Facebook →  Facebook Mart ayında Mobil reklamlara başlayacaq


2012-ci ildə sosial media reklam xərclərinin 72%-nə, bütün online reklam büdcəsinin isə 6.1%-nə sahib olacağı təxmin edilən Facebook, mobil istifadəçilərinin sayına baxmayaraq mobil reklamlardan uzaq dayanırdı.

Bloomberg tərəfindən yayımlanan bir xəbərdə Facebook-un mobil reklam siyasətində dəyişik olacağı deyilir. Firmanın birjaya açılmağı planladığı 2012-ci ilin Aprel ayından əvvəl, birjada da mövqeyini yaxşılaşdırmaq üçün mobil reklamlara başlamağı planladığını yazdı.

( Ətraflı oxuyun )
Paylaş :

Wordpress →  Wordpress öz reklam sistemini açır


Bloq dünyasının bir nömrəli adı Wordpress öz reklam sistemini açır. Məşhur blog platforması WordPressin arxa plandakı proqram təminatı şirkəti Automattic şirkəti dijital reklam firmalarından olan Federated Media ilə razılaşma əldə ediblər. Bunun nəticəsi olaraq da WordPress.com blogcularının artıq onluna reklamlardan pul qazanmalarına icazə verən «WordsAds» adında bir sistem açılır. Wordpress rəsmi blogunda yeni reklam sistemini elan edib. Blogda «Blogunuza bu qədər zaman xərcləyib əmək sərf etdiyiniz üçün AdSense-dən daha yaxşısına layiqsiniz» yazaraq sistemlərini tanıdıblar.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 30 ноября 2011, 12:31
  • Weboxu
  • 2

İnteraktiv Marketinq →  "Browser"lərdə reklam dövrü?


İnternet reklamı zaman keçdikcə müxtəlif formalarda qarşımıza çıxır. Böyük şirkətlər müxtəlif reklam imkanları yaradırlar. İnternet reklamda lider mövqedə olan şirkətlərdən biri də axtarış nəhəngi olan Google-dur. Axtarış üzərinə qurulan reklam strategiyası ilə internet reklamın ən böyük oyunçularındandır.
Internet reklamında yeni bir kanal da brouserlər vasitəsi ilə yarana bilər. Son zamanlarda bəzi istifadəçilər Chrome brouserlərində reklam görməyə başlayıb. Bu Google-un əməliyyat sistemi qurulu Samsung Chromeook-ların reklamıdır. Yeni bir «tab» açdıqda yuxarı tərəfdə, səhifənin orta hissəsində reklam görülür. Hələ ki, burada təkcə Google-un öz məhsulunun reklamıdır və geniş auditoriya tərəfindən görülmür. Məsələnin gələcək hansı istiqamətdə inkişaf edəcəyi məlum deyil. Lakin istənilən halda yeni bir reklam kanalının yaranmasına səbəb olan amildir. Beləcə brouserlərdin də reklam gəlirləri ola bilər.
Dünyada isə Sosial Mediadan insanların fikrinə istinad etsək, buna münasibətləri heç də müsbət deyil. Onlar istəkləri xaricində reklama məruz qaldıqları üçün Chrome istifadəsini yenidən düşünəcəklərini deyirlər.
Paylaş :
  • +4
  • 29 ноября 2011, 00:29
  • Weboxu
  • 3

Twitter →  Reklam Tweetləri aktiv istifadəyə verilir.


Twitter gedərək öz gəlir modellərini yaratmağa başlayır. Artıq növbəti reklam modelini istifadəyə verir. Bu reklam tweetləri modeli olacaq. Artıq istifadəçilər «Timeline»larında reklamlarla qarşılacaqlar.
Yaradılan bu yeni modeldə Twitter üzərində hər hansı bir markanı, marketing-çini ya da şirkəti izlədiyiniz təqdirdə reklamları görə biləcəksiniz, əks halda reklam görməyəcəksiniz. Ayrıca Twitteri cib telefonlarınızdan ya da TweetDeck kimi app.lar üzərindən nəzarət edirsinizsə yenə reklamları görməyəcəksiniz. Böyük ehtimalla brouserlər üçün yaradılmış app.lardan istifadə edənlər də reklamları görməyəcək.
Nəzər alsaq ki, Twitteri aktiv istifadə edənlər onu əsasən internet saytdan yox, müxtəlif app.lar vasitəsi ilə istifadə edirlər, onda reklamların auditoriyasının da azalacağını da düşünmək olar. Digər tərəfdən reklam tweetləri istifadəçilər tərəfindən də mənfi reaksiya ala bilər.
İstifadəçi Twitterdə səhifəni istədiyi qədər aşağıya sürüşdürsə də reklam tweetləri səhifənin ən üstündə görülməyə davam edəcək. Ayrıca həmin tweetlərin üzərinə basılıldığı zaman reklamın itəcəyi də deyilir.
Paylaş :

