Texnologiya → Təhsil naziri: İKT-nin təhsildə tətbiqi son 5 ildə əsas uğurlarımızdan biridir
Press-reliz: İnformasiya kommunikasiya texnologiyalarının təhsildə tətbiqi son 5 ildə əsas uğurlardan biridir. Bu haqda Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov təhsilin informasiyalaşdırılmasına həsr olunmuş tədbirdə bəyan etmişdir. Onun sözlərinə görə, təhsilin informasiyalaşdırılmasında ən vacib məsələlərdən biri də müəllimlərin İKT üzrə tətbiqi biliklərinin artırılmasıdır. M.Mərdanovun sözlərinə görə, müəllimlərin treninqlərdən keçməsi onlara İKT vasitəsilə tədrisi daha effektiv qurmağa imkan verir. Nazir təhsil işçilərinin İKT üzrə biliklərinin təkmilləşdirilməsində təlimçi kimi daha hazırlıqlı müəllimlərin iştirakını çox müsbət qiymətləndirdi.
( Ətraflı oxuyun )
( Ətraflı oxuyun )
- +1
- 19 мая 2010, 10:44
- şərh yaz
Texnologiya → “Elektron Təhsil” Respublika müsabiqəsinə 347 layihə təqdim olunmuşdur
Press-reliz: “Elektron Təhsil” Respublika müsabiqəsinə 347 layihə təqdim olunmuşdur. 2010-cu il Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə İKT ili”-nin əsas fəaliyyətlərindən biri olan, “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən müsabiqə Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.( Ətraflı oxuyun )
- +1
- 14 мая 2010, 11:06
- şərh yaz
Texnologiya → “Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi
Press-reliz: 6 apreldə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi. 2010-cu il Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunmuşdur və müsabiqə nəzərdə tutulmuş fəaliyyətlərdən biridir. Müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir. Müsabiqənin rəsmi internet-səhifəsi ünvanında yerləşdirilmişdir. ( Ətraflı oxuyun )
- 0
- 6 апреля 2010, 12:19
- 6



