Twitter →  “Promoted Tweets“in işləmə prinsipi [video]

Twitterin yeni reklam strategiyasını açıqladığı barədə yazmışdım. Bu gün Promoted Tweets adlanan reklam barədə tanıtım videosu gördüm:

Paylaş :
  • +1
  • 21 апреля 2010, 14:03
  • Shaig
  • 1

Twitter →  Twitter reklam strategiyasını açıqladı

Uzun müddətdir ki, Twitterin gəlir modeli yox idi. Sayt aldığı investisiyalar sayəsində öz varlığını saxlayırdı. Bundan başqa GoogleBing`lə də real time axtarışlara görə razılaşmaları var idi və bundan gəlir əldə edirdilər. Bu gün readerimdə olan məlumatları oxuyanda gördümki artıq bloglarda yazılıb ki, Twitter rəsmi blogundan öz reklam modelini təqdim edib. Reklamlar normal tweetlər arasında yerləşdiriləcək və açar sözlərlə filter olunacaq. Google`un Sponsor link`inə oxşar olaraq burada da Promoted Tweet adlanacaq. Reklam barədə də sıxıntı yoxdur. Artıq Best Buy, Bravo, Red Bull, Sony Pictures, StarbucksVirgin America kimi şirkətlərin reklamı ilə başlanır bu sistem. Deyilənə görə reklam məsələsi də qapalı olmayacaq. Bundan üçüncü tərəflər də istifadə edəcək. Yəni məsələn mənim istifadə etdiyim Echofon kimi Twitter client`lərə də reklamlar inteqrasiya oluna biləcək. Nəticədə həmin API`lərdən istifadə edən şirkətlərin də gəlir əldə etməyi mümkün olacaq. Eyni zamanda Tweet axtarışları zamanıda bu reklamlar tətbiq ediləcək (SEM).
Maraqlıdır Azərbaycan bazarı üçün reklamlar hansı müddətə aktivləşəcək və hansı şərtlərlə olacaq.
Əlavə mənbələr: #1 #2
Paylaş :
  • +2
  • 13 апреля 2010, 19:40
  • Shaig
  • 1

Facebook →  Facebook Ads`də Azərbaycan üçün reklam vermək aktiv oldu

Facebook`un reklam xidmətləri artıq Azərbaycan üçün də aktivdir. İndiyə qədər bütün dünyada aktiv olan bu xidmət Azərbaycan üçün açıq deyildi. Ancaq bu gündən etibarən həmin bu xidmətdən Azərbaycan üçün də targeting imkanı olacaq. Bunun bir çox üstünlükləri var. Facebook da hər kəs öz məlumatlarını maksimum şəkildə doğru doldurur. Bu isə o deməkdirki siz öz reklamınızı göstərməyiniz üçün lazım olan auditoriyanı maksimum dərəcədə filter edə bilərsiniz. İstəyirsiniz xanımlara və ya təkcə bəylərə göstərə bilərsiniz. Onun təhsli səviyyəsini filter edərsiniz yada danışdığı dilə uyğun reklam edə bilərsiniz.

( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 12 апреля 2010, 19:07
  • Shaig
  • 18

Oxatan →  Çoxalan Avtomobil saytları


Nəsə son zamanlarda Avtomobil ilə əlaqədar saytlar gözümə çox dəyməyə başlayır. Hara daş atırsan gedib bir avtomobil saytının başına dəyir. 3 dənə, 5 dənə, lap 7-8 dənə olmağını da adam yadırğamaz. Ancaq son zamanlarda qarşıma çıxanları bir kənar yazdım, baxdımki ən az mənim bildiyim 15 dənəsi var. İndi kimin də siyahıya əlavə edəcəyi varsa şərhlərdə edə bilərlər. Mənə maraqlıdır, nəyə görə son zamanlarad Avtomobil saytları açmağa maraq bu qədər artır. Mən o qədərdə avtomobillərlə maraqlanan deyiləm. Ancaq böhranın yaralarını tam sağaltmamış inanmıram ki, insanlar böyük həvəslə maşın almağın dalınca qaçsınlar ki, belə saytlara bu qədər çox tələbat yaransın. Belə görünür ki, bu da bəns eləmək alışqanlığından meydana gələn bir vəziyyətdir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 29 марта 2010, 02:59
  • Shaig
  • 32

Azercell →  Azercell`in Datakart üçün yeni reklamı [video]

Bu gün Mak.az`da gördüm bu reklamı:
Artlab reklam agentliyi Azercell üçün yeni, imic xarakterli reklam çarxı hazırlayıb. Reklam çarxı Azercell-ə məxsus Datakart üçün hazırlanıb.


