Facebook →  Facebook, 2012-də "News Feed"ə reklam alacaq


Facebook 2012-ci ildə reklam məsələsini şişirtməyə başlayacaq. Daha əvvəllər divarımızın sağ tərəfində sponsor reklamlarını (Sponsored Stories) yayımlamağa başlayanda hər hansı bir reaksiya ilə qarşılaşmamışdı. Ancaq bu dəfə vəziyyət fərqlidir.

Əsas «News Feed»in normal axışı içərisində, reklamları görməyə başlayacağıq. Bu reklam modeli bir qədər Twitter-in «Promoted Tweets» reklam sisteminə bənzəyir. Facebook-un bunu Twitter-dəki kimi necə uğurla həyata keçirəcəyini isə gələn il görəcəyik. Ancaq gedərək Facebookda reklamların artması istifadəçilər tərəfindən mənfi reaksiyaya məruz qalacağı gözlənilir.
Paylaş :