Texnologiya → Cisco Azərbaycanda yeni nəsl şəbəkə texnologiyalarını təqdim edir

Press-reliz: Bakıda xarici mütəxəssislərin iştirakılə Cisco Günü adlı konfrans keçirilmişdir. Konfrans Cisco şirkəti tərəfindən “Sentr Znaniy Azərbaycan” şirkətinin dəstəyilə Cisco-nun tərfədaşları üçün təşkil olunmuşdu. Birgünlük konfrans əməkdaşlığın inkişafı məsələlərinə, avadanlıqların texniki incəliklərinə və onların rəqabətı davamlı təqdimatına, həmçinin təhlükəsizlik məsələlərinə həsr edilmişdi.
“Tərəfdaşlarımızla Cisco Günü formatında müzakirələrimiz bizim üçün çox faydalı oldu. Şirkətlərimiz arasında sıx əlaqələr var, və bu cür görüşlər şirkətlərin hər birisi ilə inkişaf məsələlərini müzakirə etməyimizə, təcrübə mübadiləsini aparmağa imkan verir. Ümidvaram ki, bu tədbir ənənəvi xarakter alacaq”, deyə Cisco-nun Azərbaycandakı nümayəndəsi Rövşən əkbərov qeyd etdi.
( Ətraflı oxuyun )
- +1
- 11 апреля 2011, 16:33
- şərh yaz
İnternet → NETTY 2011 başladı

Press-reliz: 31 mart 2011-ci il tarixində Azərbaycanda NETTY 2011 Milli İnternet mükafatının yeni mərhələnin başlanması barədə elan edilmişdir. 2011-ci ildə Netty mükafatı yeddinci dəfədir ki, keçirilir və mükafatın keçirilmə şərtlərinə uyğun olaraq müsabiqə iştirakçıların və virtual jüri üzvlərinin qeydiyyatı yenidən başlandı. Müsabiqə 12 əsas və 2 əlavə nominasiyalar üzrə ən yaxşılarını müəyyən edəcək. Müsabiqənin şərtlərinə uyğun olaraq qeydiyyat, cari ilin 31 mart tarixindən başlayaraq 7 may tarixinədək aparılacaq. Müsabiqənin iştirakçısı və ya virtual jürinin üzvü hər qeydiyyatdan keçmiş, müsabiqənin qaydaları ilə razılaşan və Təşkilat Komitəsi tərəfindən bəyənilən -ın istifadəçisi ola bilər.
( Ətraflı oxuyun )
- 0
- 31 марта 2011, 14:45
- 16
Texnologiya → Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə 2011-ci il üçün Fəaliyyət Planı
Press-reliz: “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2011-ci il üçün görüləcək işlərin əsas fəaliyyət istiqamətləri müəyyən olunmuşdur. Dövlət proqramının əsas məqsədi Azərbaycan Respublikasında informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsidir.
( Ətraflı oxuyun )
- +1
- 28 февраля 2011, 12:11
- şərh yaz
Azercell → “Azercell” 2010-cu ilin yekunlarını açıqladı

Press-reliz: Fevralın 9-da keçirilən mətbuat konfransında “Azercell Telekom” MMC 2010-cu ilin nəticələri haqqında mətbuatı məlumatlandırıb. Hal-hazırda şirkət Azərbaycanın mobil rabitə bazarının 54,6%-nə nəzarət edir. Ölkənin 80%-ni əhatə edən şəbəkə imkan verir ki, Azərbaycan əhalisinin 99,8%-i “Azercell”in keyfiyyətli və etibarlı rabitə xidmətlərindən yararlana bilsin. Son bir il ərzində 300 minə yaxın insan öz seçimini “Azercell”in üzərində saxlayıb. 2010-cu ilin sonuna bu operatorun 4 milyon 207 min nəfərlik abonenti vardı.
Mətbuat konfransında açıqlanan məlumata görə, 2010-cu ildə “Azercell” dövlət büdcəsinə təqribən 114,6 milyon ABŞ dolları, 14 il ərzində isə təqribən 868,2 milyon ABŞ dolları həcmində vəsait ödəyib.
( Ətraflı oxuyun )
- +3
- 9 февраля 2011, 14:59
- 1
Ultra → NEXUS LCD və LED TV kolleksiyasını yenilədi

