Blog: adilaliev → Azərbaycanca GPL zibil qutusuna atıldı

Dev.az layihəsi çərçivəsində GPL lisenziyasının Azərbaycan dilinə tərcümə prosesi yarımçıq dayandırıldı və bundan sonra tərcümə edilməyəcək. Tərcümə edilmiş hissələr də zibil qutusuna atılacaq.
Buna səbəb GNU-nun banisi Richard Stallmanın öz bloqunda yazısıdır:
Steve Jobs, the pioneer of the computer as a jail made cool, designed to sever fools from their freedom, has died.
As Chicago Mayor Harold Washington said of the corrupt former Mayor Daley, «I'm not glad he's dead, but I'm glad he's gone.» Nobody deserves to have to die — not Jobs, not Mr. Bill, not even people guilty of bigger evils than theirs. But we all deserve the end of Jobs' malign influence on people's computing.
Unfortunately, that influence continues despite his absence. We can only hope his successors, as they attempt to carry on his legacy, will be less effective.
( Ətraflı oxuyun )
- +1
- 8 октября 2011, 00:53
- 6
Blog: Teodor86 → Barak Obama: Stiv Cobs Amerikanın ən böyük innovatorlarından biri idi

ABŞ prezidenti Barak Obama (Barack Obama) Stiv Cobsun (Steve Jobs) ölümünə həsr edilmiş şəxsi bəyanatını dərc edib.
« Mişel və mən Stiv Cobsun ölümü xəbəri ilə sarsılmışıq. Stiv Amerikanın ən böyük innovatorları arasında idi; başqa cür düşünmək üçün kifayət qədər cəsarətli, dünyanı dəyişdirə biləcəyinə inanmaq üçün kifayət qədər kobud və bunu etmək üçün kifayət qədər istedadlı idi" — Obama bildirib.
"Öz qarajından başlayaraq dünyada ən müvəffəqiyyətli şirkətlərdən birini yaradaraq o, amerika ixtiraçılığının ruhunu təcəssüm edirdi. Kompyuterləri fərdi edərək və interneti ciblərimizə qədər gətirərək, o, informasiya inqilabını yalnız əlçatan deyil, həm də aydın və şən edib. Stiv tez-tez belə deməyi sevərdi: o, hər gün elə yaşayır ki, sanki bu, onun üçün son gün idi. Bu səbəbdən o, bizim həyatımızı, bütövlükdə sənayelərin iş prinsiplərini dəyişdirə bildi.
( Ətraflı oxuyun )
- +2
- 6 октября 2011, 10:09
- şərh yaz
Blog: Teodor86 → Apple: Stiv Cobs dünyasını dəyişib

Apple şirkəti faciəli hadisə haqqında bildirib: Apple şirkətinin baş direktoru vəzifəsindən formal gedişindən 1 ay sonra sonra əvəzsiz lider, şirkətin və onun bütün yeniliklərinin əsas ilhamvericisi olan Stiv Cobs ölüb. Cobsun ölümünü şirkətin mətbuat xidməti rəsmən təsdiq edib. Hal-hazırda Apple saytında artıq müvafiq informasiya və qısa nekroloq (ölən adama və onun həyat və fəaliyyətinə həsr olunan məqalə) yerləşdirilib.
Cobsun 56 yaşı var idi. O, ağır xəstəlikdən – mədəaltı vəzi xərçəngindən ölüb. Şirkətdən bildirirlər ki, Cobs son günə qədər Apple şirkəti ilə birlikdə idi və hətta öz gedişindən sonra belə şirkətə kömək edirdi. Öz əvəzolunmaz, xarizmatik liderinin ölümü münasibəti ilə Apple şirkətindən bildiriblər: insanların ən yaxşı halda edə bildikləri bu, başsağlığı ifadə etmələri və internetdə öz fikirlərini bölüşmələridir. " Əgər siz öz fikirlərinizlə, xatirələrinizlə bölüşmək istəyirsinizsə, zəhmət olmasa RememberingSteve@apple.com ünvanına yazın" — şirkətdən bildiriblər.
( Ətraflı oxuyun )
- +1
- 6 октября 2011, 08:23
- 2
Apple → Steve Jobs, Apple CEO-luğundan istefa verdi
Steve Jobs, Çərşənbə günü həmtəsisçi olduğu Apple-ın idarə heyətinə istefasını təqdim etdi.«Mən həmişə demişəm, əgər Apple CEO-su kimi öz vəzifəmin öhdəsindən gələ bilməsəm ilk olaraq özüm bu barədə məlumat verəcəm. Təəssüf ki, o gün gəlmişdir» deyə yazdı.
( Ətraflı oxuyun )
- 0
- 25 августа 2011, 03:39
- 2
Mobil Texnologiya → iPad qəzeti təxirə salındı

