Azercell → WebMesajCELL xidmətindən göndərilən SMS-lərdə yenilik

Azercell rəsmi blogunda WebMesajCELL xidmətindəki yenilik barədə məlumat .
Bu gündən etibarən, bütün Azercell abonentlərinə WebMesajCELL xidməti vasitəsilə daxil olan SMS-lər artıq WebMesaj ünvanindan deyil, göndərən şəxsin nömrəsindən gələcək. Həmin mesajı birbaşa cavablandırmaq mümkün olacaq.
Servisi yoxlayanda görmək mümkün olur ki, SMS-lərdə nömrədər gedir. Beləcə cavablamaq daha rahat olur. Ancaq SMS-in internetdən gəldiyi də qeyd olunur. Mətnin qarşısında WebSMS: sonra isə SMS-in mətni gəlir.
- 0
- 8 июля 2011, 12:58
- şərh yaz
Azercell → Azercell`in WebmesajCell`ində mənfi amillər.

Artıq bir neçə vaxtdır ki, xidmətində təkmilləşdirmələr edibdi. Əvvəl belə idi ki, gün ərzində Azercell abonentlərinə 10 pulsuz SMS yollamaq olurdu. Ancaq dəyişiklikdən sonra bir neçə daha əlavələr olubdu. Belə ki, artıq ölkədaxilində bütün mobil operatorlar istiqamətində 100 ödənişli mesaj göndərmək imkanı var. Mesajı yollayırsan və səndən kontur çıxırlar. Mənfi hal isə elə məhz buradadırki, kontur çıxanda nə səbəbdən çıxdığı yazılmır. Uzun-uzadı reklamdansa çıxan konturun səbəbi də yazılsa yaxşı olardı. Çünki kimsə sizin parolunuzu oğurlayıb özü üçün Webmesaj yollasa sizdən təkcə konturlar çıxacaq. Bilməyən adam da elə Azercell`i günahlandıracaqdıki durduq yerdə məndən konturlar çıxılır. Fikrimcə yaxşı olardıki bu barədə kontur çıxanda, istifadə səbəbidə yazılsın. Səhv etmirəmdə əvvəldən elə MMS xidməti də belədir, konturun çıxma səbəbi yazılmırdı. Ancaq bu Webmesaj daha çox istifadə edilir.
Başqa bir mənfilik isə Webmesaj`ın parolu xatırlatmaq hissəsindədir. Bu problem də çoxdan bəridir var. Ancaq hələdə düzəltmirlər. Girib sadəcə nömrəni yazırsan və parolu telefon nömrəsinə yollayır. Bu təhlükəsizlik cəhətdən yaxşı prosses deyil. Telefon nömrəsindən savayı da istəməlidir parolu xatırlatmaq üçün. Elə təhlükəsizlik cəhətdən yazmaq istəmirəm ki, niyə lazımdır bu captcha. Qısa zamanda bir captcha mütləq lazımdır.
- +1
- 17 января 2010, 17:31
- 4



