Blog: sandstorm → Nokia bu il 40 yeni telefon hazırlayacaq

Nokia şirkəti bu il 40 yeni telefon buraxmağı planlaşdırır. Bunlardan ən azı 12-in smartfon olacağı güman olunur. Bu boş şayiələr deyil, xəbəri Nokia-ın Hindistandakı nümayəndəliyində marketinq üzrə vitse-prezidenti və direktoru səsləndirib. O, yenilik elanlarını aprel ayının ortalarında gözləmək olar — deyə bildirdi. Həmçinin Windows Phone 7 əsaslı telefonlar üzərində işlər aparılır və onları 2011-ci ilin sonunda görə biləcəyik. Telefonların sırasına operator modelləri və həmçinin, yalnız müəyyən ölkələrdə satılacaq xüsusi versiyalar da girəcək.
- 0
- 6 апреля 2011, 00:13
- şərh yaz
Blog: sandstorm → Stiven Elop ilin sonuna Nokia-nın ilk Windows Phone qurğusunu söz verir

Nokia şirkətinin rəhbəri Stiven Elop (Stephen Elop) bildirdi ki, o bu ilin dördüncü mərhələsində hələ ilk Windows Phone smartfonlarının buraxılışını planlaşdırır. O, faktiki olaraq, hazırda Manga kod adı ilə məlum olan cihaz haqda daha əvvəl «belə qurğular yalnız bir il sonra Windows Phone yeniləməsi ilə çıxacaq» deyən, Nokia şirkətinin Hindistandakı icraçı direktoru Di Şivakumara-nın (D Shivakumar) sözlərini təkzib etdi. Hərçənd, şirkət rəhbərinin sözü daha ağırdır, nəinki, regional nümayəndənin.
( Ətraflı oxuyun )
- +2
- 22 марта 2011, 11:43
- şərh yaz
Mobil marketing → Sərfəli mobil reklam platforması Android və iOS

Android mobil reklamda da uğurla irəliləyir.
aylıq hesabatını nəşr etdi. Hesabatda ən sərfəli mobil əməliyyat sistemlərinin siyahısına Android və iOS liderlik edir. Ancaq hesabatda bu iki lider arasında da uçurum görünür, Hazırlanan hesabata görə Androidə reklam vermək ən sərfəlisidir. iOS isə ikinciliklə kifayətlənir.
2010-cu ilin məlumatları əsasında edilən araşdırmada; kliklərin 54%-i Androiddən olduğu halda, Apple-ın iOS-u 28%-lik klikləmə sayında qaldı. RIM, Symbian və Digər əməliyyat sistemləri isə iOS-dan çox geridə qalır. Ancaq nisbətən önə çıxan isə RİM-dir.
Araşdırmanın maraqlı cəhəti, kliklərdə Microsoftun Windows Phone 7 ƏS-nin təkcə 1%-lik bir pay alması və siyahıda Symbian ilə sonunculuğu paylaşmasıdır.
- +3
- 16 февраля 2011, 14:28
- 2
Mobil Texnologiya → Nokia niyə Androidi yox Windows Phone 7-ni seçdi?

Nokianın Windows Phone 7-ə keçəcəyini açıqlaması texnologiya dünyasını sarsıtdı. Nokia CEO-su Stephen Elop, insanlarda yaranan suallara Mobilə World Congressdə cavab verdi.
Nokianın Symbianı buraxıb Windows Phone 7-ə keçmə qərarı alması, yeni başlayan Mobile World Congressin bir nömrəli gündəm maddəsi oldu.
Hər il təşkil edilən konqresdə yeni məhsullar tanıdan Nokianın bu səfər göstərəcək heç yeni məhsulu yoxdur lakin Nokia CEO-su Stephen Elopun etdiyi çıxış hər hansı bir yeni məhsuldan çox daha diqqəti cəlb etdi.
Nokianın telefon bazarındakı payının Windows Phone 7-in gücünü artıracağını söyləyən Elop, şirkətin niyə Androidi seçmədiyini də etdiyi çıxışda açıqladı.
( Ətraflı oxuyun )
- +2
- 14 февраля 2011, 15:07
- 6
Mobil Texnologiya → Marketplace Hacklendi!

