Texnologiya → Qafqaz Universiteti və SİNAM şirkəti Azərbaycanın İKT sektoru üçün kadrların hazırlanması sahəsində əməkdaşlığa başlayırlar

Press-reliz: və şirkəti Azərbaycanın İKT sektoru üçün kadrların hazırlanması sahəsində əməkdaşlıq haqqında razılaşma imzaladılar. Razılaşmanı Qafqaz Universitetinin rektoru Ahmet Saniç və SİNAM şirkətinin prezidenti Elçin Əliyev imzaladılar.
Bu razılaşma 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının və Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının prinsiplərinə (Elektron Azərbaycan) uyğundur. Razılaşma çərçivəsində SİNAM şirkəti müəllimlərin İKT sahəsindəki ixtisaslarının artırılmasında universitetə dəstək göstərəcək, İT-ixtsaslı tələbələrin şirkətdə təcrübə keçmələrini təşkil edəcək, müxtəlif istiqamətlər, o cümlədən təhsilin idarəolunması sisteminin tətbiqi (Learning Management System) üzrə ali məktəbə texniki dəstək göstərəcək, istedadlı məzunların şirkətdə işləmələrini təmin edəcək və s.
( Ətraflı oxuyun )
- +1
- 6 октября 2010, 15:46
- 1



