Texnologiya →  PHP.net serverləri Azərbaycanda

Bir müddət əvvəl Google-un serverlərini Azərbaycanda yerləşdirəcəyi barədə məlumat vermişdik. Google-dan əvvəl Azərbaycanda serverləri olan PHP.net oldu. PHP.net, PHP proqramlama dilinin rəsmi saytıdır. Onun müxtəlif olkələrdə serverləri olma səbəbi, ətraf regionlardan müraciətlər zamanı daha tez açmağıdır. Eyni zamanda xatırlayacağınız kimi, 2010-cu ilin mart ayında İnternet bağlantılarında problemlər yaranmışdı, bu zaman açılmayan saytlardan biri də məhz PHP.net olmuşdu. Saytın serverlərinin Azərbaycanda da olmağı, bu tip problemlər zamanı da, sayta normal giriş etməyə imkan verəcək. Qeyd edək ki, serverlər Delta-Telecom-da yerləşir. Delta-Telecom-un regiondakı mövqeyini də nəzərə alanda, bu PHP.net-in Qafqaz regionu üçün problemsiz işləməyinə imkan verəcək. PHP.net-in Azərbaycan serverləri az.php.net ünvanında işləyəcək. Detallara ətraflı olaraq buradan baxa bilərsiniz: geo.flagfox.net/?ip=94.20.30.48&host=az.php.net Göründüyü kimi, IP Address olaraq, 94.20.30.48 göstərilir. ISP olaraq isə, Delta Telecom LTD göstərilir. Əvvəl Google-un Azərbaycanda server yerləşdirmə xəbəri, ardınca da PHP.net-in serverlərini yerləşdirməsi, gələcəkdə yeni texnologiya nəhənglərinin öz serverlərini Azərbaycana gətirmə ehtimalını artırır.
Paylaş :
  • +2
  • 3 августа 2011, 12:42
  • Weboxu
  • 4

İnternet →  Amazon serverlərindəki problem saytları çətin vəziyyətə saldı

İnternet saytlarının bir çoxu əsas serverlərindən əlavə, file serverlərinə də sahibdirlər. Fayl serverlərini əsasən bu xidməti göstərən Amazondan təmin edirlər. Əlbəttə bəzi saytların serverləri tamamilə Amazondadır. Dünyanın ən böyük server mərkəzlərindən biridir.
Amazonda yaranmış problem — Amazon’un Elastic Compute Cloud (Amazon EC2) serverlərində, burada yerləşən bir çox saytı pis vəziyyətdə qoydu. Xüsusilə bu servisdən istifadə edən böyük sosial şəbəkələrin açılmamağı gün ərzində müzakirə mövzusu idi. Hətta bəziləri bunu «sosial medianın 11 sentyabrı» adlandırdı.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 22 апреля 2011, 02:58
  • Weboxu
  • 4

Twitter →  Twitter öz server mərkəzini açır


İlin sonuna doğru Twitter öz server mərkəzinə köçəcək. Bu barədə rəsmi bloglarında məlumat verilib. Hər gün təqribi 300.000 adamın yeni hesab açdığı sistemə, mövcud halında nəzarət etmək problem halına gəlmişdi. Yaxşı server idarəsi üçün, öz hazırladıqları və asan genişlədilmə imkanı olan bir infrastrukturun lazım olduğunu və bunu da sonunda təmin etmək üzrə olduqlarını ifadə ediblər. Server ədədlərini də iki il içində artıracaqlarını açıqlayıblar.
Belə görünür ki, yeni ildən etibarən Twitter balinası təqaüdə çıxa bilər.
Paylaş :
  • 0
  • 29 июля 2010, 17:23
  • Weboxu
  • 2

Blog: vbci →  İnternetin nəhəngləri!

Nəhəng sahələr, saysız ehtiyat sistem, super kompüterlər və çoxu! İAğla sığmaz məlumat mərkəzləri.

Dünyanın ən böyük məlumat mərkəzləriylə tanış olun. Minlərlə kvadrat metr sahə üzərində saysız server ilə dünyada internetin bel sümüyü onlardır.

İnternet səhifələrini göstərmək üçün etdiyimiz ünvan sorğulamalarına qədər məsul olan server fermalarının xüsusiyyətləri həqiqətən təsir edicidir.

Dünya səviyyəsində internetin sürətli və etibarlı olmasını təmin edən, saysız şirkətə xidmət təqdim edən bu məlumat mərkəzləri məlumat əməliyyatı imkanlarını da təmin edir.
Paylaş :

İnternet →  Saytlara daxil olmaq probleminin səbəbi


Bu problem haqda yazmışdım. Məsələ ilə bağlı yeni məlumatlar var deyə bölüşmək istəyirəm.
Deməli əvvəldən də yazdığım kimi bir sıra saytlara qoşulmaqda problemlər yaşanırdı. Bu haqda ətraflı olaraq yazıda oxuya bilərsiniz. Yazıda oxuculardan birinin şərhini bir balaca incələdim və ən doğru versiya bu kimi görsənir. Deməli Azərbaycana internet bir kanaldan daxil olur — Delta Telecom. Delta Telecom isə interneti bir neçə aparıcı kanallar vasitəsi ilə alır. Bunlardan biri də TürkTelekomdur. Oxucumuzun şərhini araşdırdıqda görmək olur ki burada həqiqət var. Yəni Türk Telekom ilə Delta Telecom arasındakı bağlantılarda nasazlıq var. Hətta Delta ilə də əlaqə saxlandıqda onlar da oxşar variant deyiblər. Dəqiq bir mənbə göstərməyiblər ancaq bildiriblərki kanalların birində nasazlıq olduğuna görə bəzi saytlara daxil olamqda problemlər yaşanıb.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 9 марта 2010, 15:32
  • Shaig
  • 7

Oxatan →  Ilk10-dan yeni xəbər var – Bakıya köçdü. başlıq-keçid

Uzun müddətdir Azərbaycan internetində fəaliyyət göstərən saytlardan biri olan ilk10.az`dan yeni xəbərimiz var. Düzü bu səhər ilk10-dan ilk olaraq pis xəbər almışdım. Twitterdən gələn xəbərə görə sayta index atılmışdı. Sonra bu xəbəri Qwertydə də gördüm. Amma əsas xəbər bu deyil. Əsas xəbər:
Paylaş :