Mobil Texnologiya → Galaxy S də satılsa, iPhone da satılsa Samsung-a pul gəlir

Samsung və Apple həm ən böyük rəqib, həm ən böyük şərikdirlər.
Ən çox satılan smartfon Apple-ın iOS əsaslı iPhone-nu olsa da, ən çox satan əməliyyat sistemi də Google-un Androididir. Və Google-un Androidinin ən məşhur adı isə Samsungun Galaxy S-di. Gördüyümüz kimi hər firma bir-birinə bağlıdır. Bir tərəfdən bir-birlərinə rəqiblərkən digər yandan da eyni ölçüdə bir-birlərinə möhtacdırlar. Üstəlik bu vəziyyət həm təchizat həm də proqram təminatındadır.
( Ətraflı oxuyun )
- +2
- 15 февраля 2011, 16:15
- 1
Mobil Texnologiya → Yeni Galaxy S seriyası [foto, video]

Bir müddətdir ki, haqqında danışılan Galaxy S-in Barcelonada tanıdılmasına az qalmış internetdə artıq konsepsiyanın fotoları və müəyyən detalları çıxmışdı. Artıq isə telefonun rəsmi tanıtımı oldu. Rəsmi tanıdılmış cihazların qaranlıq qalan detalları, rəsmi adları da beləcə müəyyən oldu.
( Ətraflı oxuyun )
- +2
- 13 февраля 2011, 23:52
- 2
Android → Mobil dünyada yeni lider - Android

Google-un ağıllı telefonlar üçün çıxardığı əməliyyat sistemi Androidli telefonlar son rüb satışlarında birinciliyə yüksəldi.
Google-un smartfonlar üçün iki il əvvəl çıxardığı əməliyyat sistemi Android, dünya bazarında Nokianın Symbian sistemini 10 illik taxtından saldı və zirvəyə oturdu. Android, ABŞ bazarında isə ilk sırada olan Apple-ı də keçən ilin sonunda ikinciliyiyə salmışdı.
Fərqli smartfon modellərində istifadə edilən Androidin 2010-un son rübündəki daşınma miqdarı cəmi 32.9 milyon olarkən Nokia 31 milyon cihaz göndərdi. Üçüncü sıradakı iOS əməliyyat sistemli iPhone-ların mağazalara daşınma miqdarı 16.2 milyonda qaldı.
2010-un son rübünə aid təəccüblü bir başqa rəqəm də bazarın böyümə sürətinə aiddir. 2010-da böhranın dağıdıcı təsiri zəifləyərkən, smartfon bazarı bir çox bazarla müqayisədə böyük bir inkişaf göstərərək 89% böyüdü.
( Ətraflı oxuyun )
- +1
- 1 февраля 2011, 20:52
- 1
Android → Samsung-dan Galaxy Tab 2