İnteraktiv Marketinq →  Online Reklam bazarı 2015-ci ildə 50 milyard dollara yüksələcək

ReklamBildiyimiz kimi internet reklam bazarı sürətlə böyüyür. Analiz şirkəti eMarketer 2015-ci ildə bu böyümənin cüt rəqəmli ədədlərə çatacağını bildirdi. 2015-ci ildə online reklamlara xərclənən pulun 50 milyard dollar olması gözlənilir. Bu məbləğ bir əvvəlki ilin az qala iki qatıdır.

eMarketer İyun ayında 2011 ili üçün nəzərdə tutduğu (online reklam bazarındakı) gözlənilən böyüməyi haradasa iki qatına çıxararaq 20.2% olaraq açıqlamışdı. Bunda ABŞ-dakı online reklam xərcləmələrinin 2010-cu ildə 26 milyard dolları olmasının də təsiri böyükdü.

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook reklamlarına şərh yazmaq olacaq


Facebook artan istifadəçisi ilə reklam verənlərin də özünə cəlb edir. Etdiyi yeniliklərlə də, öz reklam potensialını daha da artırır.

Bildiyimiz kimi bir müddət əvvəl Facebook checkin etdiyiniz məkanları ya da bəyəndiyiniz səhifələri sağ kolonda reklam anlayışında friendlərə göstərir və friendlər də bu bəhsi keçən məkanlara getməsini ya da məhsulları bəyənməsini tövsiyə edirdi. Əlbəttə bu istifadəçilərin icazəsi ilə gerçəkləşir. Bu üsulla istifadəçilər istifadə etdikləri markaların reklamlarının bir parçası halına gəlirdi.

Növbəti yenilik ilə də reklamlar bir az daha sosiallaşır. İstifadəçilər saytın sağ kalonundakı bəzi reklamlara şərh yaza biləcək.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: mais23 →  Sizinsayt.com Avtomatlaşdırılmış Reklam Sistemi


Azərbaycanda ilk olan SİZİNSAYT avtomatlaşdırılmış reklam sistemi xidməti göstərən platforması bir ilə yaxındır ki, fəaliyyətdədir. Təxminən bir il ərzində yığılan platforma üzərində günbəgün yeniləşmə, genişləndirmə və daha yeni versiyasının hazırlanması işləri davam etdirilir. Sayt sahibləri ilə əməkdaşlıq edərək reklamverənlərin reklamlarını əməkdaşlıq etdiyimiz saytlar vasitəsi ilə internetdə yayımlamaq SİZİNSAYT-ın əsas məqsədidir.

Əvvəlki adı azeriveb olan bu internet resusu, bir il ərzində xeyli inkişaf etmiş, statistikanın, reklam yayımlanmasının idarəedilməsi və unversal mətin reklam sisteminin istifadəsi funksiyaları SİZİNSAYT istifadəçilərinin ixtiyarına verilmişdir.

( Ətraflı oxuyun )
Paylaş :

İnteraktiv Marketinq →  Sosial Media-da tizer reklamlar - növbəti Nar Mobile?

Son günlərdə yəqin ki, dəbdə olan «Tizer Reklamlar»la qarşılaşmısınız.
Əvvəl uzun bir müddət «Kimdəsə hələ yoxdur, bizdəsə artıq var!» reklamı getdi. Bu reklamın rəsmi şəkildə elanından qabaq artıq kimə aid olduğu bilinirdi — KFC. Sosial Media-da — Facebook, Twitter və s. bunun söz-söhbətləri gedirdi. Nəticə heç kimin yanılmadığını göstərdi.

Növbəti tizer reklamı Embawood-a aid oldu. Nə paketlenir? ( nepaketlenir.com/ ) konsepti ilə yola çıxdılar. Rəsmi şəkildə elan olunmamış yenə sosial media-da reklamın kimə aid olduğu bilindi.

İndi isə saytlara daxil olanda Filankəsov Filankəs tizer reklamı ilə qarşılaşırıq.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 10 мая 2011, 13:46
  • Shaig
  • 20

Mobil Texnologiya →  Azercell vs Nar Mobile - virus fotolar


Son günlərdə deyəsən kontur-manat söhbətindən çox danışası olacağıq. Kontur məsələsi aktual olan vaxt Nar artıq uzun çəkən qış yuxusundan oyanıb, hesablamanının onlarda əvvəldən bəri manat/qəpik məsələsini xatırlatmasından bu yana arada mübarizələr başlayıb.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 30 апреля 2011, 01:07
  • Shaig
  • 2