Weboxu →  Weboxu 2011 istifadəçi seçimləri başladı


2011-ci il də sona çatdı. 2010-cu ilin bitimində istifadəçilərimiz arasında seçim keçirtmişdik. Bu il də həmin ənənəni davam etdirmək qərarındayıq. Bu bayram günləri ərzində ötən ilə nəzər saldıq. Aralarından qısa bir siyahı hazırladıq. Kimsə istədiyi halda, seçimlər üçün təklif verə biləcəyi barədə post yazmışdım. Ancaq gələn təkliflərin bəziləri comment olaraq yox, Facebookda PM, e-mail və s. vasitəsi ilə gəldi. Biz də public elanlar olmadığı üçün onları nəzərə almadıq. Sadəcə öz seçdiklərimizi yerləşdirdik.
Qeyd edim ki, bu tamamilə subyektiv müzakirədən yaranan qısa listdir. Əsasən ötən ildə meydana gəlmiş məhsullardan ibarətdir və bunlar arasında qeyd etməyə dəyərlərdir (sıradan xəbər, əyləncə və s. saytlar yox). İstisna etmirik ki, gözdən qaçanlar ola bilər.

( Ətraflı oxuyun )
Paylaş :
  • +5
  • 7 января 2012, 04:09
  • Shaig
  • 12