İnternet →  Яндекс (Yandex) Türkiyə bazarında

Bu barədə iyun ayında məlumat vermişdik. İlin sonuna kimi Rus axtarış maşını Yandex Türkiyə bazarına çıxmağı gözlənilirdi. Bu barədə Türkiyədən də məlumat almışdıq. İlin əvvəlindən Yandex-in Türkiyədə işə başladığını öyrənmişdik.

Artıq ilin son rübünə doğru bu gerçəkləşdi. Yandex rəsmi olaraq Türkiyə bazarındadır — www.yandex.com.tr. Hadisənin detalları barədə ətraflı olaraq buradan oxuya bilərsiniz.

Hal-hazırda Türkiyə bazarında axtarış sahəsində Google 95%-lik bazar payına sahibdir. Yandex nümayəndələrinin dediklərinə görə ilk etabda məqsəd dərhal pul qazanmaq deyil. Onlar hesab edir ki, ən azından bazarda 10-15% paya sahib olduqdan sonra bu barədə düşünə bilərlər. Buna görə də ilk başda Türkiyəyə açılacaq servislər arasında Yandex Direkt yoxdur. Servislər arasında vebdə və şəkillərdə axtarış, video, hava haqqında, xəbərlər xidməti, tərcümə və s. var. Google-dan fərqli olaraq isə, Yandex-in çalışdığı Türk dilinin morfologiyasına daha yaxşı yiyələnməkdir. Bunun üçün komanda da yığılıb.
Paylaş :
  • +4
  • 20 сентября 2011, 22:54
  • Weboxu
  • 5

İnternet →  Яндекс (Yandex) gözünü Türkiyə bazarına dikir?



İlin sonuna kimi Rus axtarış maşını Yandex Türkiyə bazarına çıxa bilər. Xarici bazarlara çıxış barədə fikirlər bu ilin mayında İPO`da (Initial Public Offering — qiymətli kağızlar bazarında) uğurlu keçiddən sonra yaranıbdır.

Bildiyimiz kimi Yandex dünya nəhəngi Google-u Rusiya axtarış bazarında tamamən sıxışdırıb. Analitiklərin məlumatına görə 2010-nun mayında Rusiya`da Google 22.4% paya malik olduğu halda Yandexin payı 64.8% olub. Həmçinin yaxın keçmişdə Yandex amerika birjası NASDAQ-da uğurla öz aksiyalarının satışını həyata keçirdi. Bazarda rəğbətlə qarışlanan şirkət 15.4 mln aksiya satdı, halbuki tələbat iki dəfə çox idi.

( Ətraflı oxuyun )
Paylaş :

Twitter →  Twitterdə 2 yeni dil: Rus +Türk dilləri (=Azərbaycan)


Twitter rəsmi blogundan verdiyi məlumatla iki yeni dili əlavə etdiyini istifadəçilərinə çatdırdı. Əslində bu o qədər də təəccüblü məlumat olmazdı. Əksərən belə məlumatları görəndə biz bunu tərcümə edib(şəxsi fikirlər olmadığına görə) weboxu-nun rəsmi hesabı ilə paylaşırıq. Ancaq dillərin Rus və Türk dilləri olmağı məndə əlavə bir iki kəlmə deməyə də ehtiyyac yaradır.
Rəsmi blogda tərcümə haqqında xəbər və hər iki ölkənin tanınmış microbloggerlərindən nümunələr var.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 27 апреля 2011, 00:22
  • Shaig
  • 4

Blog: Sanan_Kamal →  Türkiyə Youtube qadağasını qaldırdı


ANKARA — Türkiyədə 2.5 ildir qadağalı olan, dünyanın ən məşhur video paylaşma şəbəkəsi YouTube-a tətbiq olunan daxilolma maneəsini qaldırıldı.

Tərkibində Atatürkə təhqir olan videoların olduğu səbəbiylə 2.5 il əvvəl daxilolma qadağası tətbiq olunan sayt, haqqında danışılan videoların qaldırılmasından sonra Türkiyədə istifadəyə açıldı.

YouTube senzurasının ardından, gözlər digər qadağalı saytlara döndü. Türkiyədə hələ də 7 mindən çox internet saytına daxilolma maneəsi tətbiq olunur.

Xəbərlə əlaqədar videoya bu linkdən baxa bilərsiniz:
http://video.ntvmsnbc.com/youtube-yasagi-kalkti.html

P.S. Böyük ehtimal Youtube-da əməlli başlı canlanma baş verəcək.
Paylaş :