Texnologiya → Azərbaycanın İT-şirkəti Qırğızstanda elektron hökumət sahəsində növbəti layihəni reallaşdıracaq

Press-reliz: SINAM şirkəti Qirğızıstan Respublikası Hökuməti yanında Dövlət Qeydiyyat Xidmətinin Kadastr və Daşınmaz Əmlaka Hüquqların Qeydiyyatı departamentinin sənədlərinin elektron arxivinin yaradılması üzrə keçirilmiş tenderin qalibi elan olunmuşdur. Tender Qırğızıstan hökuməti tərəfindən maliyyələşdirilən Torpaq və Daşınmaz Əmlakın qeydiyyatının ikinci layihəsi çərçivəsində keçirilmişdir.
( Ətraflı oxuyun )
- +2
- 11 октября 2011, 17:17
- 1
Texnologiya → Dövlət Sosial Müdafıə Fondu elektron sənəd mübadiləsi sisteminin təqdimatını keçirmişdir

Press-reliz: 30 sentyabr 2011-ci il tarixində Bakıda “Avropa” otelində sığortaedənlərlə Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondu (DSMF) arasında elektron sənəd mübadiləsi sisteminin təqdimat mərasimi keçirilmişdir.
Sistemin texniki tətbiqini Azərbaycanın elektron həllər provayderi olan SİNAM şirkəti həyata keçirib.
Təqdim olunan sistem bütün tip sığortaedənlərlə (hüquqi şəxslər, fiziki şəxslər, torpaq mülkiyyətçiləri və ailə-kəndli təsərrüfatları) DSMF arasında elektron sənəd mübadiləsini bütövlükdə aşağıdakı mərhələlər vasitəsilə gerçəkləşdirir:
( Ətraflı oxuyun )
- 0
- 30 сентября 2011, 11:46
- 1
Texnologiya → 2011-ci ilin sonunadək Azərbaycan şirkəti Qırğızıstanın vergi sisteminin informasiyalaşdırılmasını yekunlaşdıracaq
Press-reliz: Azərbaycanın SİNAM şirkəti 2011-ci ilin sonunadək Qırğızıstan Respublikasının Dövlət Vergi Xidmətində (DVX) inteqrasiya olunmuş vergi inzibatçılığı sisteminin proqram təminatının işlənib hazırlanması və quraşdırılmasını yekunlaşdıracaq. Proqram təminatının tətbiqi Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən «Vergi inzibatçılığında islahat və modernləşdirmə» layihəsi çərçivəsində həyata keçiriləcək.
Proqram təminatı Qırğızıstanın Dövlət Vergi Xidmətinin mərkəzi aparatında və bütün ölkənin rayon vergi müfəttişliklərində quraşdırılacaq. Tətbiq edilən informasiya sistemi 11 moduldan ibarətdir ki, onların da hər birisi bir istiqamət üzrə yüksək funksionallığı təmin edəcək. Hazırda modulların əksər hissəsi üzrə yoxlama işləri tam yekunlaşdırılmışdır. Bundan əlavə, Dövlət Vergi Xidmətinin yeni veb-saytı yaradılmışdır.
( Ətraflı oxuyun )
Proqram təminatı Qırğızıstanın Dövlət Vergi Xidmətinin mərkəzi aparatında və bütün ölkənin rayon vergi müfəttişliklərində quraşdırılacaq. Tətbiq edilən informasiya sistemi 11 moduldan ibarətdir ki, onların da hər birisi bir istiqamət üzrə yüksək funksionallığı təmin edəcək. Hazırda modulların əksər hissəsi üzrə yoxlama işləri tam yekunlaşdırılmışdır. Bundan əlavə, Dövlət Vergi Xidmətinin yeni veb-saytı yaradılmışdır.
( Ətraflı oxuyun )
- 0
- 15 июля 2011, 13:33
- şərh yaz
Texnologiya → Oracle korporasiyası SİNAM şirkətinin sürətlə inkişaf edən bazarlardakı təcrübəsini öyrənməyi tövsiyə etdi

Press-reliz: Oracle korporasiyası Türkiyədə “İxtisaslan və uğur qazan” adlı Tərəfdaş konfransını keçirdi. Azərbaycanı konfransda korporasiyanın ölkəmizdəki lokal tərəfdaşları — SINAM, R.I.S.K. və Caspel şirkətləri təmsil edirdi. Qeyd etmək lazımdır ki, SİNAM Qafqaz və Mərkəzi Asiyada Oracle şirkətinin yeganə “Specialize” statuslu tərəfdaşıdır.
( Ətraflı oxuyun )
- 0
- 6 мая 2011, 13:36
- şərh yaz
Texnologiya → Qafqaz Universiteti və SİNAM şirkəti Azərbaycanın İKT sektoru üçün kadrların hazırlanması sahəsində əməkdaşlığa başlayırlar

