Ultra →  NEXUS LED texnologiyalı televizorların istehsalına başlayacaq


İndiyə kimi LCD televizorlar ilə istehlaçıların təlabatını ödəyən Azərbaycanın ilk noutbuk istehsalçısı olan NEXUS şirkəti artıq növbəti aydan LED texnologiyalı televizorların istehsalına başlayacaqdır.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Azərbaycan müəlliməsi Microsoft korporasiyasının Ümumdünya Innovativ Müəllimlər Müsabiqəsinə vəsiqə qazandı [foto]

Press-reliz: İ.Əkbərova Avropa Innovativ Müəllimlər Müsabiqəsinin innovativ müəllimlərinin ilk “iyirmiliyinə” daxil oldu
Bakının 8 saylı orta məktəbinin müəlliməsi İlhamə Əkbərova Microsoft korporasiyasının Berlində keçirdiyi Avropa Innovativ Müəllimlər Müsabiqəsinin yekunlarına görə, ilk “iyirmiliyə” daxil olub. İ.Əkbərova Azərbaycanı “Məzmunda İnnovasiyalar” (“Innovation in Content”) nominasiyası üzrə “Çoxüzlülər bizim ətrafımızdadır” layihəsi ilə təmsil edirdi. Müsabiqədə 41 ölkədən 80-dən çox müəllim iştirak edirdi.


( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 31 марта 2010, 10:15
  • Weboxu
  • 1

Ultra →  ULTRA şirkəti “İOMEGA” şirkətinin Azərbaycanda rəsmi distribütorluq statusunu aldı

Azərbaycanın ən böyük İT şirkətlərindən biri olan ULTRA Computers şirkəti daim innovasiya göstərir. Şirkət distribusiya sahəsində yeni irəliləyiş mərhələsindədir. Şirkət beynəlxalq tərəfdaşlarının siyahısına daha bir tərəfdaş əlavə etmişdir.

ULTRA şirkəti EMC korporasiyasının tərkibində olan “İOMEGA” şirkətinin Azərbaycanda rəsmi distribütoru olmuşdur. İOMEGA şirkəti innovativ saxlama avadanlıqları və kiçik biznes, ev ofisi və digər istehlakçıların təlabatını ödəyən şəbəkə həlləri üzrə sərt disklər, multimediya avadanlılarının istehsalı üzrə beynəlxalq lider şirkətlərdən biridir. Şirkət 1980-ci ildən bəri 410 milyondan çox rəqəmsal saxlama diskləri və sərt diskləri satmışdır. Hal-hazırda İOMEGA şirkəti multimediya avadanlıqlar, rəqəmsal daşıyıcı disklər, eksternal disklər və interaktiv multimediya saxlayıcıları istehsal edir.
Artıq ULTRA şirkəti İOMEGA korporasiyasının məhsullarını Azərbaycan istehlakçılarına təqdim etmək iqtidarındadır.
Paylaş :

Texnologiya →  “Azərbaycan Təhsil Şəbəkəsi” layihəsi Cisco Networkers Awards 2010 müsabiqəsinin finalında


Press-reliz: “Azərbaycan Təhsil Şəbəkəsi” layihəsi Cisco Networkers Awards 2010 müsabiqəsinin finalına çıxdı. Bu haqda Cisco şirkətinin Mərkəzi Asiyanın sistem mühəndisləri üzrə meneceri Rövşən Əkbərov bəyan etdi. Müsabiqə Cisco-nun tərəfdaşları arasında inkişafda olan ölkələr üçün keçirilir. Qeyd etmək lazımdır ki, sözügedən müsabiqənin qaliblərinin adları 29 mart tarixində Bəhreyndə açıqlanacaq. Cisco şirkətinin tərəfdaşları – AZEDUNET və ULTRA –tərəfindən həyata keçirilən “Azərbaycan Təhsil Şəbəkəsi” layihəsi “Society Impacting Network” nominasiyası üzrə irəli sürülüb.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  NETTY 2010 Milli İnternet Mükafatın partnyorlarının sayı artır


Press-reliz: NETTY 2010 Milli İnternet Mükafatının keçirilməsini dəstəkləyən partnyorlar sayının genişlənməsi davam edir. Ölkənin iri İT-şirkətlərindən biri ULTRA “Elm və Təhsil” nominasiyasında Mükafatın partnyoru olmaq niyyətini bildirdi. Bu nominasiyada bütün nominantlar və mükafatın qalibi şirkəti tərəfindən mükafatlandırılacaq. Qeyd etməliyik ki, şirkət ənənəvi olaraq elm və təhsil sahələrinə yönəldilmiş bütün təşəbbüsləri dəstəkləyir, ULTRA elm və təhsil sahələri üçün müxtəlif növ İT-layihələrin həyata keçirilməsi üzrə tanınmış liderdir.


( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 11 марта 2010, 13:52
  • Weboxu
  • 1

Ultra →  Belarus-Azərbaycan İKT forum


Bu barədə artıq çoxlarınızın xəbəri var. İstər mətbuatda öz əksini tapan press-relizlərdən, istərsə də WebOxu`dan. Dünən bir qədər qəribə və hərəkətli bir gün keçdi. Bütün Bakı elektrik enerjisindən məhrum olduğu anda, Belarus və Azərbaycan tərəfi İKT-ni biryerdə inkişaf etdirməyə çalışırdılar. Xoşbəxtlikdən «Park-inn» generatorları sayəsində qonaqların qarşısında yalnız 2-3 san.lik elektik itkisi ilə gözükölgəli olduq. Qalan hər şey isə qrafikə uyğun keçdi.
Tədbirdə əsas maraqlı tərəflər ölkələr (Azərbaycan, Belarusiya) olduğu üçün rəsmi dəstəklə həyata keçən forumda ab-hava da rəsmi olub. Azərbaycanda bir növ «Slikon vadisi» yaratmaq üçün Belarusiya`nın da təcrübəsini öyrənmək və «Elektron Hökumət» layihəsində istifadə olunmağa yarayacaq proqram həllərinin araşdırılması üçün nəzərdə tutulan forum dünən baş tutdu.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 10 февраля 2010, 09:00
  • Sadig
  • 3

Texnologiya →  Təhsildə informasiya texnologiyalarının tətbiqi mövzusunda konfrans keçirildi


Press-reliz: 9 fevralda Təhsildə informasiya texnologiyalarının tətbiqi mövzusunda Konfrans keçirilmişdir. Təhsil Nazirliyi və Microsoft Azərbaycan tərəfindən təşkil olunan konfrans İntel, HP, MƏDƏD, ULTRA tərəfindən dəstəklənirdi. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov iştirak etmişdir. Nazir çıxışında İKT-nin təhsil sistemində geniş tətbiqini yüksək qiymətləndirmiş, amma bu istiqamətdə qarşıda duran böyük işlərin olduğunu da qeyd etmişdir. Nazir çıxışında təhsil sistemində İKT-nin tətbiqi mövzusunda müsabiqəninin keçirilməsi təşəbbüsü ilə çıxış etdi.
Konfransda İnnovativ müəllimlər müsabiqəsinin yekunları elan edilmişdir. III yeri Ülviyyə İsmaylova (6 saylı məktəb-lisey), Mehriban Abbasova (8 saylı orta məktəb), Baha İsmaylova (Zaqatala şəhər Humanitar fənlər gimnaziyası), II yeri Almaz Həsrət (204 saylı orta məktəb), Mətanət Əhmədova (264 saylı məktəb-lisey), I yeri isə İlhamə Əkpərova (8 saylı orta məktəb) tutmuşlar.

( Ətraflı oxuyun )
Paylaş :

Təhlil →  Ultra şirkətinin "Korporativ Stilin hazırlanması" konkursu - ciddi iş yoxsa reklam?

Bu gün Ultra şirkətinin yeni konkursu barədə yazı oxudum. Yazıda Azərbaycanın ən böyük İT şirkətlərindən biri olan ULTRA şirkətinin bir elanı var idi. Məsələ İT şirkəti ilə bağlı olduğuna görə məndə xəbəri paylaşmaq istədim. Ancaq nəsə bir məqam mənə qaranlıq qaldı.
Deməli başlıqdan da görsəndiyi kimi konkursda «Korporativ Stil» hazırlanmalıdır. Yazıdan sitat:

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 2 февраля 2010, 17:12
  • Shaig
  • 2

Texnologiya →  Mak.az-ın qonağı "Ultra" şirkətinin prezidenti Tahir Mirkişilidir.


Tahir Mirkişili 1977-ci ildə Azərbaycanın Qubadlı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində elmlər namizədi olub. Bir müddət Azərbaycan Xarici İşlər Nazirliyində çalışıb. Ultra şirkətinin qurucusu və hal-hazırki prezidentidir. Evlidir.

Azərbaycanda bir qida, pərakəndəçi, paltar və ya kimya sənayesi yox, ənənəsinə sahib olmadığımız IT şirkəti…


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 11 января 2010, 21:05
  • Weboxu
  • 2