Mobil Texnologiya → iPad qəzeti təxirə salındı

News Corp. tərəfindən hazırlanan və yalnız iPaddan oxuna biləcək qəzet «The Daily»in çıxışı təxirə salındı.
Bir müddət əvvəl xəbər verilidi ki, Apple CEO-su Steve Jobs və News Corp.-un qurucusu Rupert Murdochun 19 Yanvar günü ediləcək bir təqdimat gecəsiylə iPad qəzeti olan «The Daily»ni tanıdacaq. Ancaq işlər çatdırıla bilinmədi və axsaqlıqlar meydana gəldi. Beləcə təqdimat təxirə salındı
19 Yanvarda çıxmağı gözlənilən virtual qəzetin ən yaxşı ehtimalla bu ayın sonunda çıxacağı, digər bir ehtimalla isə Fevralı gözləmək lazım olduğu deyilir. Hələ Apple və ya News Corp. cəbhəsindən bir açıqlama edilməyib ancaq gecikmənin səbəbi olaraq iTunesdə abunəlik ilə əlaqədar uyğunlaşdırmanın çatdırılmadığı deyilir…
Başqa tərəfdən isə bilindiyi kimi 19 Yanvardan əvvəl Steve jobsun sağlamlıq problemləri səbəbiylə Apple CEO-luğunu qısa müddətli təhvil verməsinin də işləri gecikdirmiş ola biləcəyi və təqdimata təsir etmiş ola biləcəyi deyilir.
- +2
- 24 января 2011, 18:03
- şərh yaz
Google → Ənənəvi media Google`a qarşı...
Google`un getdikcə böyüməsi, intensiv və ektensiv inkişafı istifadəçilərin nə qədər xoşuna gəlsə də, bəzilərinin görünür ki narahatçılığına səbəb olur. Narahat olanlardan biri də Rupert Murdoch olub. Onu dünya ənənəvi medyanın «imperatoru» kimi tanıyır. Belə ki, o ən elitar nəşrlər hesab olunan Wallstreet Journal, Sun, Times`dan başqa 44 qəzet, 30 jurnal, `lə `in də daxil olduğu 32 internet saytı və dünya səviyyəsindəki Fox kanal və studiyalarının da sahibidir.Hamıya məlumdur ki, Google əsas istiqamət olaraq axtarışı götürüb və internetdə olan məlumatları axtarır. Rupert`in fikrncə bu prosesdə heç də müəllif hüquqları tam qorunmur. Bunun üçün də o sahibi olduğu bütün medya orqanlarının saytında Google`un məlumatları indeksləməsinə icazə verməyəcək. Yəni Googleda axtarış etdiyimizdə hətta Fox kanalında yayımlanan teleseriallar barədə belə məlumat tapa bilməyəcəyik. Bu qədər mediya orqanına sahib olan birinin bu qərarı əlbəttə Google üçün məlumat itkisi baxımından böyük zərərə sala bilər.
Bəlkə də Rupert`ın 78 yaşı olduğunu nəzərə alsaq yeni web 2.0 mühitdə belə qəribə bir qərar verməsini başa düşmək olar, amma yenə də fikirləşəndə ki, Google axtarış zamanı saytlara birbaşa keçid verir, onda məlumatı yazan saytların istifadəçi itirdiyini yox hətta qazandığını belə düşünmək olar.
Mənbə:
- 0
- 11 ноября 2009, 23:27
- 1



