Mobil Texnologiya →  Samsung Bada ilə İntel Tizen birləşir


Nokianın Maemosu ilə İntelin Moblin əməliyyat sistemi ilə birləşdirilərək yaradılan MeeGo-nu, Microsoft üçün tərk edən Nokiaya qarşı İntel çox qəzəbli idi.

İntel platformanın inkişafına tək başına davam edəcək gücdədir. Ancaq mobil cihazlarda daha geniş yayıla bilməsi üçün ağıllı telefon istehsalçılarından kimləsə əməkdaşlıq etməyə ehtiyacı vardı. Bildiyiniz kimi, MeeGo-nun adını dəyişərək Tizen edərək yola davam edirdi.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Samsung və Sony şirkətləri maye-kristallı panellərin istehsalı sahəsində yeni əməkdaşlıq formasına keçir

Press-reliz: Samsung Electronics şirkəti və Sony korporasiyası maye-kristallı panellərin istehsalı sahəsində mövcud olan əlaqələrin yenidən nəzərdən keçirilməsini nəzərdə tutan razılaşmanın imzalanması haqda bəyan edir.

Sözügedən razılaşmanın şərtlərinə əsasən, Samsung Electronics şirkəti Sony korporasiyasının S-LCD Corporation (Samsung və Sony şirkətlərinin maye-kristallı panellərin istehsalı üzrə birgə müəssisəsi) müəssisəsində olan bütün səhmlərini alacaq ki, bu da S-LCD Corporation müəssisəsini Samsung şirkətinin bir bölməsinə çevirəcək. Öz növbəsində Samsung Sony şirkətinə 1,08 trilyon koreya vonu (939,6 milyon ABŞ dolları) ödəyəcək.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Bakcell "Opera Mini" və Azercell pulsuz "Samsung" telefonlarının tanıtımları


GSM Operatorları istifadəçiləri üçün xüsusi güzəşt kampaniyalarını keçirirlər.
Bildiyiniz kimi, Bakcell «Opera» ilə yeni əməkdaşlığa başlamışdı. Həmin əməkdaşlıq çərçivəsində, Opera Mini-ni artıq tanıtmağa başlayıb. Bu münasibətlə də, Opera-nın səhifələri sıxışdırmağı və qənaətindən bəhs edən video rolik hazırlayıb.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 26 декабря 2011, 17:51
  • Weboxu
  • 3

Texnologiya →  Samsung şirkəti D450 və D550 seriyalı maye-kristallı televizorları təqdim edir


Press-reliz: Dünyanın aparıcı istehlakçı elektronikası istehsalçısı Samsung Electronics şirkəti D450 və D550 seriyasından olan maye-kristallı televizorları təqdim edir.Qeyd etmək lazımdır ki, D450 seriyası diaqonal ölçüsü 19, 22, 26 və 32 düym, D550 seriyası isə diaqonal ölçüsü 32, 37, 40 və 46 düym olan televizorlar modellərini əhatə edir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 23 декабря 2011, 21:23
  • Weboxu
  • 1

Texnologiya →  Samsung Smart TV televizorları üçün ivi.ru internet-kinoteatr əlavəsi

Press-reliz: Dünyanın aparıcı istehlakçı elektronikası istehsalçısı Samsung Electronics şirkəti və Rusiyanın ən iri internet-kinoteatrı “ivi.ru” ( www.ivi.ru ) Samsung Smart TV televizorları və Blu-ray pleyerləri üçün nəzərdə tutulan ivi.ru əlavəsini təqdim edir.

İvi.ru internet-kinoteatr əlavəsi minlərlə film, cizgi filmi və Rusiya və digər ölkələrin istehsalı olan verilişlərə rahat və pulsuz çıxışı təmin edən “sorğu üzrə video” formatlı bir servisdir. Onların arasında Disney kinostudiyasının ən yeni filmləri, “20th Century Fox” studiyasının istehsalı olan məşhur seriallar, Rusiya serialları və s. kimi maraqlı kontent var. Hazırda servisin bazasında yüksək keyfiyyətdə 60 mindən çox kontent mövcuddur. Hər gün ivi.ru kataloquna 50-100 lisenziyalı video əlavə olunur.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 20 декабря 2011, 15:36
  • Weboxu
  • 2

Texnologiya →  Azərbaycan komandası Ümumdünya Kompüter Oyunlarında iştirak edəcək

