Texnologiya → Bakıda “Təhsil və Texnologiya vasitəsilə İqtisadi İnkişaf” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir

Konfransının məqsədi Yeni Müstəqil Dövlətlərin təhsil liderlərini bir araya gətirməkdir. Tədbir iştirakçılar arasında təhsil sahəsində əldə olunmuş və texnologiya tərəfindən dəstəklənən bilik və təcrübələrin mübadiləsini, o cümlədən dünya təhsil liderlərinin strategiya, siyasət və praktikasına dair təkliflərini özündə cəmləşdirəcək.
Beynəlxalq Təhsil Konfransı çərçivəsində mütəxəssislər tərəfindən seminarlar təşkil olunacaqdır. Azərbaycan Dillər Universitetində “Ali təhsildə e-tədris”, 132-134 saylı təhsil kompleksində “Milli İKT və Təhsil Strategiyasının inkişafı”, Elitar Gimnaziyada isə “Müəllim və şagirdlər üçün birin-birə təhsil” mövzusunda seminarlar keçiriləcəkdir. Seminar iştirakçıları həmçinin video-konfranslarda iştirak edəcəklər.
( Ətraflı oxuyun )
- 0
- 18 ноября 2010, 12:45
- şərh yaz