Microsoft Marketplace keçdiyimiz günlərdə bir qrup developer tərəfindən hacklendi. Daha da maraqlı isə problemi bu ana qədər Microsoftun deyil üçüncü tərəf developerin tapması oldu.
Windows Phone 7 ilə mobil dünyada çox daha möhkəm bir mövqeyə çata bilməyi məqsəd qoyan Microsoftun başı bu dəfə də Marketplace ilə dərdə girdi. Eyni zamanda Windows Phone 7 üçün də proqram yazanbir qrup hacker, qırılmış Windows Phone 7-li əməliyyat sisteminə sahib olan cihazlara bütün tətbiqləri ödənişsiz olaraq endirə bilməyə imkanı verir.
( Ətraflı oxuyun )
- +1
- 4 января 2011, 01:58
- şərh yaz
Microsoft → Windows Phone 7-nin çıxacağı tarix bilindi
Microsoftun yeni mobil əməliyyat sistemi Windows Phone 7 ailəsinin ilk üzvlərinin çıxış tarixi müəyyən oldu.Microsoft cəbhəsindən gələn açıqlamaya görə, WP7 əsaslı ağıllı telefonlar 21 Oktyabr tarixində Avropa bazarındakı yerlərini alacaqlar. Öncül ölkələr isə İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniya olacaq. Avropa-dan sonra Amerikaya daxil olacaq olan WP7lər üçün nəzərdə tutulan tarix isə Noyabr ayının 8-idir. Microsoftun mövzuyla əlaqədar bütün detalları 11 Oktyabr tarixində New Yorkda təşkil edəcəyi mətbuat konfransında açıqlamağı gözlənilir.
- 0
- 29 сентября 2010, 18:28
- 11
Microsoft → Windows Phone 7`nin pərdə arxası xüsusiyyətləri [video]

Microsoft yeni mobil əməliyyat sistemini qısa müddət əvvəl tanıtmışdı. MIX2010`da da tanıtımı olmuşdu.
Həmin əməliyyat sistemi üçün application yazmaq istəyənlərin download edib tanış olacaqları sistem istifadəçilər tərəfindən «qırıldı». Beləcə yeni əməliyyat sisteminin bütün xüsusiyyətləri ortaya çıxdı. Məsələn yeni sistemdə guya copy-paste yox idi. Ancaq öyrənildiki bu var imiş, sadəcə Apple`la bəns etmək istəyiblər — istifadəçiləri bir az intizarda saxlayandan sonra bu deyiləcəkmiş. Dan Ardelean adlı şəxs tərəfindən qırılan sistemlə ətraflı olaraq videolarda da tanış olmaq mümkündür:
( Ətraflı oxuyun )
- 0
- 22 марта 2010, 14:46
- şərh yaz
Texnologiya → MIX 2010`da Windows Phone 7 tanıdıldı
Son günlərin aktual tədbiri keçirildi. Qeyd edim ki, həmin tədbirdə Azərbaycandan da nümayəndə -Barcamp Azərbaycandan iştirak . Ümidvaramki öz təəssüratlarını ətraflı olaraq bizimlə bölüşəcəkdi. Mən isə oxuduqlarımdan aldığım məlumatı sizə çatdırım. Həmin tədbirdə — da detallı şəkildə tanıdılan yeni mobil əməliyyat sistemi Windows Phone 7 Series, istifadəçilərə vizual olaraq qənaətbəxş bir sistem kimi göründü. Tapdığım videoları yerləşdirirəmki siz də baxasınız:( Ətraflı oxuyun )
- 0
- 18 марта 2010, 20:40
- 3
Mobil Texnologiya → Mobile World Congress Barcelonada başladı

Bu gün Mobile World Congress 15 fevral 2009-cu ildə Barcelonada başlayıbdı. Hətta bu konqressdə Azərbaycan nümayəndə heyyəti də iştirak . Bu konqressdə mobil texnologiyalar tanıdılır. Bu ilki konqressdə əsas diqqət Windows Phone 7'nin üzərində idi. Yeni məhsul deyəsən uğrulu kimi görünür. Videosuna baxaraq bir fikrə gəlmək olar.
( Ətraflı oxuyun )
- +2
- 16 февраля 2010, 00:42
- 6



