İnternet →  Wikipedia domainlərini GoDaddy-dən köçürdü


Wikipedia, SOPA-ya verdiyi dəstəkdən ötəri bütün domain adlarını GoDaddy-dən köçürdü. Cümə Günü Wikimedia Foundation tərəfindən edilən elan ilə, qazanc məqsədi güdməyən quruluşun məşhur Wikipedia veb saytı da daxil olmaq üzrə bütün domain adlarını MarkMonitor adlı servisə köçürdüyü açıqlandı.

Wikimedia,GoDaddyın SOPA-ya verdiyi dəstəyin bu qərarı vermələrində təsirli olduğunu qəbul etdi. Baxmayaraq ki, GoDaddy dekabr ayında reallaşan etirazlar sonrası SOPA-ya dəstəyini çəkdiyini bildirmişdi. Hətta SOPA-npn özü belə etirazların nəticəsində ləğv olundu. Ancaq servisdən istifadə edən əksər domain sahibləri bu qərarı işarə olaraq qəbul etdi. Onlar düşünürlər ki, artıq GoDaddy etibarlı deyil. GoDaddy SOPA-ya dəstəyini açıqlayandan sonra qısa müddətdə 2milyondan domain sahibləri tərəfindən oradan çıxarılmışdı

Bu karvana son qatılan populyar sayt da qeyd etdiyimiz kimi WikiPedia oldu.
Paylaş :

İnternet →  Wikipedia illik yardım kampaniyasına başlayıb


Wikipedia hər il öz xərclərini ödəmək üçün istifadəçilərin yardım istəyir. Toplanan pul ilə növbəti il müddətində xərcləri ödəyirlər. Bu il də kampaniya artıq qısa müddətdir ki başlayıb. Bu dəfə saytın qurucusu Jimmy Wales-in mesajı Azərbaycan dilində də qarşımıza çıxır:

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 17 ноября 2011, 12:10
  • Weboxu
  • 3

Wikipedia →  Vikipediyada yazmaq istəyənlər üçün: Tez-tez verilən suallara cavablar


WebOxu-nun daimi oxucuları yəqin bir neçə gün öncə Vikipediya haqqında yazdığım məqaləni xatırlayırlar. Həmin yazıdan sonra Vikipediyada yazmaq istəyənlərin və buna maraq göstərənlərin əslində çox olmasını hiss etməyə başladım. Ona görə də mənə ən çox verilən suallara yazdığım qısa cavablarə və müvafiq keçidləri təqdim edirəm:

* Vikipediyada yazmaq üçün məndən nə tələb olunur? Bu suala sayt özü cavab verir: Yazmaq istəyirsənsə, cəsur ol!

* Vikipediyada yazı yazmaq istəyirəm, amma daha əvvəl bunu etməmişəm, nədən başlayım? Vikipediya bu məqsədlə Yeni istifadəçilərə kömək səhifəsi hazırlayıb.

* Yazdığım məqaləni və ya başqalarının yazdıqlarını necə redaktə edə bilərəm? Vikipediyada Məqalələrin redaktə qaydaları ilə tanış olduqda görürük ki, bu olduqca asandı və adi mətn yazmaq qədər sadədi.

( Ətraflı oxuyun )
Paylaş :

Wikipedia →  Texnologiya və Vikipediyamız


Yəqin ki, hamımızın Vikipediya (www.wikipedia.org) resursundan xəbərimiz var, ondan yəqin ki, faydalanmayan insan yoxdur. Xüsusən onun ingilis dilli versiyası daha populyardır və müşahidələr göstərir ki, Google-da ingiliscə hər hansı sözü və ya ifadəni axtararkən nəticələrdə Vikipediyanı ilk yerlərdə görmək adi hala çevrilib. Bu versiyada ən adi anlayış və gündəlik əşyalardan tutmuş (məsələn, orada «Qələm» üçün ayrıca geniş məqalə var) ən son elmi anlayışlara qədər bütün növ suallara cavab tapmaq mümkündür. Ona görə də xarici ölkələrdə təhsil alan tələbələr, ziyalılar və adi şəxslər bir çox suallara cavab tapmaq üçün Vikipediyaya müraciət edirlər. Vikipediya açıq resurs olduğu üçün orda istənilən şəxs əlavə və dəyişikliklər etmək imkanına malikdir. Buna görə də bəzən iddia olunur ki, bu orada yanlış informasiyaların yer almasına səbəb olur. Lakin qeyd etməliyik ki, orda yerləşdirilən bütün məlumatlar etibarlı mənbələrə istinad göstərilərək yerləşdirilir, statistikalar, yerləşdirilmiş məlumatlar dəyişdikcə istifadəçilər tərəfindən yenilənir, beləcə orda olan səhvlərin sayı minimuma enir. Artıq 2005-ci ildə araşdırmalar göstərdi ki, bu açıq ensiklopediya təxminən «Britannica» qədər dəqiqdir.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  10 yaşlı Wikipedia


İnternetin ən böyük ensiklopediyası Wikipedia, bu həftə 10 yaşına girir.
Jimmy Wales tərəfindən qurulan saytda 3 milyon yarımdan çox məqalə və 22 milyondan çox səhifə var.

Wikipedianı fenomen halına gətirən isə, tamamilə istifadəçilər tərəfindən yaradılması və biznes tərəfinin olmamağıdır. Sayt heç bir reklam qəbul etmir, təkcə istifadəçilərin ödədiyi bəxşişlər ilə varlığını davam etdirir. Saytın fəlsəfəsi isə, məlumat və düşüncənin sərbəst və ödənişsiz yayılması əsasına söykənməyidir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +6
  • 11 января 2011, 23:15
  • Weboxu
  • 9

İnternet →  Wikipedia Redaktor Böhranına Girdi


İnternetdə araşdırma edirsinizsə, online ensiklopediya xidməti Wikipedianı mütləq eşitmisiniz. İçində dərhal hər mövzu haqqında məlumat və məqalələr olan sayt, bu sıralar çətin zamanlar yaşayır. BBCin araşdırmasına görə, keçdiyimiz aylarda Wikipedia redaktorlarından 49 minini itirdi. 2008-ci ildə bu rəqəm yalnız 4.900 adam idi.


( Ətraflı oxuyun )
Paylaş :

Oxatan →  2000-09 illərin top 10 hadisəsi başlıq-keçid

Webby Awards tərəfindən açıqlanan siyhıda son 10 ildə olan (2000-2009) və dünyanın gedişatını dəyişdirən hadisələr yer alıbdı.
Paylaş :