Blog: SYD →  Sosial Yeniliklər Düşərgəsinə ideya verim yoxsa adi iştirakçı kimi müraciət edim?


Sosial Yeniliklər Düşərgəsi (SYD) ilə maraqlananlar bəzən hansı formada iştirak etmək barədə qərar verməkdə çətinlik çəkirlər, ona görə də bu məsələyə aydınlıq gətirmək istəyirik. Saytımızda qeyd etdiyimiz kimi SYD-də iştirakın 2 forması var:

1. İdeya sahibi kimi. Bu formada iştirak üçün olan ərizə formasından da göründüyü kimi xüsusi biliklər tələb olunmur, yetər ki, düşərgəyə verilmək üçün təşkilatçıların verdikləri tələblərə uyğun olan ideya olsun. İdeya sahibləri ideyalarını reallaşdırmaq üçün proqramist, veb-developer, koder, veb-dizayner, jurnalist, bloqçu, marketoloq, brend mütəxəssisi, mediator, layihələr üzrə mütəxəssis və digər sosial aktiv şəxsə ehtiyacları varsa və özləri də bütün bu işləri görə bilmirlərsə, onda həmin şəxslər ideyalarını düşərgəyə göndərirlər və özlərinə lazım olan komandanı düşərgədə toplayırlar. Qeyd etməliyik ki, bir şəxs istənilən sayda ideya göndərə bilər, lakin bir nəfərin ən çoxu bir ideyası düşərgəyə seçilə bilər.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: SYD →  Sosial Yeniliklər Düşərgəsi ilə maraqlananlar üçün görüş

16 may saat 16:00-da Bakı Jurnalistika Məktəbində "Transitions" tərəfindən təşkil olunan Sosial Yeniliklər Düşərgəsi (SYD) ilə bağlı görüş keçiriləcək. Görüşdə bu düşərgə haqqında bu məlumatlar veriləcək:

* SYD-nin mahiyyəti
* Sosial Yenilik və internetin əlaqəsi
* SYD nə üçündür?
* SYD-nin ana xətti və baş vermə mexanizmi
* SYD-yə hansı formalarda qatılmaq olar?
* İdeyalar hansı suallara cavab verməlidir?
* İdeyalara verilən tələblər
* İdeyalar üçün nümunələr
* SYD nədir?
* SYD nə deyil?
* İştirakçılara verilən tələblər
* Qiymətləndirilmə kim tərəfindən və necə aparılacaq?
* Tədbirdə iştirakçıların hansı xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq?
* Sosial Yeniliklər Düşərgəsinin keçiriləcəyi məkan və tarix

Təlimçi: Emin Hüseynzadə (layihə rəhbəri)

Görüşdə iştirak etmək pulsuzdur, lakin qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat proseduru, görüşün ünvanı və başqa məlumatlar düşərgənin saytındakı elanda yer alıb.
Paylaş :

Blog: RMehbaliyev →  E-demokratiya, e-nəsil, e-seçkilər... Avropa Gənclər Parlamenti, Krakov


Mart ayında Avropa Gənclər Parlamentinin Polşanın Krakov şəhərində növbəti regional sessiyasının keçiriləcəyi barəsində elan gördüm. Elanı oxudum və məlum oldu ki, müxtəlif komitələrdəki mövzularda internetin və yeni texnologiyaların tətbiqi diqqət mərkəzindədir. "İnkişaf" komitəsində olan mövzu isə birbaşa e-nəsilin e-demokratiya prosesində iştirakı və müasir medianın gənclərin seçkidəki iştirakının artırılmasında necə istifadə oluna biləcəyi barəsində idi və hazırda Sosial Yeniliklər Düşərgəsinin layihə koordinatoru olduğumdan bu cür sosial innovativ ideya ətrafında müzakirələrdə iştirak etmək üçün bu komitədə olmaq qərarını verdim. Komitəmizdə müxtəlif ölkələrdən (Azərbaycan, Türkiyə, Estoniya, Polşa, İsveç, Belarus, Ukrayna, Xorvatiya) iştirakçıların olması müxtəlif ölkələrdəki təcrübələrlə tanış olmağa imkan verirdi. Xüsusən də e-hökumət sahəsində dünyada ilk yerlərdən birini tutan Estoniyadan iştirakçının olması müzakirələri daha da maraqlı etdi. Müzakirələri mövzu ətrafında (E-nəsil üçün e-demokratiya, Avropa gənclərinin seçkilərdə daha aşağı iştirak etməsinə cavab kimi. Müasir media Avropa Birliyində gənclərin seçkilərdə iştirakının artırılmasında necə istifadə oluna bilər?) beyin həmləsi etməklə başladıq, fikirlərimizi 3 qrupa böldük: problemlər, faktlar, həlli yolları.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: SYD →  Növbəti Sosial Yeniliklər Düşərgəsinə qeydiyyata start verildi

