Twitter →  Twitter “Tweet” Ticarət markasına sahib oldu


Son illərin ən məşhur sosial şəbəkələrindən biri olan Twitter, ‘tweet etmək' adının haqqına sahib deyildi. Saytla birlikdə adı anılan bu anlayışı, yenə Twitter üzərində xidmət göstərən reklam şirkəti Twittad adlı şirkət sahiblənmişdi. Twittad, mikro blog saytı açıldığı zamanlarda, tweet-i ticarət markası kimi öz adına qeydiyyat etmişdi.

İllərdir davam edən məhkəmələrin nəticəsində tərəflər razılığa gələ bildi. Twittad, Twitterin simvolu olan quşun iconunun istifadə haqqlarına da sahib olduğu deyilir. Məhkəmə nəticəsində Twitter tweet sözü və həmin sözün törəmələrinin ad haqqına sahib oldu.
5 il idi ki məhkəmə davam edirdi. Razılaşmaya görə Twittad artıq Twitterin məşhur quş iconunun haqqına sahibdir və iddialara görə istədikləri zaman onun istifadə edilməməsini tələb edə biləcək.
Paylaş :

AzTWI →  AzTWI.com - Twitter-in Azərbaycan istifadəçilərinin statistikası [ #bloqosfer təqdimatı ]


Bloqosfer 2011-də Sosial Media — microblogingin inkişafına verdiyi dəstəyə görə AzTWI.com da təltif edilənlər arasına düşdü. Bundan başqa, sayt tədbir zamanı apardığı sorğunun nəticələrini təqdimatla iştirakçılara göstərdi.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 5 сентября 2011, 16:36
  • Weboxu
  • 1

Sosial Media →  Socialbakers Twitter statistikalarını verməyə başlayır


Olduqca detallı Facebook statistikalarını təqdim edən Socialbakers bundan belə Twitter profilerinin statistikalarını da təqdim edəcək. Ehtimala görə irəliləyən zamanlarda detallı Twitter statistiklarını da verəcək. Bu anda yalnız Twitter istifadəçilərinin izləyicilərinə (followers), izlədiklərinə (following) və tweet ədədlərinə görə sıralayır.
Socialbakers saytı ilk əvvəl Facebook statistikalarını təqdim etməklə başlamışdı. Hal-hazırda da ən detallaı Facebook barədə olan məlumatları təqdim edir. Sonradan tərkibinə Linkedini əlavə edən sayt son olaraq da Twitteri əlavə etdi. Beləcə Sosial Media haqqında ətraflı statistikları öz üzərinə götürür.
İndiki formada Twitter statistikaları çox sadə formadadır. Azərbaycan üzrə statistikaları təqdim edən Aztwi.com-da statistikalar daha ətraflıdır.
Sosialbakers-də indi ən çox izləyici olan ilk 3 istifadəçi isə, 1. Lady Gaga (@ladygaga), 2. Justin Bieber (@justinbieber), 3. Barack Obama (@BarackObama).
Paylaş :

Start-up`lar →  Aztwi.com - Twitter-in Azərbaycan istifadəçiləri


Twitter Azərbaycanda çox geniş olmasa da müəyyən kütlə arasında yayılmış micrososial platformadır. Əsasən İT nümayəndələrinin üzvlüyü ilə başladı. İndi də elə istifadəçilərin böyük əksəriyyəti İT sahəsində olanlardır. Sonra bloggerlər, jurnalistlər və siyasilər üzv olurlar. Twitterin özünə məxsus hashtag, trends və s kimi xüsusuyyətləri var. Həmin bu xüsusiyyətlərin lokallaşdırımış xidmətlərini Aztwi.com təqdim edir. Bir müddətdir twitter.com/aztwi useri ilə işləyən sistemin sayt formasına keçməsi ona əlavə üstünlüklər də qatacaq. Məsələn mən həmin useri follow etmək istəmirəm, amma arada açıb mesajlarına baxıram. Sayt olanda isə bu raha rahat olacaq. Saytda gün, həftə, ay və bütün vaxtlar ərzində olan populyar mövzular və populyar mikrobloqqerlərin statistikasını əldə etmək olacaq. Sistem Twitter API-ləri ilə işləyir və orada ən çox bəhsi keçən sözləri, eyni zamanda ən çox müraciət, retweet edilən userləri araşdırır və buna uyğun statistika çıxarır.

( Ətraflı oxuyun )
Paylaş :