Blog: DrELM →  Offline mobil lüğətlər

Mobil telefonda hər nə qədər şəxsən AzerDict istifadə etsəm də, offline lüğətlər sisteminə ehtiyac var. Sizə Siemens SL45i-dən başlayaraq Android'ə qədər düzəltdiyim lüğətləri paylaşacam. Nəzərə alaraq ki, gələcəkdə ehtiyaca görə lüğət formatı dəyişilə bilinən və ya hər hansı platforma rahat uyğunlaşdırılan (konvertasiya) olması üçün açıq kod olaraq XDXF formatına çevirdim.

( Ətraflı oxuyun )
Paylaş :
  • +5
  • 29 февраля 2012, 01:31
  • DrELM
  • 1

Mobil Texnologiya →  Ericsson-suz ilk Sony-nin adı Xperia S oldu


Sony-nin Ericsson-dan ayrıldıqdan sonra, öz adı ilə bazara çıxaracağı ilk ağıllı telefon Sony Xperia S, dünən Las Vegasda təşkil edilən CES 2012 Sərgisində tanıdıldı.
Xperia NXT (Gələcək Nəsil) silsiləsindən olan Xperia S, 1.3 GHz cüt nüvəli prosessor və 32 GB daxili yaddaşa sahib. 12 MP-lik arxa kameranın olduğu ağıllı telefonun ön qisimində də 1.2 MPlik bir kamera var. Xperia S, 128 x 64 x 10,6 mmlik ölçüyə və 144 qram ağırlığa sahib olacaq. Ağıllı telefonun 4.3 düymlük sensorlu ekranı, Mobilə Bravia Engine texnologiyasına və 1280 x720 həllolma əmsalına sahibdir.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: n_rashad1989 →  Sony Ericssonun cüt nüvəli ilk Android cihazı Xperia Nozomi!


Sony Ericsson firmasının ən yüksək səviyyədə çıxaracağı ehtimal olunan və cüt nüvəli ilk Android cihazı olmasıyla da ayrı bir əhəmiyyət daşıyan ağıllı telefonu Xperia Nozominin şəkilləri internetə sızdı. Xperia

Nozominin ehtimal olunan texniki xüsusiyyətlərini belədir:
Android 4.0 əməliyyat sistemi
1.5 GHz sürətində işləyən cüt nüvəli prosessor (Qualcomm olacağı nəzərdə tutulur)
1 GB RAM

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Sony və Ericsson şərikliyi rəsmi olaraq bitdi


Bu barədə ayın əvvəlindən söz-söhbət gedirdi. Blogumuzda da bu haqda məlumat verilmişdi.
Businessweekin xəbərinə görə, İsveç mənşəli telekommunikasiya nəhəngi Ericcson şirkəti «Sony Ericsson»dakı, 50%lik payını ortağı Sony-ə sataraq ortaqlıqdan çəkilir. Bunun mənası isə odur ki, Sony bundan belə yola tək başına davam edəcək.

1.05 milyard dollar qarşılığında Ericssonun hissələrini alacaq və bütün idarəni əlinə keçirəcək olan Sony razılaşma daxilində kabelsiz cib telefonu texnologiyalarına aid 5 vacib patent ailəsinin də sahibi olacaq.

İki firma arasındakı razılaşmanın Yanvar 2012-ci il etibarı ilə tamamlanıb, həyata keçirilməsi gözlənilir. Sony xüsusi ilə Android əməliyyat sistemli telefonlarla bazarda vəziyyətini yaxşılaşdırmağa başladı. Bundan baxşaq Android əsaslı media playerlər də istehsalına güc verib.

Bir az keçmişə nəzər salaq:

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Sony smartfon istehsalına Ericsson olmadan davam etmək istəyir (?)


Wall Street Journalın xəbərinə görə Sony, Ericsson ilə 2001-ci ildən bəri davam edən və yalnız mobil telefon üzərinə olan şərikliyini bitirmək üzrədir. Dünyanın altıncı ən böyük mobil telefon istehsalçısı mövqeyində olan Sony Ericsson ilə əlaqədar Yapon istehsalçının yeni strategiyası, bu şəriklikdəki Ericsson hissələrinin hamısını satın alaraq öz içində əməliyyata davam etməkdir.

Sony, Ericssonun payını alaraq gələcəkdəki cihazlarında Sony planşetlər və daşına bilən oyun konsolları ilə daha inteqrasiyalı bir yol izləyəcək kimi görünür. Wall Street Journalın söylədiyinə görə satın alma tamamlanmaq üzrədir. Bu şəriklikdəki Ericssona aid mobil texnologiya patentlərinin dəyərinin 1,3 milyard dollar elə 1,7 milyard dollar arasında olduğu ifadə edilir.
Paylaş :

yazDroid Bloq →  Xperia Play-dən növbəti reklam şedevri

Satışları yeni başlayan oyun smartfonu Sony Ericsson: Xperia Play-in yeni reklam çarxları: Baxaq…


Paylaş :

Blog: sandstorm →  Xperia Play-in yeni reklam çarxı



Bir neçə gün əvvəl Sony Ericsson şirkəti tərəfindən hazırlanan yeni telefon — XPeria Play haqqında dəyərli video çarxın yalnız bir hissəsini təşkil edən reklam tizeri şəbəkəyə buraxılmışdı. Fevralın 6-da isə Super Kubok üçün keçirilən oyun ərəfəsində çarxın tam variantı göstərilmişdi, hansı ki, Sony Ericsson bizə Android-in oyunlar üçün hazır olduğunu göstərməyin kifayət qədər orijinal üsulunu fikirləşib.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Mobil dünyada yeni lider - Android


Google-un ağıllı telefonlar üçün çıxardığı əməliyyat sistemi Androidli telefonlar son rüb satışlarında birinciliyə yüksəldi.

Google-un smartfonlar üçün iki il əvvəl çıxardığı əməliyyat sistemi Android, dünya bazarında Nokianın Symbian sistemini 10 illik taxtından saldı və zirvəyə oturdu. Android, ABŞ bazarında isə ilk sırada olan Apple-ı də keçən ilin sonunda ikinciliyiyə salmışdı.

Fərqli smartfon modellərində istifadə edilən Androidin 2010-un son rübündəki daşınma miqdarı cəmi 32.9 milyon olarkən Nokia 31 milyon cihaz göndərdi. Üçüncü sıradakı iOS əməliyyat sistemli iPhone-ların mağazalara daşınma miqdarı 16.2 milyonda qaldı.

2010-un son rübünə aid təəccüblü bir başqa rəqəm də bazarın böyümə sürətinə aiddir. 2010-da böhranın dağıdıcı təsiri zəifləyərkən, smartfon bazarı bir çox bazarla müqayisədə böyük bir inkişaf göstərərək 89% böyüdü.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 1 февраля 2011, 20:52
  • Weboxu
  • 1

Mobil Texnologiya →  Sony Ericsson XPERIA Play


Sony Ericssonun maraqla gözlənilən oyun mərkəzli smartfonu XPERIA Play(Station)-a dair detallı bir təqdimat videosu nümayiş olundu.

Böyük ehtimalla gələn ay olan Dünya Mobil Konqresi ilə birlikdə rəsmi olaraq tanıdılacaq və Mart ayında satışa təqdim ediləcək olan modelin texniki detalları:


( Ətraflı oxuyun )
Paylaş :