Microsoft → Windows, Logo-sunu dəyişir?

Microsoft komandası Windows 8 ilə birlikdə böyük dəyişikliklərə hazırlaşır. Əldə edilən son məlumatlara görə Microsoft komandası öyrəşdiyimiz Windows logosunda da yenilik edəcək. Bu barədə bir neçə xarici bloglarda məlumatlar yayımlanıb(, ..).
Hal-hazırda Windowsun logosu dalğalı və üzərində 4 fərqli rəng mövcuddur. Köhnə kompüter istifadəçiləri, bu logonun Windows 3.0 əməliyyat sistemindən etibarən kiçik dəyişikliklərlə istifadə edildiyini xatırlayar.
( Ətraflı oxuyun )
- 0
- 17 февраля 2012, 03:08
- şərh yaz
Mozilla → Mozilla-dan FireFox Metro

Mozilla alışılmış Firefoxun xaricində Windows 8-ə uyğun yeni bir Firefox daha hazırlamağı planlayır. Firefoxun bu Metro versiyasının touchscreen xüsusiyyətiylə birlikdə planşet və PC-lərdə istifadəyə təqdim ediləcəyi düşünülür.
Çünki Windows 8-in iki fərqli tətbiq (application) tipinə sahib olacağı bilinir. Metro versiyası birlikdə xüsusilə planşetlər başda olmaq üzrə bir çox PC-də də qarşımıza çıxacaq olan Windows 8-ə uyğun bir brouser hazırlamaq, böyük brouser firmalar tərəfindən haradasa zəruri olaraq qəbul edilir.
( Ətraflı oxuyun )
- +3
- 14 февраля 2012, 19:34
- şərh yaz
Blog: Tural → ASUS 2012-də üç və ya altı milyon arası tablet göndərilməsini hədəfləyir

ASUSun CEO`su Jonney Shih, şirkətinin gələn ilə nəzərdə tutulmuş tablet satış təxminlərini bir xeyli yüksək tutur. Shihə görə Tayvanlı şirkət 2012 də üç və ya altı milyon arasında tablet göndərməyi reallaşdıracaq.
( Ətraflı oxuyun )
- 0
- 26 декабря 2011, 19:16
- şərh yaz
Mobil Texnologiya → Nokia da Tablet PC istehsal edəcək

Nokianın Microsoft şərikliyi ilə satışa təqdim etdiyi Windows Phone əsaslı smartfonlarından sonra, yaxın gələcəkdə yenə Microsoft ilə şərikli olaraq Tablet PC isteshalına da başlayacağı təsdiqləndi.
WMPoweruser saytının Nokia Fransanın baş idarəçisi olan Paul Amsellemdən köçürdüyü , Nokia Windows 8 əsaslı ilk Tablet PC-ni önümüzdəki ilin İyun ayı içərisində çıxaracaq. Bu tarixin bir başqa əhəmiyyəti də Windows 8-in final versiyasının nə vaxt çıxacağına dair kiçik ipucu da verir. Beləcə Windows 8-də ilk cihazı istehsal edən firma Nokia olacaq. Bununla da həm Microsoft, həm də Nokia bazardakı digər Tablet PC-lərlə rəqabətə başlayacaq.
Qaynağın mötəbərliyinə insansaq, Microsoftun yeni nəsil əməliyyat sistemini önümüzdəki ilin ikinci rübündə bazara sürəcəyini də təxmin edə bilərik.
- +1
- 16 ноября 2011, 13:59
- şərh yaz
Microsoft → Windows 8 planşetlərdə də Flash dəstəyi olmayacaq

Microsoft əzəli rəqibi Apple-ın izindən gedir. Apple-ın çıxardığı heç bir mobil cihazda dəstəkləmədiyi Flash fayllarına bir zərbə də Microsoftdan gəldi. Bu qərar web texnologiyalarında bir dövrün sonu ola bilər.
Apple-ın çıxardığı cihazlara Flash dəstəyi qoymaması davamlı müzakirə edilən bir mövzu olmuşdur. Flash yerinə HTML5 texnologiyasını dəstəkləyən Apple-ın yanında artıq Microsoft da var. HTML5-in bu qədər tez yayılmağına bəlkə də ən böyük səbəblərdən biri məhz Apple-ın izlədiyi yol oldu. Microsoftun Flash-a dəstək verməməsi isə bir növ Flasha rəqib sistemi olan Silverlight-a görə ola bilər. Səbəb nə olursa olsun, nəticə eynidir.
Microsoftdan edilən rəsmi bir elan ilə Windows 8-in içindəki Metro stil Uİ-də İnternet Explorer 10-un Flash fayllarını oxutmayacağı bildirildi.
Bu halda Apple-ın iPad modelləri ilə Windows 8 yüklü satılacaq digər markaların planşet cihazlarında Flash faylları oxudulmayacaq. Hələki təkcə Android OS-li cihazlarda Flash dəstəyi olacaq.
Windows 8-in destkop versiyasındakı İnternet Explorer 10-da isə Flash dəstəyi davam edəcək.
- +1
- 16 сентября 2011, 14:10
- 3
Microsoft → Windows 8 yenilikləri və interfeys görünüşləri

Build 2011 konfransı daxilində, Windows 8 barədətanıtım edib. Burada Windows 8 yenilikləri və interfeys görünüşləri təqdim olunub.
Bildiyimiz kimi Microsoft bundan əvvəl də müxtəlif təqdimatlar əsnasında Windows 8in ən qeyd etməyə dəyər xüsusiyyətlərini vurğulamışdı. Bu dəfə isə bütün bunları və daha çoxunu tək başlıq altında yığmış oldu.
Hamısına qısa qısa nəzər salırıq:
( Ətraflı oxuyun )
- +3
- 14 сентября 2011, 11:06
- 5
Microsoft → Windows 8-ə application mağazası gələ bilər

Microsoft, Windows 8 üçün eynilə application mağazası hazırlayır.
Microsoftun software mövzusunda son dövrdə etdikləri Applenin Mac əməliyyat sistemini xatırlatmağa başlamışdı. Belə görünür ki, bunlara bir yenisi də Windows 8 ilə olacaq.
( Ətraflı oxuyun )
- +1
- 15 апреля 2011, 02:17
- 3
Blog: sandstorm → Windows 8-in ilkin görüntüləri

İnternetdə Windows 8 əməliyyat sisteminin ekran görüntüləri yayılıb. bloqunun müəllifləri artıq ilkin buraxılış təsvirlərini dərc ediblər.
Onlar xüsusi olaraq, dizaynı mobil Windows Phone 7 ƏS-inin başlanğıc səhifəsini xatırladan sistemə giriş təsvirini yerləşdirdilər. Bu səhifədə tarix və vaxt, enerji istehlakı rejiminin seçim menyusu yerləşir.
( Ətraflı oxuyun )
- +3
- 5 апреля 2011, 23:03
- 7



