Texnologiya →  Cisco tərəfdaşları üçün SalesPro kursunu keçirdi

Tərəfdaşların inkişafı proqramı çərçivəsində Cisco nümayəndəliyi “Sentr Znaniy Azərbaycan” şirkətilə birgə “SalesPro – Cisco həllərinin satışı” kursunu təşkil etdi. Sözügedən kurs Cisco-nun sifarişilə şirkətin satış üzrə aparıcı mütəxəssislərinin məsləhətlərinə əsasən Anton Morqunenko tərəfindən hazırlanıb. Azərbaycan Ukrayna və Qazaxıstandan sonra SalesPro kursunun uğurla təşkil olunduğu üçüncü ölkə oldu.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  “Sentr Znaniy Azərbaycan” təhlükəsizlik mütəxəssislərini təlimləndirəcək

Press-reliz: 20-23 dekabr tarixlərində “Sentr Znaniy Azərbaycan” şirkəti Azərbaycanda ilk dəfə olaraq Cisco-nun MARS məhsulu üzrə treninq keçirəcək. Kursu Sentr Znaniy şirkətinin CCIE Security statuslu təlimatçısı Boqdan Staşuk keçirəcək. B.Staşuk Ukrayna və digər xarici ölkələrin müxtəlif layihələrində geniş iş təcrübəsi var; dörd dildə danışır.

“MARS – risklərin idarəolunması, şəbəkə fəallığının monitorinqi və şəbəkə hücumlarına qarşı müqavimət üçün nəzərədə tutulan yüksək məhsuldarlıqlı və miqyaslanan həlldir. Bu, çox mühüm və məzmunlu materialdır, və ona görə də kursun keçirilməsilə məhz Cisco korporasiyasılə ən yüksək tərəfdaşlıq statusuna malik şirkət həyata keçirir”, deyə Cisco Systems şirkətinin Azərbaycandakı nümayəndəsi Rövşən Əkbərov qeyd etdi.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 1 декабря 2010, 13:46
  • Weboxu
  • 3

Texnologiya →  Sentr Znaniy Azərbaycan şirkəti Microsoft Gold Certified Partner statusunu aldı

Press-reliz: Sentr Znaniy Azərbaycan şirkəti Microsoft şirkətinin Tərəfdaşlıq proqramı üzrə Microsoft Gold Certified Partner statusunu aldı. Bu statusun əldə olunması şirkətin yüksək ixtisasının və İT bazarda olan ciddi təsirin tanınmasının sübutudur. Qızıl Tərəfdaş statusu – şirkətin nailiyyətlərinin, onun əməkdaşlarının təcrübəsinin və peşəkarlığının Microsoft tərəfindən tanınmasıdır.

“Sevindirici haldır ki, bazara Learning kompetensiyalı Microsoft Gold Certified Partner gəldi, çunki bu, nəinki adi istifadəçi və mütəxəssislərin öyrədilməsi, hətta bir xeyli proqramçı və tərəfdaşlar qruplarının tədrisi üçün bir sıra perspektiv açır. Nəticədə bu, biznesin və Microsoft-un Azərbaycandakı tərəfdaş şəbəkəsinin davamlı inkişafına dəstək göstərir”, deyə Microsoft-un Azərbaycanda direktoru Teymur Axundov qeyd etdi.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  “Sentr Znaniy Azərbaycan” Mərkəzi Bankın İT mütəxəssislərinin təlimi üzrə tenderdə qalib gəldi


Press-reliz: Sentyabrda Azərbaycan Respublikasının Mərkəzi Bankı kompüter və informasiya texnologiyaları üzrə mütəxəssislərin bir neçə istiqamət üzrə təlimi üçün tender elan etdi. Tenderdə dörd şirkət iştirak etdi. Tender komissiyasının qərarına əsasən “Sentr Znaniy Azərbaycan” doqquz istiqamətin yeddisi üzrə qalib elan olundu.

“Proqram təminatı və şəbəkə avadanlığının satışı üzrə dünyanın aparıcı təchizatçıları ilə geniş beynəlxalq təcrübə, ən yüksək səviyyəli biliklərə malik olan ixtisaslı təlimatçılar, əlbəttə ki, siniflərimizdə quraşdırılmış ən müasir avadanlıq kimi üstünlüklərimizi nəzərə alaraq Mərkəzi Bank seçimini məhz şirkətimizin xeyrinə etdi”, deyə “Sentr Znaniy Azərbaycan” şirkətinin direktoru Sabina Legeyda qeyd etdi.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 12 октября 2010, 13:01
  • Weboxu
  • 1