Press-reliz: və şirkəti Azərbaycanın İKT sektoru üçün kadrların hazırlanması sahəsində əməkdaşlıq haqqında razılaşma imzaladılar. Razılaşmanı Qafqaz Universitetinin rektoru Ahmet Saniç və SİNAM şirkətinin prezidenti Elçin Əliyev imzaladılar.
Bu razılaşma 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının və Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının prinsiplərinə (Elektron Azərbaycan) uyğundur. Razılaşma çərçivəsində SİNAM şirkəti müəllimlərin İKT sahəsindəki ixtisaslarının artırılmasında universitetə dəstək göstərəcək, İT-ixtsaslı tələbələrin şirkətdə təcrübə keçmələrini təşkil edəcək, müxtəlif istiqamətlər, o cümlədən təhsilin idarəolunması sisteminin tətbiqi (Learning Management System) üzrə ali məktəbə texniki dəstək göstərəcək, istedadlı məzunların şirkətdə işləmələrini təmin edəcək və s.
( Ətraflı oxuyun )
- +1
- 6 октября 2010, 15:46
- 1
Texnologiya → Bank nəzarətinin menecmenti üzrə Mərkəzi bankda İnformasiya sistemi tətbiq olunur
Press-reliz: Mərkəzi Bankda Bank Nəzarətinin Menecment İnformasiya Sistemi (BNMİS) tətbiq olunur. SİNAM şirkəti tərəfindən həyata keçirilən layihə beş mərhələdən ibarətdir.
Bu günə kimi SİNAM şirkəti layihənin iki mərhələsini uğurla tamamlamış və hazırda paralel olaraq üçüncü və dördüncü mərhələlər üzərində iş davam etdirilir. Üçüncü və dördüncü mərhələlər üzərində işlərin cari ilin sonunadək tamamlanması planlaşdırılır.
Birinci mərhələ müxtəlif qrafik formaların qurulma imkanlarını daxil etməklə, hesabatların hazırlanması sisteminin tətbiqini, həmçinin bankda əvvələr istifadə olunmuş FinA sistemilə inteqrasiyasını əhatə edir.
( Ətraflı oxuyun )
Bu günə kimi SİNAM şirkəti layihənin iki mərhələsini uğurla tamamlamış və hazırda paralel olaraq üçüncü və dördüncü mərhələlər üzərində iş davam etdirilir. Üçüncü və dördüncü mərhələlər üzərində işlərin cari ilin sonunadək tamamlanması planlaşdırılır.
Birinci mərhələ müxtəlif qrafik formaların qurulma imkanlarını daxil etməklə, hesabatların hazırlanması sisteminin tətbiqini, həmçinin bankda əvvələr istifadə olunmuş FinA sistemilə inteqrasiyasını əhatə edir.
( Ətraflı oxuyun )
- 0
- 9 августа 2010, 12:36
- şərh yaz
Texnologiya → SİNAM şirkəti İT-həllərini Qırğızıstanın Dövlət Vergi Xidmətində tətbiq edəcək
Press-reliz: Azərbaycanın şirkəti Qırğızıstan Respublikasının Dövlət Vergi Xidmətində (DVX) inteqrasiya olunmuş vergi inzibatçılığı sisteminin proqram təminatının işlənib hazırlanması və tətbiqi üzrə elan olunmuş beynəlxalq tenderin qalibi elan olundu. Proqram təminatının tətbiqi Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən «Vergi inzibatçılığında islahat və modernləşdirmə» layihəsi çərçivəsində həyata keçiriləcək. Tenderin şərtlərinə əsasən, proqram təminatı Qırğızıstanın Dövlət Vergi Xidmətinin mərkəzi aparatında və ölkənin bütün rayon vergi müfəttişliklərində quraşdırılacaqdır. Tətbiq edilən informasiya sistemi 11 komponentdən ibarət olacaq ki, onların hər birisi bir istiqamət üzrə yüksək funksionallığı təmin edəcək.
( Ətraflı oxuyun )
- 0
- 25 июня 2010, 14:06
- 1
Texnologiya → CeBİT-2010: SİNAM şirkəti CeBİT-2010 sərgisində öz məhsullarını təqdim etdi

Press-reliz: SİNAM şirkəti 2-5 mart tarixlərində Almaniyanın Hanover şəhərində keçirilmiş informasiya texnologiyaları üzrə dünyanın aparıcı sərgilərindən biri olan CeBİT-2010 sərgisində iştirak etmişdir. Şirkət Azərbaycan Respublikası Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin stendində təqdim olunurdu. Bu il SİNAM şirkəti həmin sərgidə artıq 6-cı dəfədir ki, iştirak edir. Qeyd etmək lazımdır ki, CeBİT-2005-də iştirak etməklə SİNAM şirkəti bu sərgidə iştirak edən ilk Azərbaycan şirkəti olmuşdur. Sərgi zamanı SINAM şirkəti geoinformasiya sistemlərini, naviqasiya nəzarəti sistemini, elektron imza həllərini və s. kimi məhsulları təqdim etdi.
( Ətraflı oxuyun )
- +1
- 5 марта 2010, 18:29
- 4
Texnologiya → “Azərpoçt” üçün Avtomatlaşdırılmış korporativ informasiya sisteminin yaradılması planlaşdırılır

Press-reliz: Avtomatlaşdırılmış korporativ informasiya sisteminin yaradılması planlaşdırılır. Layihə çərçivəsində 1200 poçt şöbəsinin lokal korporativ şəbəkəyə qoşulması planlaşdırılır. Yerüstü kommunikasiyaların olmadığı üçün 177 poçt şöbəsi həmin şəbəkəyə simsiz Internetin vasitəsilə qoşulacaq. Layihə çərçivəsində genişzolaqlı Ethernet körpüsü lokal korporativ şəbəkə ilə birləşib verilənlərin yüksəksürətli mübadiləsini təmin edəcək. Sözügedən layihə yaxınlarda keçirilmiş tenderin qalibi olmuş SİNAM şirkəti tərəfindən reallaşdırılacaq.
Digər poçt şöbələrinin şəbəkəyə qoşulması prosesinin isə layihənin növbəti mərhələlərində həyata keçirilməsi planlaşdırılır.
( Ətraflı oxuyun )
- 0
- 5 марта 2010, 11:57
- şərh yaz



