Tədbirlər →  Webrazzi Summit 2011 qeydləri [foto]


Webrazzi Summit 2011-də iştirakı düşündüyüm barədə yazmışdım. Tədbir təşkilatçılarının WebOxuya etdiyi güzəştlərdən də yararlanaraq Bakıdan tədbirə 6 nəfər getmişdi.
Tədbir barədə düşüncələrim, tədbirdən sonra çıxardığım nəticə və tədbirin gedişi haqqında qeydlərimi paylaşmaq istəyirəm.
Tədbir İstanbulda, Point Hotel Barbarosda baş tutdu. Qeydiyyat səhər saat 8-dən başlayırdı, axşamtərəfi 9-a qədər davam edirdi. Yəqin ki, Azərbaycanda tədbirlərdə belə bir başlanğıc saatına heç kim cürət etməz. Tədbir nəzərdə tutuluan vaxtda da başladı. Elə tədbirdə ilk iştirakdan ağlıma gələn ifadəni də twitterdə paylaşdım — “Barcamp, Bakutel, Bloqosfer, SYD hamsını apar tulla ”. Bu deməyə səbəb tədbirin keyfiyyəti idi. Qısa mənim üçün tədbir əla keçdi. Eventin saytından — www.webrazzi.com/summit/ tədbir barədə məlumat almaq olar.

Əvvəl 4 əsas sessiya oldu. Sonra 22 paralel sessiya 4 ayrı zalda aparılırdı. Sonda yenə 5 əsas sessiya. Sessiyalar da mövzu cəhətdən bölünürdü: İnvestisiya qoyuluşları, Sosial Media, Digital Marketing, Mobile əsas başlıqlar idi. Spikerlərə də ətraflı olaraq bu linkdən baxmaq olar.

( Ətraflı oxuyun )
Paylaş :
  • +11
  • 26 октября 2011, 18:43
  • Shaig
  • 5

Tədbirlər →  Webrazzi Summit 2011

Türkiyənin ən böyük İnternet konfranslarından olan Webrazzi Summit 2011 bu gün — 19 oktyabrda baş tutur. Bu barədə bir neçə vaxt əvvəl məlumat vermişdim. Azərbaycandan WebOxunun təşəbbüskarlığı ilə də iştirakçılar gəlib (mən də daxil). Burada oxuyan, müxtəlif Türk şirkətlərində çalışan Azərbaycanlılardan da görürəm.
Tədbir haqqında ətraflı bitdikdən sonra yazacam. Tədbir həm də internetdəncanlı yayımlanır:

======================================================
Tədbir zamanı canlı yayım üçün video player mövcud idi
======================================================
Paylaş :