Texnologiya →  “Bank Standard” məhşur “WebMoney Transfer” elektron ödəniş sisteminin Azərbaycanda rəsmi tərəfdaşı oldu


Press-reliz: Bundan sonra müştərilər İnternetdə ödənişlər etmək üçün pulu öz elektron pul kisələrinə “Bank Standard”ın filiallarında köçürə bilərlər.

“Bank Standard” müştərilərinə İnternetdə maliyyə hesablaşmalarının olduqca rahat və əlverişli üsulu olan “WebMoney Transfer” elektron ödəniş sistemini təqdim edir. Bu sistem maksimal hesablaşma sürətini, pul vəsaitlərinin yüksək təhlükəsizliyini və toxunulmamazlığını təmin edir.
Hazırda “WebMoney Transfer” sistemi 11 milyondan artıq istifadəçini əhatə edir. Siz www.megastock.ru elektron kataloqunda toplanmış 12 mindən artıq İnternet mağazalarında bu sistemin ödəniş funksiyasından istifadə edə bilərsiniz. Eyni zamanda sistem şəxsi biznesi qurmağa və İnternet vasitəsilə ödənişləri qəbul etməyə imkan verir.

( Ətraflı oxuyun )
Paylaş :