Twitter →  Twitterdə 2 yeni dil: Rus +Türk dilləri (=Azərbaycan)


Twitter rəsmi blogundan verdiyi məlumatla iki yeni dili əlavə etdiyini istifadəçilərinə çatdırdı. Əslində bu o qədər də təəccüblü məlumat olmazdı. Əksərən belə məlumatları görəndə biz bunu tərcümə edib(şəxsi fikirlər olmadığına görə) weboxu-nun rəsmi hesabı ilə paylaşırıq. Ancaq dillərin Rus və Türk dilləri olmağı məndə əlavə bir iki kəlmə deməyə də ehtiyyac yaradır.
Rəsmi blogda tərcümə haqqında xəbər və hər iki ölkənin tanınmış microbloggerlərindən nümunələr var.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 27 апреля 2011, 00:22
  • Shaig
  • 4

Blog: Antonio →  İlk zona domen istifadəyə verildi

Rusiya .РФ domenini qeydiyaytına başladı. .Rf domenini qeydiyyatdan keçirmək üçün əsas 2 şərt tələb olunur ki, bundan ancaq rusiya vətəndaşları istifadə edə biləcək.

Birincisi domeni əldə etmək üçün Rusiya vətəndaşı olmalı, Rusiya qanunvericiliyində nəzərdə tutulmuş hüquqi şəxslər, ikincisi, domen qeydiyyatdan keçdiyi gündən 1 il ərzində başqa şəxsə satılmamalıdır. Bu qaydalar kibercinəyatkarlığın qaşısı almaq məqsədilə edilmişdir.
Rusiya ilk ölkə oldu ki, milli dildə domen zonasının yaradılmasına nail oldu.
Rusiya federasiyasının ardınca öz dillərində domenlər Serbiya, İranı, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Suriya, Tayland, Tunis, İordaniya və başqa dövlətlər əlavə etməyi planlaşdırır.

Qeydiyyata start verildiyi gündən 200 mindən çox domen qeydiyyatdan keçib. Almaniyaya məxsus olan .DE domenində 13 milyon, Britaniyaya məxsus .UK domenində isə 8 milyon qeydiyayt var. Mütəxəsislər hesab edir ki, .РФ domeninə ilk olduğu üçün bu domenə axın çox olacaq.
Paylaş :

Texnologiya →  Rusiya Windows-dan imtina edir


Microsoft və onun əməliyyat sistemindən asılı olduqlarına qərar verən Rus Hökuməti bu yolda öz əməliyyat sistemlərini yaratmaq üçün rəsmi olaraq fəaliyyətə başladı.

Təhlükəsizlik məqsədli atılan addımla birlikdə həm MS-a (və təbii olaraq Amerikaya) olan asılılığı azaltmağı həm də xərcləri salmağı hədəfləyən Rusiya, ortaya çıxacaq olan bu yeni əməliyyat sistemində Linux üzərinə qurulacaq öz milli əməliyyat sistemlərini inkişaf etdirəcəklər. Mövzuyla əlaqədar ayrılan büdcə isə 150 milyon rubl yəni təxminən 3.5 milyon avrodur.

Mövzuyla əlaqədar danışan Rus millət vəkili və kompüter mütəxəssisi Ilia Ponomarev, 'şeytan detalda gizlidir' deyərək, bu proyekt ilə birlikdə Windows asılılığından xilas olacaqları lakin bunun gözlənilməz bir Linux yayılımı riskinə də gətirib çıxarmaması lazım olduğunun vurğuladı.
Paylaş :
  • +1
  • 1 ноября 2010, 14:59
  • Weboxu
  • 4