Press-reliz: Azərbaycanın yığma komandası 2011-ci ilin 8-11 dekabr tarixlərində Samsung Electronics şirkətinin dəstəyilə Cənubi Koreyanın Busan şəhərində keçiriləcək Ümumdünya Kompüter Oyunlarında iştirak edəcək. Bu haqda Samsung Electronics şirkətinin Azərbaycandakı nümayəndəliyinin marketinq üzrə meneceri Oqtay Məmmədov xəbər verdi. Onun sözlərinə görə, Azərbaycan komandası yeddi cyber-idmançıdan ibarətdir. Onlar ölkəmizi həm komanda növlü, həm də tək-tək oyunların qran-finallarında təmsil edəcək.

( Ətraflı oxuyun )
Paylaş :

İnteraktiv Marketinq →  "Browser"lərdə reklam dövrü?


İnternet reklamı zaman keçdikcə müxtəlif formalarda qarşımıza çıxır. Böyük şirkətlər müxtəlif reklam imkanları yaradırlar. İnternet reklamda lider mövqedə olan şirkətlərdən biri də axtarış nəhəngi olan Google-dur. Axtarış üzərinə qurulan reklam strategiyası ilə internet reklamın ən böyük oyunçularındandır.
Internet reklamında yeni bir kanal da brouserlər vasitəsi ilə yarana bilər. Son zamanlarda bəzi istifadəçilər Chrome brouserlərində reklam görməyə başlayıb. Bu Google-un əməliyyat sistemi qurulu Samsung Chromeook-ların reklamıdır. Yeni bir «tab» açdıqda yuxarı tərəfdə, səhifənin orta hissəsində reklam görülür. Hələ ki, burada təkcə Google-un öz məhsulunun reklamıdır və geniş auditoriya tərəfindən görülmür. Məsələnin gələcək hansı istiqamətdə inkişaf edəcəyi məlum deyil. Lakin istənilən halda yeni bir reklam kanalının yaranmasına səbəb olan amildir. Beləcə brouserlərdin də reklam gəlirləri ola bilər.
Dünyada isə Sosial Mediadan insanların fikrinə istinad etsək, buna münasibətləri heç də müsbət deyil. Onlar istəkləri xaricində reklama məruz qaldıqları üçün Chrome istifadəsini yenidən düşünəcəklərini deyirlər.
Paylaş :
  • +4
  • 29 ноября 2011, 00:29
  • Weboxu
  • 3

Texnologiya →  Samsung SyncMaster SA850 monitoru dünyanın hər bir yerindən müsbət rəy alır


Press-reliz: Geniş görünüş bucağını təmin edən Samsung SyncMaster SA850 monitoru informasiya texnologiyaları sahəsində ixtisaslaşan bir sıra Amerika və Avropa KİV-lərinin müsbət rəylərini almışdır. Qeyd etmək lazımdır ki, hal-hazırda Samsung şirkəti peşəkar monitorlar bazarını fəth etmək niyyətindədir.

Daha da mükəmməl PLS-texnologiyasının (Plane to Line Switching – səthdən xəttə keçmə) istifadə olunduğu SyncMaster SA850 monitoru 2560x1440 piksellik icazəni, yəni dörd 720p HDTV icazəsini təmin edir. Bu premium-monitor həm şaquli, həm də üfuqi görünüş bucağından rəng ötürülməsini itirmədən daha dəqiq və aydın rəngləri əks etdirir.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Samsung Electronics şirkəti otuz CES 2012 Innovation mükafatına layiq görüldü

Press-reliz: İstehlakçı elektronikası, yarımkeçirici və telekommunikasiyalar sahəsində dünya lideri, innovasiyalar sahəsində bir çox mükafatlara sahib olan Samsung Electronics şirkəti International Consumer Electronics Show (Beynəlxalq İstehlakçı Elektronikası Sərgisi — CES) 2012 sərgisində 30 məhsul üzrə yüksək qiymətlərə layiq görüldü. Hər il İstehlakçı Elektronikası Assosiasiyası (Consumer Electronics Association® — CEA) tərəfindən keçirilən CES istehlakçı elektronikası sahəsində ən mühüm beynəlxalq mükafat hesab olunur. Son üç ildə Samsung şirkəti 90 CES mükafatını əldə etmişdir – 2011-ci ildə 37 və 2010-cu ildə 23.

( Ətraflı oxuyun )
Paylaş :