2010-cu il sentyabrın 18-19-da "Transitions"-ın təşkilatçılığı ilə Azərbaycanda ilk Sosial Yeniliklər Düşərgəsi keçirilmişdi. Ötən il bu düşərgəyə olan 200-dən çox müraciəti və cəmiyyətdə yaranmış marağı nəzərə alaraq təşkilatçılar bu il də növbəti Sosial Yeniliklər Düşərgəsini təşkil etməyi qərara alıblar. Yeni tədbirin saytında bu barədə elan yerləşdirilib. Hazırda saytda Sosial Yeniliklər Düşərgəsinin nə olması və necə baş verməsi barədə məlumat, düşərgəyə göndərilə bilən ideyalara verilən tələblər, digər ölkələrdə indiyə qədər keçirilmiş eyni tipli düşərgələr haqqında məlumat (qalib gəlmiş və ya seçilmiş ideyalar, tədbirlərin veb-səhifələri, düşərgə barəsində çəkilmiş filmlər), ideya göndərməkiştirakçı kimi müraciət etmək üçün formalar, tədbirlə maraqlanan şəxslərin suallarını, iradlarını, təkliflərini, eləcə də şikayətlərini cavablandırmaq üçün əlaqə vasitələri yerləşdirilib. Qeyd edək ki, düşərgəyə seçiləcək ideyaları xarici mütəxəssislər qiymətləndirəcəklər və yalnız ideya müəllifləri tərəfindən yayımlanmasına icazə verilən («açıq») ideyalar saytın müvafiq bölməsində yerləşdiriləcək. Tədbir üçün qeydiyyatın son tarixi 25 iyundur. Tədbirin keçiriləcəyi yer və dəqiq tarix bu yaxınlarda açıqlanacaq
Paylaş :

Blog: SYD →  Azərbaycanda ilk Sosial Yeniliklər Düşərgəsi baş tutdu


Azərbaycanda ilk dəfə Sosial Yeniliklər Düşərgəsinin (SYD) keçiriləcəyi barədə məlumat verilmişdi. Təşkilatçıların bu tədbiri keçirməkdə məqsədi ideya müəlliflərini ideyanın həyata keçirilməsinə yardım edəcək insanlarla, reallaşdırmaq qabiliyyətli insanları ideya müəllifləri ilə görüşdürmək və onların bir komandada işləməsini təmin etməkdir. Daha əvvəllər Böyük Britaniya, Slovakiya, Koreya, Avstraliya, Gürcüstanda keçirilmiş bu düşərgə Azərbaycanda ilk dəfə 18-19 sentyabrda Novxanıda AF Hotel-də keçirildi.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 21 сентября 2010, 23:29
  • SYD
  • 3

Blog: SYD →  Sosial Yeniliklər Düşərgəsindən son xəbərlər

SYD_loqo
Sosial Yeniliklər Düşərgəsi yaxınlaşdıqca həyəcan artmaqdadır. Artıq düşərgədə reallaşdırılacaq 6 ideya bu sahədə çoxillik təcrübəyə malik münsiflər tərəfindən seçilib və saytımızda yerləşdirilib. Seçilmək barədə məktub almış şəxslər cümə günü 17 sentyabr saat 11:59-a kimi iştiraklarını təsdiqləyəcəklər. Məkanımız dəqiqləşdi və saytımızda bu barədə məlumat yerləşdirildi.

Saytımızı izləməkdə davam edin.
Paylaş :
  • 0
  • 15 сентября 2010, 18:31
  • SYD
  • 1

Blog: SYD →  Sosial Yeniliklər Düşərgəsi: Tez-tez verilən suallar


Sosial Yeniliklər Düşərgəsi (SYD) nədir?
SYD internetlə bağlı sosial ideyaların düşərgəyə qədər qəbulu, onlar içindən seçilən 4-8 layihənin düşərgədə reallaşdırılması və sonda ən yaxşısının mükafatlandırılması müsabiqəsidir.

SYD kimlər üçündür?
SYD internet və kompüter sahəsində heç bir xüsusi bacarığı olmasa da əla sosial internet layihə ideyası olan istənilən şəxslər, eləcə də proqramçı, veb developer, koder, dizayner, marketoloq, brend mütəxəssisləri, biznes düşüncəli insanlar və bu kateqoriyalara aidiyyəti olan digər şəxslər üçündür.

