Texnologiya →  Webrazzi Summit 2011


Webrazzi Türkiyənin Texnologiya bloqudur. Web 2.0, Sosial Media ve Digital Marketinq mövzularında ən populyar yazıların olduğu bir bloqdur.
Mən 2007-ci ilin sonlarından başlayaraq bu bloqu izləyirəm. İlk başlayanda tək müəllifli olan bloq, bu gün bir neçə daimi və onlarla qonaq yazarı ilə kollektiv bloqdur. Bloqda Türkiyə bazarı üçün maraqlı və lazımlı olan müxtəlif analizlər, məlumatlar verilir. Azərbaycan bazarı ilə əlaqədar da, mən qonaq yazar kimi bloqda 2 yazı yazmışdım. Türkiyə üçün bir növ Mashable, Techcrunch bloqlarının alternatividir.
Webrazzi ötən ildən başlayaraq "Webrazzi Summit" adlandırdıqları beynəlxalq tədbirlər keçirməyə başlayıb. Ötən il dünyadakı 277 fərqli şirkətdən 750 nəfərin iştirakı ilə keçirilən konfrans bu il oktyabr ayının 19-da olacaq. Konfransın spikerləri isə dünyadakı populyar olan müxtəlif texnologiya şirkətlərindəndir. Spikerlərə baxanda adamı həyəcanlandıran cəhət hər gün internetdə oxuduğumuz texnologiya contentini yaradan və bizə çatdıran şirkətlərin nümayəndələri olmaqlarıdır:

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 24 сентября 2011, 17:14
  • Shaig
  • 4

Wikipedia →  Texnologiya və Vikipediyamız


Yəqin ki, hamımızın Vikipediya (www.wikipedia.org) resursundan xəbərimiz var, ondan yəqin ki, faydalanmayan insan yoxdur. Xüsusən onun ingilis dilli versiyası daha populyardır və müşahidələr göstərir ki, Google-da ingiliscə hər hansı sözü və ya ifadəni axtararkən nəticələrdə Vikipediyanı ilk yerlərdə görmək adi hala çevrilib. Bu versiyada ən adi anlayış və gündəlik əşyalardan tutmuş (məsələn, orada «Qələm» üçün ayrıca geniş məqalə var) ən son elmi anlayışlara qədər bütün növ suallara cavab tapmaq mümkündür. Ona görə də xarici ölkələrdə təhsil alan tələbələr, ziyalılar və adi şəxslər bir çox suallara cavab tapmaq üçün Vikipediyaya müraciət edirlər. Vikipediya açıq resurs olduğu üçün orda istənilən şəxs əlavə və dəyişikliklər etmək imkanına malikdir. Buna görə də bəzən iddia olunur ki, bu orada yanlış informasiyaların yer almasına səbəb olur. Lakin qeyd etməliyik ki, orda yerləşdirilən bütün məlumatlar etibarlı mənbələrə istinad göstərilərək yerləşdirilir, statistikalar, yerləşdirilmiş məlumatlar dəyişdikcə istifadəçilər tərəfindən yenilənir, beləcə orda olan səhvlərin sayı minimuma enir. Artıq 2005-ci ildə araşdırmalar göstərdi ki, bu açıq ensiklopediya təxminən «Britannica» qədər dəqiqdir.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Ən çox etibar edilən sahə hansıdır?


Dünya üzrə edilən bir araşdırmada insanlara ən çox etibar etdikləri sahənin hansıları olduğu soruşuldu.
Ən düzgün olanı etdiyinə, ən çox güvəndiyiniz sahə hansıdır? Bu sualı 23 ölkədən cəmi 5075 iştirakçıya soruşan Edelman adlı araşdırma şirkəti, hər il təşkil etdiyi güvən indeksi araşdırmasının nəticələrini nəşr etdi.

Edelman tərəfindən nəşr olunan nəticələrdə texnologiya sənayesinin açıqca ən çox etibar edilən sahə olduğu meydana çıxdı.

