Mobil Texnologiya →  iPad qəzeti təxirə salındı


News Corp. tərəfindən hazırlanan və yalnız iPaddan oxuna biləcək qəzet «The Daily»in çıxışı təxirə salındı.

Bir müddət əvvəl xəbər verilidi ki, Apple CEO-su Steve Jobs və News Corp.-un qurucusu Rupert Murdochun 19 Yanvar günü ediləcək bir təqdimat gecəsiylə iPad qəzeti olan «The Daily»ni tanıdacaq. Ancaq işlər çatdırıla bilinmədi və axsaqlıqlar meydana gəldi. Beləcə təqdimat təxirə salındı

19 Yanvarda çıxmağı gözlənilən virtual qəzetin ən yaxşı ehtimalla bu ayın sonunda çıxacağı, digər bir ehtimalla isə Fevralı gözləmək lazım olduğu deyilir. Hələ Apple və ya News Corp. cəbhəsindən bir açıqlama edilməyib ancaq gecikmənin səbəbi olaraq iTunesdə abunəlik ilə əlaqədar uyğunlaşdırmanın çatdırılmadığı deyilir…

Başqa tərəfdən isə bilindiyi kimi 19 Yanvardan əvvəl Steve jobsun sağlamlıq problemləri səbəbiylə Apple CEO-luğunu qısa müddətli təhvil verməsinin də işləri gecikdirmiş ola biləcəyi və təqdimata təsir etmiş ola biləcəyi deyilir.
Paylaş :