2011-də tablet bazarında Asus, Lenovo, RIM, Panasonic kimi oyunçuların girməsiylə güclü rəqabət olacağı dəqiqdir. CES Sərgisində yeni modellərini tanıdan böyük firmalar bazarı olduqca hərəkətləndirəcək.
iPad qatili olaraq ad salan və çıxışı etibarilə də müvəffəqiyyətli satış reallaşdıran Samsung Galaxy Tab-ın yeni modeli fevral ayında çıxa bilər.
Çıxdığı andan etibarən iPad ilə amansız bir yarışa girən və bu yarışda olduqca uğurlu olan Galaxy Tabın yeni modelinin donanımsal xüsusiyyətlərinin müəyyən olduğu ifadə edilir.
İspaniyada reallaşdırılacaq Mobile World Congressdə bir sürpriz reallaşmazsa, Galaxy Tab 2-in tanıdılması gözlənilir. iPad 2-in də təqribi eyni zamanlarda çıxış xəbəri verəcəyini təxmin etsək, Samsung bununla iPad 2-i ilə rəqabətdə bir addım öndə olmaq niyyətindədir.
Galaxy Tab 2-in bəzi texniki detalları
* 2 Nüvəli Nvidia Tegra 2 CPU,
* Super AMOLED Ekran Plus (7 və 10 düyümlü modelləri)
* Android 3.0 (Honeycomb)
- 0
- 16 января 2011, 22:08
- şərh yaz
Android → Samsung Galaxy S2 ?
Samsungun önümüzdəki ay içərisində təşkil ediləcək olan Dünya Mobil Konqresi ilə birgə tanıtması gözlənilən Android seriyasından güclü smartfonu Galaxy S 2-ə aid olduğu hesab edilən şəkil .
Hesab edilən deyilməyin səbəbi hələ vəziyyətə dair rəsmi bir təsdiq gəlməməsidir. Hərçənd ötən ilin ortalarından bəri bənzər formada telefon şəkillərinin Galaxy S 2 olduğu ehtimalı deyilən rəsimlər texnologiya bloglarında gəzir.
Gördüyü qədəriylə sələfi ilə müqayisədə daha düz xəttlərə sahib olan yeni telefonun ekranı isə 4.3 düyüm böyüklüyündə və S-AMOLED formada olacaq. Təbii S-AMOLED-in daha inkişaf etdirilmiş bir versiyası olan SAMOLED+ (plus) olacağı da ehtimallar arasındadır. Super AMOLED+'daki '+' əlavəsinin, Super AMOLED ekranlarla müqayisədə yüksək görünüş təqdim edir, özündə 50% daha çox pixel saxlayır və ən əsası günəş altında ekranı görməyi mümkün edir.
Cüt nüvəli bir prosessorun gücləndirəcəyi yeni Galaxy S-in əməliyyat sistemi isə Android 2.3 olacaq. Detalları hələki dəqiq bilinmir ancaq Nexus S-in də malik olduğu NFC dəstəyi də gözlənilir.
Hesab edilən deyilməyin səbəbi hələ vəziyyətə dair rəsmi bir təsdiq gəlməməsidir. Hərçənd ötən ilin ortalarından bəri bənzər formada telefon şəkillərinin Galaxy S 2 olduğu ehtimalı deyilən rəsimlər texnologiya bloglarında gəzir.
Gördüyü qədəriylə sələfi ilə müqayisədə daha düz xəttlərə sahib olan yeni telefonun ekranı isə 4.3 düyüm böyüklüyündə və S-AMOLED formada olacaq. Təbii S-AMOLED-in daha inkişaf etdirilmiş bir versiyası olan SAMOLED+ (plus) olacağı da ehtimallar arasındadır. Super AMOLED+'daki '+' əlavəsinin, Super AMOLED ekranlarla müqayisədə yüksək görünüş təqdim edir, özündə 50% daha çox pixel saxlayır və ən əsası günəş altında ekranı görməyi mümkün edir.
Cüt nüvəli bir prosessorun gücləndirəcəyi yeni Galaxy S-in əməliyyat sistemi isə Android 2.3 olacaq. Detalları hələki dəqiq bilinmir ancaq Nexus S-in də malik olduğu NFC dəstəyi də gözlənilir.
- +2
- 13 января 2011, 01:23
- 3
Texnologiya → Samsung-un bükülə bilən Amoled ekranları
Artıq ötən ildən Samsung-un Amoled və Super Amoled modelləri keyfiyyətinə görə müsbət qiymətləndirilirdi. Bu ekranların bükülə bilən modellərinin də istehsalı haqqında eşitmiş, onların demo versiyalarını videolardan da görmüşdük. Həmin ekranları Samsung CES 2011 üçün hazırladı və tədbirdə təqdim etdi. Videoda görüldüyü kimi ekranları ələ alıb bükmək də olur: görünüşə ziyan gəlmir və öz şəffaflığını itirmir. Amoled ekranları Samsungun satış rekordu vuran telefonu Galaxy S-ində ekranında var idi.
Bu texnologiyanın inkişafı ilə birgə, mobil cihazların dizaynlarının da müxtəlif formada dəyişmə ehtimalı yaranır.
Bu texnologiyanın inkişafı ilə birgə, mobil cihazların dizaynlarının da müxtəlif formada dəyişmə ehtimalı yaranır.
- +5
- 9 января 2011, 23:22
- şərh yaz
Android → Samsung Galaxy S 10 milyonu keçdi!

