İnteraktiv Marketinq →  Sosial Media marketingi haqqında statistika. Facebook irəlidədir [tərcümə]

Sosial media platformaları, istifadəçilərin diqqətini cəlb etdikcə bu sahəyə ayrılan marketing büdcələri də artır. 600 milyon istifadəçiyə çatan Facebook dayanmadan böyüyərkən, sosial media marketing büdcələrinin də yarısından çoxunu özünə çəkir.

Hubspot-un statistikasına görə dünyada sosial media marketinginə xərclənən büdcə 3.4 milyard dollardır, bunun 1.7 milyard dolları yalnız ABŞ-dandır. Facebook bu xərclərdən 53% kimi böyük bir pay alarkən, Myspacenin payı %17, oyun və applicationların isə 8%. Location based (məkan əsaslı) xidmətlər və hələ ümumi xidmətə açıq reklam infrastrukturu təqdim etməyən Twitterin aldlğı pay isə yalnız 3%-dir.

( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  NEXUS sosial mediada rəqiblərindən daha aktivdir

İlk Azərbaycan noutbuku kimi 2003-cü ildən fəaliyyət göstərən milli brend NEXUS sosial mediada rəqiblərindən daha aktivdir. Beləki, sosial şəbəkələrdə səhifələrinə daha çox üzv toplayan NEXUS tez-tez müxtəlif aksiyalar etməklə fərqlənir. Yerli brendin məqsədi ictimaiyyətlə əlaqələrini sosial şəbəkə səhifələrində də reallaşdırmaq, istehlakçı irad və təkliflərini nəzərə almaqdır.

Bundan başqa, NEXUS şirkəti sosial blogingə də önəm verir. Şirkət bloqlar vasitəsi ilə məhsulların xüsusiyyətləri barədə texniki və test analiz məlumatlarını yayır. Buna nümunə olaraq "InfoCity" jurnalının TestLab rubrikası üçün NEXUS AİR seriyasından olan noutbukun yoxlanılması və testdən uğurla keçməsini nümunə göstərmək olar.

Şirkət məhsullarının keyfiyyəti, texniki dəstək və s. göstərilən xidmətlərə görə sosial məkanda istehlakçıların minnətdarlığı qeydə alınır. Ancaq bəzi hallarda tutulan iradların səmimiyyəti şübhə yaradır. Məhz buna görə hadisəyə şərh verməkdən qaçınaraq sosial mediada cərəyan edən bəzi məqamların xronoloji vəziyyətini aşağıda qeyd edirik.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Azərbaycan Respublikasının Prezidentinin saytının sosial media ünvanları

Bu gün Facebookda xəbər aldım ki, President.az yenilənib. Sayt əvvəlki versiyasına baxmış daha web 2.0 standartlarına uyğun formaya gəlib. Ən maraqlı hal isə Prezident saytının sosial media hesabları oldu.


Həm Twitter ( @presidentaz ) həm də YouTube ( www.youtube.com/presidentaz ) kanalları var. Son vaxtlarda dövlət başçılarının sosial media xüsusən də Twitter hesabları aktiv istifadə olunur. Bəzən qısa düşüncəlirini media qarşısına çıxıb deməkdənsə sosial mediadan çatdırırlar. Prezidentin sosial media hesabı aktiv istifadə olunsa, sosial medianın da sürətli inkişafı ola bilər. Hələki hesab təsdiqlənmiş hesab deyil. Yəqin ki, qısa müddətdir açıldığına görə. Bir neçə gün ərzində Azərbaycan Prezidentinin Twitter hesabı da təsdiqlənən dövlət və hökümət başçılarının hesabları siyahısına əlavə oluna bilər.
Paylaş :
  • +2
  • 5 июля 2010, 16:17
  • Shaig
  • 9

Təhlil →  Azərbaycan üçün Sosial Media statistikası [diaqram]


StatCounter, GlobalStats adı ilə mütəmadi olaraq, müxtəlif qlobal statistikaları açıqlayır. Əməliyyat sistemlərindən tutmuş, axtarış sistemlərinə qədər bir çox statistikanı təqdim edir. Statistikanın tam dəqiqliyinin nə dərəcədə olduğunu bilmirəm, ancaq kifayət qədər istinad mənbəyidir. Ümumi qlobal statistikadan başqa, ölkələr üzrə də məlumat verir. Hətta Azərbaycan üçün də statistik məlumatları var. Az-çox digər məlumatlar haqqında təsəvvürümüz var. Ona görə mənim də yeni gördüyüm sosial media haqqında olan diaqramlara baxdım. 2010-cu ilin ilk 6 ayının göstəricilərinin statistikası:

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Sosial Media İnqilabı 2 [video]

Sosial Media İnqilabı 2 haqqında maraqlı bir video rolik hazırlanıb.



Videoda maraqlı statistikalardan bəzilərinin tərcümələri:

( Ətraflı oxuyun )
Paylaş :

Weboxu →  WebOxu sosial alətləri

Google Buzz çıxandan sonra bloqlardakı sosial paylaşım saytlarının sırasına dərhal əlavə edildi. Bizdə dedik ki, bu ənənəni pozmayaq, bloqda Google Buzz iconunu yerləşdirək. Yəni Twitter, FriendFeedFacebook`un sırasına Google Buzz da qoşuldu. Artıq yazıları Buzz vasitəsi ilə də bölüşməyin yolunu sadələşdirdik. Əl gəzdirərkən Facebook paylaşımlarının və ReTweet`lərin sayınıda göstərən əlavələri etdik.

Bundan başqa Facebook fan səhifəsini də aktiv hala gətirdik. İndiyə qədər Twitter üzərindən @weboxu`nu izləmək mümkün idi. Eyni zamanda Friendfeed hesabımız da aktiv idi.
İndi Facebook səhifəsini ziyarət edib, fanı ola bilərsiniz. Eyni zamanda Facebook fanlarının sayını göstərən və bloq üzərindən fan olmağınızı asanlaşdıran qutucuğu da bloqun sağ sidebar`ında görə bilərsiniz.
Paylaş :