İnternet →  20 yaşlı Web

Düz 20 il əvvəl, 6 Avqust 1991-ci ildə Sir Berners-Lee-nin meydana gətirdiyi dil Hypertext mark-Up Language (yəni HTML) ilə Web dünyaya gəlmişdi.

World Wide Veb standartını təyin edəcək olan qurum 1980-ci illərdə Berners-Lee tərəfindən CERNdə qurulmuşdu. Qurumun məqsədi fizikaçıların dünyanın hər yerində eyni təchizat və eyni proqram ilə məlumat paylaşa bilmələrini təmin etmək idi. Berners-Lee işlər əsnasında yazı, şəkil, verilənlər bazası, dokumentasiya kimi bir çox fərqli quruluşdakı məlumatlara çatılmasının HyperText adı verilən hiper mühitlərlə təmin edilə biləcəyini kəşf etdi.

Nəhayət 6 avqust 1991-ci il tarixində assistenti ilə birlikdə hiper text transfer protokolunu — HTTP əsasında dünyanın ilk Web saytını o dövr Steve Jobsun başçılıq etdiyi NeXT firmasının hədiyyəsi olan və NeXTStep əməliyyat sistemi ilə işləyən bir kompüterdə həyata keçirdi. O kompüter də beləcə ilk veb serveri, ilk hiper media skaneri və veb redaktoru oldu.

( Ətraflı oxuyun )
Paylaş :