Ultra → Bakıda “Bank sektorunun müasirləşdirilməsi üçün innovasiya həlləri” seminarı keçirildi
28 oktyabr 2010-cu il tarixində Bakıda ULTRA (Bakı), “Sistem Texnologiyaları” (Minsk) və Oracle (Bakı) şirkətlər alyansı tərəfindən təşkil olunmuş “Bank sektorunun müasirləşdirilməsi üçün innovasiya həlləri” mövzusunda seminar keçirilib. Tədbir Park İnn otelinin Dan Ulduzu konfrans zalında baş tutmuşdu. Seminarda biznesin gələcəkdə inkişafı və sabitləşməsi üçün informasiya texnologiyalarının effektiv istifadəsində maraqlı bank və maliyyə strukturlarının 40-dan çox mütəxəssisi iştirak etmişdir. ULTRA şirkətinin prezidenti Tahir Mirkişili və “Sistem Texnologiyaları” Birgə Məhdud Məsuliyyətli Cəmiyyətinin başçısı Aleksnadr Mukovozçik seminarı açıq elan etmişdilər. Seminarın əsas məsələləri tərəfdaş təşkilatlar tərəfindən işlənib hazırlanan və tətbiq edilən həllərin və İT texnologiyaların nəzərdən keçirilməsindən, həmçinin əməkdaşlığın aktual istiqamətlərinin müzakirəsindən ibarət idi. Tahir Mirkişili qeyd etdi ki, “bankdaxili proseslərin həyata keçirilməsində informasiya texnologiyaları artıq köməkçi funksiyanı yerinə yetirmir, hətta İT biznes-proseslərin ən mühüm tərkib hissəsinə çevrilmişdir. – Şöbələrin məqsədlərinə və tələblərinə uyğun olaraq yaradılan və fəaliyyət göstərən düzgün qurulmuş İT-infrastruktur bank rəhbərliyinə və işçilərinə təşkilat daxilində və ondan kənarda baş verən prosesləri tam olaraq anlamağa kömək edir, daimi dəyişən mühit şəraitinə tez uyğunlaşmağa, opertiv olaraq yeni müştəriləri tapmağa və yeni xidmətləri sürətlə bazara çıxarmağa imkan verir”.
( Ətraflı oxuyun )
- 0
- 2 ноября 2010, 10:17
- şərh yaz
Ultra → Elektron xidmətlər tədricən sıravi vətəndaşın gündəlik həyatlarına daxil olacaq
ULTRA şirkətinin prezidenti Tahir Mirkişilinin müsahibəsi
— Tahir müəllim, elektron xidmətlərin tətbiqi barədə Sizin fikriniz, yerli əhali elektron xidmətlərdən istifadə etməyə hazırdırmı?
( Ətraflı oxuyun )
— Tahir müəllim, elektron xidmətlərin tətbiqi barədə Sizin fikriniz, yerli əhali elektron xidmətlərdən istifadə etməyə hazırdırmı?
— Avropa ölkələrində əhalinin 70 faizi elektron xidmətlərdən istifadə edir. Azərbaycanda isə gündəlik həyatda elektron resurslardan yararlanmağa yalnız əhalinin 30 faizi hazırdır. Belə düşünürəm ki, ölkədə bu sahədə vəziyyət dinamik sürətdə dəyişəcək. Təqaüdçülərimiz bankomatlardan istifadə etməyi öyrəniblər, bu isə o deməkdir ki, digər elektron xidmətlər də Azərbaycanın sıravi vətəndaşların gündəlik həyatlarında tədricən öz yerini tapacaq. Bu prosesi sadəcə olaraq canlandırmaq lazımdır. İT texnologiyalar sahəsində yeniliklərin tətbiq olunması istənilən cəmiyyətdə inqilabi bir prosesdir. Arxasınca böyük kütləni apara biləcək liderlər, eləcə də şirkətlərin bu işə həvəsləndirilməsi vacibdir. Amerikada 90-cı illərdə əhalinin yalnız 10 faizi alış-veriş əməliyyatları üçün internetdən istifadə edirdi. ABŞ hakimiyyəti tərəfindən internetdə məhsul satışı həyata keçirən şirkətlər üçün mənfəət vergisinin iki dəfə azaldılmasından sonra, beş il ərzində elektron xidmət istifadəçilərinin sayı 80 faizədək artmışdır.
Azərbaycanda elektron xidmətlərinin istifadə əhatəsinin genişləndirilməsi istiqamətində elektron təklif və xidmətlərin spektrini genişləndirmək, eləcə də onların keyfiyyətini artırmaq lazımdır.
( Ətraflı oxuyun )
- 0
- 28 июля 2010, 09:55
- 1
Ultra → ULTRA Elektron layihələrin növbəti mərhələsinə doğru addımlayır
Müsahibiiz ULTRA şirkətinin baş direktoru Tahir Mirkişilidir.
— Tahir müəllim hazırda Azərbaycanda bütün istiqamətlərdə olduğu kimi İT sahəsində də sürətli inkişaf var. Bu inkişafda Ultra şirkətinin hansı payı var?
— Həqiqətən də bu gün iqtisadiyyatın inkişafını informasiya texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. İnformasiya texnologiyaları rəqabət sahəsində və ölkə imicinin dəyişilməsi üçün zəmin yaradan ən mühüm faktora çevrilmişdir. Möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən bu sahənin mühüm rolunu ön plana çəkərək ölkədə prioritet sahə elan etmişdir.

- +1
- 30 апреля 2010, 13:33
- şərh yaz
Texnologiya → Mak.az-ın qonağı "Ultra" şirkətinin prezidenti Tahir Mirkişilidir.

Tahir Mirkişili 1977-ci ildə Azərbaycanın Qubadlı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində elmlər namizədi olub. Bir müddət Azərbaycan Xarici İşlər Nazirliyində çalışıb. Ultra şirkətinin qurucusu və hal-hazırki prezidentidir. Evlidir.
Azərbaycanda bir qida, pərakəndəçi, paltar və ya kimya sənayesi yox, ənənəsinə sahib olmadığımız IT şirkəti…
( Ətraflı oxuyun )
- 0
- 11 января 2010, 21:05
- 2