Tədbirlər →  Webrazzi Summit 2011 qeydləri [foto]


Webrazzi Summit 2011-də iştirakı düşündüyüm barədə yazmışdım. Tədbir təşkilatçılarının WebOxuya etdiyi güzəştlərdən də yararlanaraq Bakıdan tədbirə 6 nəfər getmişdi.
Tədbir barədə düşüncələrim, tədbirdən sonra çıxardığım nəticə və tədbirin gedişi haqqında qeydlərimi paylaşmaq istəyirəm.
Tədbir İstanbulda, Point Hotel Barbarosda baş tutdu. Qeydiyyat səhər saat 8-dən başlayırdı, axşamtərəfi 9-a qədər davam edirdi. Yəqin ki, Azərbaycanda tədbirlərdə belə bir başlanğıc saatına heç kim cürət etməz. Tədbir nəzərdə tutuluan vaxtda da başladı. Elə tədbirdə ilk iştirakdan ağlıma gələn ifadəni də twitterdə paylaşdım — “Barcamp, Bakutel, Bloqosfer, SYD hamsını apar tulla ”. Bu deməyə səbəb tədbirin keyfiyyəti idi. Qısa mənim üçün tədbir əla keçdi. Eventin saytından — www.webrazzi.com/summit/ tədbir barədə məlumat almaq olar.

Əvvəl 4 əsas sessiya oldu. Sonra 22 paralel sessiya 4 ayrı zalda aparılırdı. Sonda yenə 5 əsas sessiya. Sessiyalar da mövzu cəhətdən bölünürdü: İnvestisiya qoyuluşları, Sosial Media, Digital Marketing, Mobile əsas başlıqlar idi. Spikerlərə də ətraflı olaraq bu linkdən baxmaq olar.

( Ətraflı oxuyun )
Paylaş :
  • +11
  • 26 октября 2011, 18:43
  • Shaig
  • 5

Tədbirlər →  Webrazzi Summit 2011

Türkiyənin ən böyük İnternet konfranslarından olan Webrazzi Summit 2011 bu gün — 19 oktyabrda baş tutur. Bu barədə bir neçə vaxt əvvəl məlumat vermişdim. Azərbaycandan WebOxunun təşəbbüskarlığı ilə də iştirakçılar gəlib (mən də daxil). Burada oxuyan, müxtəlif Türk şirkətlərində çalışan Azərbaycanlılardan da görürəm.
Tədbir haqqında ətraflı bitdikdən sonra yazacam. Tədbir həm də internetdəncanlı yayımlanır:

======================================================
Tədbir zamanı canlı yayım üçün video player mövcud idi
======================================================
Paylaş :

Texnologiya →  Webrazzi Summit 2011


Webrazzi Türkiyənin Texnologiya bloqudur. Web 2.0, Sosial Media ve Digital Marketinq mövzularında ən populyar yazıların olduğu bir bloqdur.
Mən 2007-ci ilin sonlarından başlayaraq bu bloqu izləyirəm. İlk başlayanda tək müəllifli olan bloq, bu gün bir neçə daimi və onlarla qonaq yazarı ilə kollektiv bloqdur. Bloqda Türkiyə bazarı üçün maraqlı və lazımlı olan müxtəlif analizlər, məlumatlar verilir. Azərbaycan bazarı ilə əlaqədar da, mən qonaq yazar kimi bloqda 2 yazı yazmışdım. Türkiyə üçün bir növ Mashable, Techcrunch bloqlarının alternatividir.
Webrazzi ötən ildən başlayaraq "Webrazzi Summit" adlandırdıqları beynəlxalq tədbirlər keçirməyə başlayıb. Ötən il dünyadakı 277 fərqli şirkətdən 750 nəfərin iştirakı ilə keçirilən konfrans bu il oktyabr ayının 19-da olacaq. Konfransın spikerləri isə dünyadakı populyar olan müxtəlif texnologiya şirkətlərindəndir. Spikerlərə baxanda adamı həyəcanlandıran cəhət hər gün internetdə oxuduğumuz texnologiya contentini yaradan və bizə çatdıran şirkətlərin nümayəndələri olmaqlarıdır:

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 24 сентября 2011, 17:14
  • Shaig
  • 4