İştirakçıların 81%-i texnologiya sahəsinə güvəndiklərini ifadə edərkən, ikinci və üçüncü sırada isə avtomobil və telekominikasiya sahələri oldu.
Paylaş :

Təhlil →  BakuTel 2010 - yeni mərkəzdə, köhnə sərgi


Bu gün BakuTel sərgisinə tamaşa etməyə getmişdim. Əslində plan o idi ki, sərginin ilk günü gedək. Məlum olaraq, sərginin açılış vaxtı dəyişdiyindən, sərgini ziyarət vaxtı da avtomatik dəyişildi. Ona görə bu haqda öz fikirlərimi hələki indi yazıram. Yəqin ki, indiyə qədər sərginin gedişatı, oradakı stendlər haqqında oxucuların çoxusu ya gedib görüb, ya da indiyə qədər oxuyub. Mən də ona görə sərginin gedişatı haqqında yox, elə ümumiyyətlə sərgi haqqında fikirlərimi qeyd edəcəm.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 26 ноября 2010, 01:51
  • Shaig
  • 1

Blog: Millenium →  Üçölçülü oyuncaq pCube

Britaniya Kolumbiya Universitetionin mütəxxəssisləri bu günlərdə keçirilən «Kibernetik İnterfeyslər» konferansinda pCube adlı orijinal məhsul təqdim etdilər. İlk baxışdan o bir növ şüşə kuba bənzəyir, lakin hər bir üzündə şüşə əvəzinə maye kristallı displeylər quraşdırılıb. Nəticə olaraq, kubun içində həqiqətəndə 3-ölçülü nəsə olması illyuziyası alınır. Kub akselerometr və hərəkət sensorları ilə təchiz olunub. Buda öz növbəsində kubun içi ilə interaktiv "əlaqəyə" girmək imkanı verir. Aşağıda əlavə olunmuş videoda bu divardan divara çırpmaqimkanı olan oyuncaq inəklərdir.

Sistemdə adı çəkilməyən NVIDIA videoçipindən istifadə olunub, fizikanı isə əlavə PhysX prossesoru təmin edir. Yaradıcıların planlarında — qarşılıqlı əlaqənin daha obyektiv olması üçün bütün displeylərin sesnsorlu olması var. Planda eləcədə MK-ekranları OLED-lə əvəz edərək hal hazırda çox yer tutan kubun ölçülərini kiçilməkdir.



Mənbəə: Aliyev.us
Paylaş :

Ultra →  Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi "E-Sənəd Dövriyyəsi" sistemini tətbiq etdi


Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi “Megapolis DocNet” elektron sənəd dövriyyəsi sistemini tədbiq etdi. Bu haqda İqtisadi İnkişaf Nazirliyinin mətbuat katibi Abbas Əliyev xəbər vermişdir.

Onun sözlərinə əsasən sistemin tətbiqi lazımi ünvanlara müvafiq sənədlərin hazırlanması və göndərilməsinin daha operativ həyata keçirilməsinə imkan yaratdı və həmçinin insan resurları və kağız daşıyıcılardan isitfadə dərəcəsini azaltdı.

Hal-hazırda korporativ səviyyədə müəssisədə elektron imza da tətbiq edilir.

( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  NEXUS LED texnologiyalı televizorların istehsalına başlayacaq


İndiyə kimi LCD televizorlar ilə istehlaçıların təlabatını ödəyən Azərbaycanın ilk noutbuk istehsalçısı olan NEXUS şirkəti artıq növbəti aydan LED texnologiyalı televizorların istehsalına başlayacaqdır.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Shaig →  Texnologiyaya aid foto/karikaturalar

Bəzən internetdə gəzərkən qarşıma maraqlı fotolar çıxır. Bu fotolar bir növ karikatura xarakterli fotolar və ya oxuduğum xəbəri xarakterizə edən foto kadrlar olur. Oxuculara bir qədər yumor hissi ilə çatdırılmış rəsimlərdir. Onlar qarşıma bir-bir yazmaq da istəmirəm. Amma bəzən yazmamaqda olmur. Çox vaxt qarşıma çıxanda Friendfeed`də share edirdim. Sonra fikirləşdim ki, arada qarşıma çıxdıqca bir kənara qoyum bir neçə dənə yığışında birgə share edərəm:

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 27 января 2010, 09:44
  • Shaig
  • 1

Oxatan →  “Bakutel`in mətbəxi” və ya “Bakutelin -1`ci günü” başlıq-keçid

Bu gün Oxatanın Bakutel`ə ezam olunmamış yazarı qismində iştirak elədim. Bakutelin pərdə arxasını, belə demək mümkünsə “mətbəxini” görmək imkanım oldu. Düzü mən orda olduğum müddətdə sərgi zalı inşaat ərazisini xatırladırdı.
Paylaş :