmasıdır. Bildiyimiz kimi ötən aylarda Android «pulsuz app.larda» iOS-i onsuz da geridə buraxmışdı. Bu iki platforma ümumi gəlirdən təmin etdikləri 45% və 43%-lik pay ilə bazarın 90%-nə yaxınına nəzarət edirlər. Geriyə qalan bütün əməliyyat sistemləri isə 12%-lik bir dilimlə kifayətlənirlər.9%-i Blackberrylərə gedərkən qalan 3%-i isə gəlir sırasına görə Symbian, WP7 və WebOS arasında bölüşülür.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  WP7-də Android və iPhone app.larını istifadə etmək imkanı


Microsoft, Android və iOS platformasından app köçürmə interfeysi meydana gətirdi.

Microsoftun 'App Guy' adı ilə ortaya çıxardığı app köçürmə interfeysi, application developerlərin Windows Phone 7 app marketini zənginləşdirməsinə kömək edəcək.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Nokia hissələri birjada ən aşağı həddə çatdı


Nokia hissələri 15% dəyər itirdi.
Ağıllı telefon bazarındakı enişinə davam edən Nokianın hissələri Çərşənbə axşamı günü etibarilə 15% dəyər itirdi, Nokia hissələri 1998-dən bu yana ən aşağı dəyəri görmüş oldu.
Bu şok edici inkişaf ilə firmada böhran vəziyyəti yaradıldı və önümüzdəki rübdə, yəni aprel-iyun 2011 tarixləri arasında bir tədbir görülməsinə qərar verildi.

Dünya səviyyəsindəki telefon satışlarında olduqca durğun bir gedişat sərgiləyən Nokia, ümidlərini Microsoft ortaqlığıyla bazara sürəcəyi Windows Phonelər-a bağlamış vəziyyətdədir. 2012-in başlanğıcıyla adını daha sıx eşidəcəyimiz Nokianın yeni telefonlarını və atılımlarını maraqla gözləyirik.
Paylaş :