SYD-yə necə qatılmaq olar?

( Ətraflı oxuyun )
Paylaş :
  • -1
  • 19 августа 2010, 14:29
  • SYD
  • 3

SYD →  Sosial Yeniliklər Düşərgəsi necə baş verir?


Bu günlərdə Sosial Yeniliklər Düşərgəsinin (SYD) gəlməsi xəbəriSYD haqqında məlumat saytımızda yer aldı. Bilirəm ki, çoxlarınız SYD-nin saytını səbirsizliklə gözləyirsiz, bu da saytımızın ünvanı: www.syd-az.net

İndi isə SYD-nin necə baş verməsi haqqında Sizə məlumat vermək istəyirəm.

Proses belə baş verir:

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 5 августа 2010, 23:45
  • SYD
  • 3

Blog: SYD →  Sosial Yeniliklər Düşərgəsi haqqında

Bir neçə gün öncə saytımızda Sosial Yeniliklər Düşərgəsinin gəlməsi barədə xəbər yerləşdirilmişdi. İndi istəyirik Sosial Yeniliklər Düşərgəsinin nə olması barədə Sizi məlumatlandıraq.

Müasir dünyada biz insanların ehtiyacını və problemlərini nəzərə almaqla onların tələbatına cavab verəcək texnologiyalar yarada bilərik. Sosial Yeniliklər Düşərgəsi bu texnologiyaların formalaşdırılması məqsədi ilə rəqəmsal dünyada yeniliklərin internet üzərində tətbiq olunması ilə problemlərin həllinə yönəlmiş bir təcrübədir. Bu düşərgədə hansısa sosial problemlərə qarşı olan, eləcə də bu problemi veb alətlər əsasında həll etməyə hazır olan insanlar şəbəkə şəklində birləşib, rəqəmsal alətlərin köməyi ilə, problemə yeni həll yolu axtarırlar. Yeniliklərin rəqəmsal alətlər vasitəsilə həyata keçirilməsinin əsas səbəbi bu vasitələrin nəticəyə çatma prosesini asanlaşdırmasıdır. Burada insanlar konkret nəticə üçün çalışırlar və bütün bunlar cəmisi 48 saat içində baş verir. Düşərgənin ictimai rolu ondan ibarətdir ki, problemlərin həlli dövlət və digər qurumların üzərindən sadə əhali üzərinə yönəlir və problemlərin həlli prosesinə insanlar öz töhfələrini vermiş olurlar. Belə olan halda internet yeni xüsusiyyətlərə malik olmaqla bəzi problemlərin həllinə daha effektiv töhfə verəcək. BratislavadaTbilisidə keçirilən analoji tədbirlərdən sonra bu ideyanı Azərbaycanda da həyata keçirmək qərarını verdik.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 2 августа 2010, 20:54
  • SYD
  • 2

SYD →  Sosial Yeniliklər Düşərgəsi gəlir


2 il yarım öncə AzNetdə «BarKamp» sözünə rast gəlməyə başladıq. Bu söz ilk dəfə Azərbaycanın BarCamp Baltics (8-10 fevral, 2008, Riqa, Latviya) tədbirində iştirakından sonra aktuallaşmışdı. Bu hadisə İKT dünyasında çox maraq çəkən hadisə olmuşdu və 1news.az informasiya agentliyi bu haqda «Азербайджан был представлен на конференции специалистов ИТ и Новых Медиа в Риге» başlıqlı xəbər yerləşdirmişdi. Bundan sonra 2 yerli BarKamp Azərbaycan («BarKamp Lənkəran 2008»«BarKamp Gəncə 2009»), «BarCamp Caspian»«KörpüKamp» keçirildi.
İndi isə daha maraqlı bir formatda İKT tədbiri — Sosial Yeniliklər Düşərgəsi ölkəmizdə baş tutacaq. Bratislavada və Tbilisidə keçirilən analoji tədbirlərdə Azərbaycanlıların iştirakından sonra bu tədbirin Azərbaycanda keçirilməsi zərurətini hiss etdik və işə başladıq.

Sosial Yeniliklər Düşərgəsi nədi? Nə vaxt olacaq? Harada? Gözdə qulaqda olun! Yaxınlarda biləcəksiz! :)
Paylaş :
  • +1
  • 30 июля 2010, 23:56
  • SYD
  • 4