Belə görsənirdiki, deyəsən Azercell 3G lisenziyasını ala bilmədiyi üçün gücünü verir bu Datakarta. Beləcə imic reklamları ilə aktual saxlamağa çalışır.
Mənə isə o maraqlıdır ki, görən bu 3G`dən sonra bu Datakart`ın aqibəti necə olacaq.

Paylaş :
  • 0
  • 6 февраля 2010, 13:32
  • Shaig
  • 18

Oxatan →  Az büdcə ilə çox reklam ?! başlıq-keçid

Bu yaxınlarda internetdə belə bir aksiya ilə rastlaşdım (Marmax). Əvvəl bu haqda Mak.az`da oxumuşdum. Sonra isə Lent.az da gördüm reklamını. Deməli linklərdən də oxuya biləcəyiniz kimi reklam kompaniyası bundan ibarətdirki, 250 manat qarşılığında 170.000 göstərim əldə edirsən və bu göstərim haqqı 5 sayt arasında paylaşır.
Paylaş :

Blog: Zaur →  Azerfonun - 3G reklam çarxında buraxılan səhvlər.

(http://mak.az/articles.php?item_id=20091219065705886&sec_id=2)

www.mak.az saytında verilən məlumata görə «Bir müddət TV kanallarında və küçə reklamlarında tizer şəklində yayımlanan reklam axır ki, ictimaiyyətə tam şəkildə təqdim olundu. Bu yeni yaranan brend Azerfon-Vodafone-a məxsus reklam idi. Reklam konsepti qeyd olunan brendin 3G xidmətləri haqqındadır. Reklam konsepsiyasını Türkiyənin Grey İstanbul şirkəti hazırlayıb. Konsepsiyaya məxsus ideya, TV reklam çarxı, çap və digər reklam daşıyıcılarında tədbiq olunub. TV reklamın hazırlanması zamanı Türkiyə şirkəti Film Club və yerli CineAlliance şirkəti də iştirak ediblər. Çəkilişlər həm Bakıda həm də İstanbulda aparılıb. Reklam konsepsiyasının adaptasiyası ilə Banner şirkəti məşqul olub. „

Adətən ucuz kliplərdə personal çatışmamazlığına çox rast gəlirik. Adətən ele vaxtlarda dost-tanışları çəkirlər öz kliplərinə. Bu kimi klipləri izləyəndə klipi çəkən komandanın qeyri peşəkarlığı nəticəsində eyni personaldan bir-neçə yerdə istifadə olunduğu üzə çıxır.
Başqa bir şey də var ki eyni əşyadan istifadə edib daha ucuz məhsul alınmağına nail olmaq istəyi.

Aydın məsələdir ki, Azerfon şirkətinin əlavə personala və reklamda çəkilən əşyalara (qız çantası) pulu kifayət qədər yetər. Ortaya bir sual çıxır. Bəs bu kimin səhvidir?
Aşağıdakı fotolari izlədikdən sonra axırda sizə video çarxı təqdim edəcəm.


( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 1 января 2010, 22:23
  • Zaur
  • 13

Mobil Texnologiya →  Yeni smartfon Motorola Droid`in reklamı

Motorola Droid`in reklamı+.
Paylaş :

Texnologiya →  DNS`in qeyri-adi reklamı

Bu gün evə gələndə DNS Computers`in qəribə bir reklamının şahidi oldum:
Evə gəlib, qapını açarla açıb içəri daxil oldum. Gördüm nəsə yerə düşdü. Alaqaranlıq olduğu üçün əvvəl tam seçmədim. Sonra yerdə nəsə şəxsiyyət vəsiqəsi olduğunu gördüm. Əyilib yerə götürənə kimi bir neçə fikir keçdi beynimdən…

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 11 ноября 2009, 17:59
  • Shaig
  • 5