2010-un Avqust ayında rəflərdə yerini almağa başlayan Samsung Galax S, satış uğurunu davam etdirir.
Samsung Galaxy S, rəsmi olaraq 10 milyon səddini keçdiyi ifadə edildi.
Ortalama 5 aydır bazarda olan Samsung Galaxy S, Şimali Amerikada 4 milyon və Avropada 2.5 milyon ədəd satışı reallaşdırıldığı ifadə edildi. Android 2.1 əməliyyat sistemiylə gələn Galaxy S, yeni versiya olan Android 2.2-ə (Froyo) keçişi də mümkündür.
- +1
- 3 января 2011, 19:37
- şərh yaz
Texnologiya → Samsung iPod üçün də alternativ çıxarır
-un Galaxy etiketi ilə çıxardığı məhsulları olduqca uğurlu alındı. Galaxy S ilə başlayan bu uğuru Galaxy Tab izləyir. Galaxy S yüksək göstəricilərinə və istifadəçilərin razılığına əsasən bəzi jurnallar, saytlar tərəfindən 2010-cu ilin telefonu belə seçildi. iPhone-dan sonra 10 milyon satış həcminə çatın ilk telefon markası oldu və iPhone-a rəqib olmağı bacardı. Hətta Google-un növbəti telefonunu belə Samsungun istehsalı oldu.
( Ətraflı oxuyun )
- +2
- 27 декабря 2010, 13:11
- şərh yaz
Google → Google-un yeni telefonu Nexus S çıxdı

Beləcə çoxdan gözlənilən -un 2-ci nəsil smartfonu, növbəti Nexus seriyası artıq rəsmi olaraq elan olundu. Bu barədə fikirlərimi . Demək olar ki, gözlənilən kimi də oldu. Yeni telefon la birgə işlənib. Nexus One-ın Nexus-u, Galaxy S-in isə S-i. Demək olar telefonun görünüşündən tutmuş, texniki göstəricilərinə qədər hər şey əvvəldən internetdə sızdığı kimidir. NFC dəstəyi də həmçinin.
Parametlərini . Galaxy S ilə . Demək olar ki, oxşar parametlərdir. Sadəcə xırda fərqliliklər var. NFC, Led flash, Yeni Android OS. Daxili yaddaş da Nexus S-də 16GB, Galaxy S isə 8GB/16GB microSD 32GB-a qədər artırmaq olur.
Tanıtım videosu və fotosu:
( Ətraflı oxuyun )
- +2
- 7 декабря 2010, 13:32
- 4
Təhlil → Google-un yeni telefon söhbətləri - Google Nexus Two (Samsung Nexus S)

Son günlərdə -un yeni telefonun çıxacağı xəbərləri . Bir-iki gün əvvəl mən də . Ancaq Google bu xəbərləri təkzib edir. Yadıma keçən il düşür.
Bənzər xəbərlər keçən il də elə bu ərəfədə üçün . İlk əvvəllər Google rəhbərliyi bunu təsdiqləməmişdi, elə indi olduğu kimi. Yanvar 2010-da isə rəsmi şəkildə telefonun tanıtımı olmuşdu. HTC məhsulu olan Google-un Nexus One-ı əksər kritiklər tərəfindən uğursuz satış edir kimi qəbul olundu. Bir müddət sonra isə Nexus One-ın ümumi satışı dayandı. Təkcə developerlərə satılmağa başladı. Bununla da Google-un telefon arzusu tez bitdi. Ən azından ilkin görünüş bu yöndədir.
Yazının əvvəlində də qeyd edləyim kimi, artıq Google-un ikinci telefonun çıxmağı haqqında xəbərlər yayılıb. Bu telefon isə Samsung-la birgə yaradılacaq. Yenə device özü Google aid deyil. Ginderbread kod adlı Android 2.3 əməliyyat sisteminə malik olacaq telefon Noyabr ayında tanıdılması gözlənilir. Hər halda bir neçə gün sonra bunun gerçək olub-olmadığını görəcəyik. Yenu telefonun Galaxy S-dən ilham alıb Nexus S kod adlı ola bilər və ya Nexus two adı altında olacaq.
( Ətraflı oxuyun )
- +2
- 2 ноября 2010, 18:48
- 2



