Təhlil →  Azərbaycanda "qrup satınalma" xidmətləri - endirim saytları


Azərbaycanda Qrup satınalma sahəsinin ilk addımları ötən atılmağa başladı. Bu sahədə ilk ciddi iş isə Poni.az tərəfindən görülmüşdü. Arada keçən vaxt ərzində isə bu sahəyə maraq daha da artdı. Son həftələr ərzində qarşıma çıxan bu tipli çox saylı saytları görüb onlar haqqıdna blog yazmaq qərarına gəldim.
Əvvəla ondan başlayım ki, ilk ciddi oyunçu artıq bir az daha sistemini təkmilləşdirərək işinə davam edir. Linklərini verəcəyim bəzi saytlar artıq fəaliyyətə başlayıb, bəziləri test mərhələsindədir, bəziləri isə hələ hazırlanır. Hər halda bu sahəyə maraq çoxdur.
Mənə maraqlı olan isə bu tip servislərin əsasən böyük şəhərlərdə, ölkələrdə daha sərfəli biznes olduğu halda Azərbaycan və ələxsus da Bakı kimi balaca bir yerdə bu tip servis saytların bir az çoxluğudur. Mənim müşahidə etdiklərim:

( Ətraflı oxuyun )
Paylaş :
  • +5
  • 26 декабря 2011, 02:00
  • Shaig
  • 15

Blog: Millenium →  eBay Group Gift - Hədiyyəyə pul çatmadıqda...

Bugün eBay tərəfindən maraqlı bir yenilik ilə raslaşdım. Sizin dostunuzun ad günü yaxınlaşır? Ona hədiyyə almaq imkanınız yoxdur? Var amma pulunuz çatmır? Niyə dostlarınızla birləşib, qrup şəklində hədiyyə almırsınız? Ebay artıq bunu etəyə imkan verir. İndi Siz, eBaydan dostunuza rahatlıqla hədiyyə ala bilərsiniz. Necə?
Bax beləcə:
  1. http://groupgifts.ebay.com — ünvanına daxil olursunuz;

  2. Hədiyyəni alacaq olan şəxsin adını daxil edirsiniz, yaxud Facebookdan dostunuzu seçirsiniz;

  3. Sonra yerləşdiyi ərazini seçirsiniz;

  4. Əla bir hədiyyə axtarırsınız (yaxud artıq bildiyiniz bir hədiyyəni seçirsiniz);


( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Day.az -ın yeni bölmələri - c/p

Bir vaxtlar Day.az həm reytinq, həm də imic baxımından çox öndə olan saytlardan biri idi. Hətta deyərdimki ümumi olaraq bazar adına, onun bir vaxtlar göstərdiyi fəaliyyətlərə görə təşəkkür də edirəm. İnternet saytlarını ümumi «public» hala gətirdi. TV-də filan görünməklə, ictimaiyyət arasında özünü tanıtmaqla interneti də tanıtdı. Ancaq bu bir vaxtlar idi. Son zamanlarda xəbər portalı imicini dəyişib ümumi portal olmağa çalışanda bəri deyərdimki öz samballılığını itirir. "Ördək qaz yerişi yerimək istəyib vurub öz yerişini də itirib". Xüsusilə bu Qazaxların sayta nəzarətindən sonra. Yaxınlarda Musiqi endirmək bölməsi də açdılar. Beləliklə day.az xəbər portları, open.az, mix.a, big.az -la rəqib hala gəldi. Bu gün bir az baxdım, sən demə başqa hazırlıq mərhələsində olan bölmələri də var imiş.

( Ətraflı oxuyun )
Paylaş :