Google → Oracle Google-u məhkəməyə verdi
Oracle, axtarış nəhəngi Google-u məhkəməyə verdi.İddianın səbəbi olaraq Android proqramının, Oraclenin Javayla əlaqədar olan patentləri və müəllif haqqları olaraq göstərilir.
Sun Microsystems-i və onların məhsulu Java texnologiyasını bu ilin başlarında satın alan Oracle-ın iddiası Android yazılarkən Java texnologiyasını istifadə edən Google-un daha əvvəl Oracle-da işləyən Java mütəxəssislərini işə götürdüyü və bu çalışanlar üzərindən Oracle texnologiyalarını icazəsiz istifadə etdiyi istiqamətindədir.
Oracle-ın nümayəndəsi Karen Tillman mövzuyla əlaqədar olaraq, «Google, Androidi düzəldərkən, bilərək, birbaşa olaraq və təkrar təkrar Oracle-ın Javayla əlaqədar olan haqqlarını pozmuşdur.» dedi.
Lakin mütəxəssislər tam tərsini söyləyir.
Google, Androidi yazarkən Java-ya yaxın Dalvik adını verdikləri texnologiyanı istifadə edib. Dalvik, Java «clean room» versiyasıdır. Yəni sıfırdan Javaya uyğun olaraq yazılıb ancaq java deyil. Sistem Oracle-ın sahib olduğu texnologiyaları istifadə etmədən yazılıb. Google da sözlərini bunu deyərək dəstəkləyir: "Əgər bir Java tətbiqini Androidə birbaşa yükləsəniz bilməzsiniz. Dalvik istifadə edərək yenidən yığmalısınız."
- 0
- 15 августа 2010, 17:26
- 1



