Mobil Texnologiya →  Mobile OS-lərdə yeniliklər


Amazon webOS-i alır.
Mobil İnternet gedərək daha da çox yayılır. Yayılmağı ilə birgə Texnologiya şirkətlərinin də mobil texnologiyalara yatırımları daha artır.
Hewlett-Packardın radikal bir qərar alaraq bağladığı webOS mobil əməliyyat sistemi, sonunda yoluna davam edə biləcəyi bir tərəfdaş tapdı. VentureBeatın xəbərinə görə Amazon, webOS-in yaradıcısı Palm firmasıyla maraqlanır. Amazon ötən günlərdə təşkil etdiyi mətbuat konfransında Kindle Fire adlı planşetini tanıdaraq bu bazara da daxil olmuşdu. Satın alma əməliyyatı reallaşdığı təqdirdə, Amazondan daha çox planşet görmə ehtimalımız yaranır.

MeeGo proyekti Tizen OS-ə çevrilir

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  HTC də fərdi əməliyyat sistemi axtarışında


Android və Windows Phone platformalarında çox müxtəlif smartfonları olan HTC, Android platformasına qatdığı yeniliklərlə və HTC Sense interfeysi ilə müsbət reaksiyalar almışdı. Proqram mövzusunda çox irəli səviyyədə olan və digər Android telefonlara görə fərqli bir istifadə təqdim etməyi bacaran HTC deyilənlərə görə, şəxsi əməliyyat sistemi axtarışındadı.
Bu qərarın ardında, böyük ehtimalla Google-un Motorolanı almağı var. HTC özünü qarantiya almaq üçün belə bir addım atmağı gözləniləndi. Digər böyük Android istehsalçısı Samsung-un Bada əməliyyat sistemi var və həmin əməliyyat sistemini inkişaf etdirməyə başlayıblar.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 12 сентября 2011, 17:59
  • Weboxu
  • 3

Texnologiya →  HP-nin məhsullarını "bölüşdürürlər"

HP WebOS əsaslı cihazların istehsalını dayandırdığını açıqladı. Eyni zamanda PC istehsalını da dayandıracağı deyilir. Yəni, İBM kimi PC bölümünü sata bilər. Artıq HP daha çox software-ə yönələcəyini deyir.
HP tərəfindən bunlar olanda, texnologiya aləmində məsələ bağlı müxtəlif hadisələr cərəyan edir.
HP-nin WebOS cihazlarından əl çəkməsi ilə birlikdə, həmin platforma üçün application yazanların aqibəti sual altında qalır. Bu developerlərə Microsoft göz dikib ki, öz Windows Phone əməliyyat sistemini zənginləşdirsin.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 22 августа 2011, 22:59
  • Weboxu
  • 3

HP →  HP webOS-u istifadə etməyəcək


2010-cu ilin aprel ayında Palmı 1.2 milyard dollara satın almışdı. Bir ildən bir qədər çox vaxt keçdikdən sonra HP artıq webOS ilə heç bir məhsul çıxarmayacağını bildirdi. Yəni, bu satınalma özünü doğrultmadı.

HP satın alma əməliyyatından bu yana, webOS istifadə edərək yalnız üç ədəd məhsul çıxara bildi. Bunlar TouchPad adlı bir tablet pc və HP Pre2 və HP Veer adlı telefonlar idi.

Bu cihazların gözlənilən marağı görməməsi və artan rəqabət mühitində istədiyini əldə edə bilməməsi, webOS-in ömürünün sona çatmasına səbəb oldu.

Şirkətin ikinci rüb maliyyə hesabatında, webOS cihazları ilə əlaqədar bütün işlərin sonlandırıldığı rəsmi olaraq ictimaiyyətə açıqlandı.

Görünən odur ki, planşet və smartfon bazarında Android əsaslı cihazlar və Apple arasına bir başqa platformanın girməyi çox çətin olacaq.
Paylaş :

HP →  HP-nin WebOS əsaslı ilk məhsulları


HP, Palmı satın alandan sonra ilk məhsullarını nəhayət tanıtdı.
Hp Palm Pre 3
Palmın ənənəvi modeli Pre adını qoruyan yeni WebOS-lu smartfon, Palm Pre 3 olaraq adlandırılıb. 1.4GHz-lik bir prosessora sahib olan cihaz, dizayn olaraq da Pre xəttindən kənar kimi görünmür. Palmın yumşaq xəttləri və qəşəng dizaynı dərhal özünü göstərir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 10 февраля 2011, 18:18
  • Weboxu
  • 2

HP →  HP-nin WebOS əsaslı tableti PC-si


Keçən il ərzində Palmı satın alan HP-in, bu satın alma qərarının ən əhəmiyyətli səbəbi olan WebOS əməliyyat sisteminin istifadə edildiyi Tablet PC-sindən ilkin şəkillər yayıldı.

Engadgetin göstərdiyi Tablet PC haqqında bildiklərimiz hələlik məhdud olsa da, ehtimal olunur ki HP-in gələn ayın 9-unda təşkil ediləcək tədbirdə tanıdacaq. Bundan sonra detallar haqqında daha ətraflı məlumat veriləcəl.

( Ətraflı oxuyun )
Paylaş :