News Corp. tərəfindən hazırlanan və yalnız iPaddan oxuna biləcək qəzet «The Daily»in çıxışı təxirə salındı.
Bir müddət əvvəl xəbər verilidi ki, Apple CEO-su Steve Jobs və News Corp.-un qurucusu Rupert Murdochun 19 Yanvar günü ediləcək bir təqdimat gecəsiylə iPad qəzeti olan «The Daily»ni tanıdacaq. Ancaq işlər çatdırıla bilinmədi və axsaqlıqlar meydana gəldi. Beləcə təqdimat təxirə salındı
19 Yanvarda çıxmağı gözlənilən virtual qəzetin ən yaxşı ehtimalla bu ayın sonunda çıxacağı, digər bir ehtimalla isə Fevralı gözləmək lazım olduğu deyilir. Hələ Apple və ya News Corp. cəbhəsindən bir açıqlama edilməyib ancaq gecikmənin səbəbi olaraq iTunesdə abunəlik ilə əlaqədar uyğunlaşdırmanın çatdırılmadığı deyilir…
Başqa tərəfdən isə bilindiyi kimi 19 Yanvardan əvvəl Steve jobsun sağlamlıq problemləri səbəbiylə Apple CEO-luğunu qısa müddətli təhvil verməsinin də işləri gecikdirmiş ola biləcəyi və təqdimata təsir etmiş ola biləcəyi deyilir.
- +2
- 24 января 2011, 18:03
- şərh yaz
Apple → Steve Jobs müvəqqəti olaraq Apple-dakı postunu tərk edir
Uzun müddətdir səhhəti ilə bağlı problemlər yaşayan Steve Jobs, müalicəsi üçün işinə ara vermək məcburiyyətində qaldı. Steve Jobsun müalicə dövründə yerini Tim Cook dolduracaq.Steve Jobs mövzu haqqında etdiyi şərhdə; strateji qərarlarda baş rol oyunçusunun yenə özü olacağını, lakin hələlik sağlamlığına fokuslanmaq istədiyini ifadə etdi. Steve Jobs 2009-cu ildə isə bir qaraciyər nəqli keçirmişdi.
Tim Cook isə Steve Jobsun yoxluğunda gündəlik işləri idarə edəcək və firmanın daimi işlərinin axsamadan icra edilməsinə köməkçi olacağı ifadə edildi.
Yazdığı məktubun orginal versiyası:
( Ətraflı oxuyun )
- +2
- 17 января 2011, 18:34
- 5
Blog: Millenium → Dmitriy Medvedyev və Stiv Jobs
Stiv Jobs şəxsən Rusiyanın prezidenti D. Medvedyevə iPhone 4G-ni təklif edir. Unikal video:
- 0
- 5 января 2011, 08:32
- şərh yaz
Apple → Apple rəqiblərinə acıq verib

Apple`ın səhmdarları arasında toplantı keçirilibmiş. Əsasən bu yığıncaqlarda Steve Jobs iştirak etmir. Ancaq bu dəfəki yığıncaqda iştirak edibdi. Belə görsənir ki, nəsə vacib məsələləri müzakirə ediblər. Üstəlik yığıncaqdan sonra da Steve yaman iddialı danışıbdı. Onun açıqlamasına görə, Apple bundan sonra bir sıra riskli işlərə yatırım edəcəkmiş. Eyni zamanda bəzi şirkətləri də satın almaq niyyətləri var. Bu yatırımlarda isə, Steve Jobs uğursuzluq halında isə, 40 milyard dollarlıq nəğdinə güvəndiklərini dedi.
Apple`ın iPhone və iPod satışlarından hədis kar əldə etdiyi bilinir. Həmin gəlirlərə görə də Apple heç yerdən kredit almadan istədiyi işə sərbəst şəkildə girə bilər. Şirkətin belə böyümə potensialının olmağı və bunu yaxşı dəyərləndirməyi də, başda Google olmaq üzrə bir çox rəqib şirkəti də narahat edər yəqin.
Digər tərəfdən Google`un mobil telefonundan sonra Steve Jobsun səhmdarlar toplantısında iştirakı və sonrasındakı bu cür açıqlamaları adamda şübhələr də yaradır. Maraqlıdır görən Apple internet sahəsində nələrsə etməyi fikirləşir?
Yeri gəlmişkən qeyd edim ki, Apple`ın yeni qərarları arasında Çində 25 rəsmi store açmaq var.
- 0
- 1 марта 2010, 02:25
- şərh yaz



