Wordpress →  Wordpress-də təhlükəsizlik problemləri

Bir neçə gün Wordpress.com -da yerləşən bloglara daxil olmaq çətin idi. Olduqca gec açılırdı. Bunun səbəbi sayta olan hücumlardan əmələ gəlirmiş.
WordPressin qurucusu Matt Mullenwegin öz blogunda təsdiqlədiyi hücumun ən əhəmiyyətli tərəfi isə kök səviyyəsində reallaşdırılmış olmasıdır. Bunun mənası serverlərə potensial olaraq hər şey etmə imkanı əldə etmələridir. Əsas isə təhlükə WordPress.com ilə Vaultpress-dədir.
Bloggerlərə parollarını dəyişdirilməsi tövsiyə edilir.

Vaultpress istifadəçilərinə tövsiyə isə hər ehtimala qarşı, FTP, MySQL və SSH şifrələrini dəyişdirmələridir.

Scriptin istifadəçilərini gözləyən bir təhlükədən danışan yoxdur. Amma yenə də, hər ehtimala qarşı update-lər çıxdıqca yeniləməyiniz məsləhətdir.
Paylaş :