Press-reliz: Azərbaycanın ilk və yeganə noutbuk istehsalçı brendi 2011-ci il üçün yeniliklərini təqdim etdi. Beləki, şirkətdən aldığımız məlumata əsasən NEXUS ilk olaraq yeni LED texnologiyalı TV-monitorun dizaynlarında yenilik etmişdir. Keçən ilin sonuna kimi ən maksimal 42 düymlü LDC tv-ləri olan NEXUS şirkəti artıq bu ildən 47 düymlü tv-də buraxır. Yeniləşmiş tv kolleksiyası ilə şirkətin rəsmi saytı vasitəsilə tanış ola bilərsiniz.
- +3
- 11 января 2011, 15:53
- şərh yaz
Texnologiya → Azərbaycan Avropa Birliyinin eTwining Təhsil portalına qoşulmaq üçün rəsmi dəvət alacaq
Press-reliz: Oktyabrın sonunda Azərbaycanın Avropa Birliynin E-Twining Təhsil portalna qoşulmaq üçün rəsmi dəvətin alması gözlənilir. Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması İdarəsindən verilən xəbərə görə, Azərbaycanın eTwining proqarmında iştirakı müəllimlərimizin və şagirdlərin Avropa ölkələrindəkə öz həmkarları ilə internet-portal vasitəsilə ünsiyyət qurmaq üçün imkan yaradacaqdır.
( Ətraflı oxuyun )
- 0
- 14 октября 2010, 14:19
- şərh yaz
Texnologiya → Azərbaycan nümayəndə heyəti Avropa Birliyinin təhsilə həsr olunmuş dəyirmi masasında iştirak edəcəkdir
Press-reliz: Azərbaycan nümayəndə heyəti Avropa Birliyinin təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş dəyirmi masasında iştirak edəcəkdir. Dəyirmi masa Avropa Birliyinin e-Twining proqramı çərçivəsində 4-5 oktyabr tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcəkdir. Dəyirmi masada “eTwining platforması: məktəblər üçün birlik”, “eTwining: XXI əsrin pedaqoqikası”, “müəllimlərin eTwining çərçivəsində peşəkar inkişafı”, “internet-təhlükəsizlik” və s. mövzular geniş müzakirə olunacaqdır.
( Ətraflı oxuyun )
- 0
- 30 сентября 2010, 12:32
- şərh yaz
Azerfon → Azerfon-Vodafone Azərbaycanda ilk 3G Mobil Müşahidə Kameralarını təqdim edir

Press-reliz: 21 sentyabr 2010-cu il tarixindən etibarən Azerfon-Vodafone 3G texnologiyasına əsaslanan daha bir məhsulunu — Müşahidə Kameralarını satışa çıxardı.
İndi Azerfon-Vodafone abunəçiləri 3G Mobil Kameralarından istifadə edərək adi video-zəng vasitəsilə kameranın quraşdırıldığı ərazini istənilən an rahat şəkildə müşahidə edə bilərlər.
Azerfon-Vodafone–nun Azərbaycan bazarında ilk olaraq təqdim etdiyi bu texnologiyadan istifadə qaydası olduqca sadə və rahatdır. Mobil müşahidə xidmətindən yararlanmaq üçün 3G Kameranın daxilinə quraşdırılmış sim nömrəsinə video zəng etmək kifayətdir.
( Ətraflı oxuyun )
- 0
- 23 сентября 2010, 11:15
- şərh yaz
Texnologiya → “Elektron məktəb” layihəsi çərçivəsində videozəngli İP-telefoniya həlləri tətbiq olunur

Press-reliz: “Elektron məktəb” layihəsi çərçivəsində məktəblərə kommunikasiyaları daha effektiv şəkildə qurmağa imkan verən videozəng funksiyası tətbiq olunur. Bu haqda Azərbacan Təhsil Şəbəkəsinin (AzEduNet) rəhbəri Səməd Abbasov bəyan etdi.
“Elektron məktəb” layihəsi “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı, Sumqayıt və digər şəhərlərin 30 məktəbində reallaşdırılır. Sözügedən layihə çərçivəsində AzEduNet ən qabaqcıl Cisco texnologiyalarını tətbiq edir. Məktəblər şəbəkəyə fiber-optik kabel ilə qoşulur. Məktəblərdə Cisco avadanlığı və videozəngli İP-telefoniya sistemi quraşdırılır.
( Ətraflı oxuyun )
- 0
- 1 июля 2010, 14:05
- 1
Texnologiya → SİNAM şirkəti İT-həllərini Qırğızıstanın Dövlət Vergi Xidmətində tətbiq edəcək
Press-reliz: Azərbaycanın şirkəti Qırğızıstan Respublikasının Dövlət Vergi Xidmətində (DVX) inteqrasiya olunmuş vergi inzibatçılığı sisteminin proqram təminatının işlənib hazırlanması və tətbiqi üzrə elan olunmuş beynəlxalq tenderin qalibi elan olundu. Proqram təminatının tətbiqi Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən «Vergi inzibatçılığında islahat və modernləşdirmə» layihəsi çərçivəsində həyata keçiriləcək. Tenderin şərtlərinə əsasən, proqram təminatı Qırğızıstanın Dövlət Vergi Xidmətinin mərkəzi aparatında və ölkənin bütün rayon vergi müfəttişliklərində quraşdırılacaqdır. Tətbiq edilən informasiya sistemi 11 komponentdən ibarət olacaq ki, onların hər birisi bir istiqamət üzrə yüksək funksionallığı təmin edəcək.
( Ətraflı oxuyun )
- 0
- 25 июня 2010, 14:06
- 1



