Twitter →  Twitter reklam strategiyasını açıqladı

Uzun müddətdir ki, Twitterin gəlir modeli yox idi. Sayt aldığı investisiyalar sayəsində öz varlığını saxlayırdı. Bundan başqa GoogleBing`lə də real time axtarışlara görə razılaşmaları var idi və bundan gəlir əldə edirdilər. Bu gün readerimdə olan məlumatları oxuyanda gördümki artıq bloglarda yazılıb ki, Twitter rəsmi blogundan öz reklam modelini təqdim edib. Reklamlar normal tweetlər arasında yerləşdiriləcək və açar sözlərlə filter olunacaq. Google`un Sponsor link`inə oxşar olaraq burada da Promoted Tweet adlanacaq. Reklam barədə də sıxıntı yoxdur. Artıq Best Buy, Bravo, Red Bull, Sony Pictures, StarbucksVirgin America kimi şirkətlərin reklamı ilə başlanır bu sistem. Deyilənə görə reklam məsələsi də qapalı olmayacaq. Bundan üçüncü tərəflər də istifadə edəcək. Yəni məsələn mənim istifadə etdiyim Echofon kimi Twitter client`lərə də reklamlar inteqrasiya oluna biləcək. Nəticədə həmin API`lərdən istifadə edən şirkətlərin də gəlir əldə etməyi mümkün olacaq. Eyni zamanda Tweet axtarışları zamanıda bu reklamlar tətbiq ediləcək (SEM).
Maraqlıdır Azərbaycan bazarı üçün reklamlar hansı müddətə aktivləşəcək və hansı şərtlərlə olacaq.
Əlavə mənbələr: #1 #2
Paylaş :
  • +2
  • 13 апреля 2010, 19:40
  • Shaig
  • 1