Texnologiya → HP şirkətinin Azərbaycanda yeni baş direktoru təyin edildi

Press-reliz: Bakı, 17 yanvar 2012-ci il. Bu gün HP şirkəti İnarə Quliyevanın şirkətin Azərbaycanda baş direktoru təyin edilməsi barədə məlumat verdi. O, 2004-cü ildən indiyə qədər HP şirkətinin Azərbaycan bölməsinə rəhbərlik etmiş Rüfət Hacıəlibəyovu əvəz edəcək. Xanım Quliyeva yeni vəzifəsinin icrasına 1 fevral 2012-ci il tarixindən başlayacaq.
( Ətraflı oxuyun )
- 0
- 17 января 2012, 16:27
- 2
Texnologiya → Microsoft Azərbaycanın yeni baş meneceri təyin edildi

Press-reliz: Rüfət Hacıəlibəyov Microsoft Azərbaycan şirkətinin baş meneceri vəzifəsinə təyin edildi. R. Hacıəlibəyov yeni vəzifəsinə 2012-ci ilin 23 yanvarından başlayacaq.
Microsoft Azərbaycan şirkəti Microsoft korporasiyasının Mərkəzi və Şərqi Avropanın Yeni Bazarları regional bölməsi çərçivəsində fəaliyyət göstərir və ən dinamik şəkildə inkişaf edən bölmələrdən biridir.
( Ətraflı oxuyun )
- +1
- 17 января 2012, 12:39
- şərh yaz
Texnologiya → Samsung və Sony şirkətləri maye-kristallı panellərin istehsalı sahəsində yeni əməkdaşlıq formasına keçir
Press-reliz: Samsung Electronics şirkəti və Sony korporasiyası maye-kristallı panellərin istehsalı sahəsində mövcud olan əlaqələrin yenidən nəzərdən keçirilməsini nəzərdə tutan razılaşmanın imzalanması haqda bəyan edir.Sözügedən razılaşmanın şərtlərinə əsasən, Samsung Electronics şirkəti Sony korporasiyasının S-LCD Corporation (Samsung və Sony şirkətlərinin maye-kristallı panellərin istehsalı üzrə birgə müəssisəsi) müəssisəsində olan bütün səhmlərini alacaq ki, bu da S-LCD Corporation müəssisəsini Samsung şirkətinin bir bölməsinə çevirəcək. Öz növbəsində Samsung Sony şirkətinə 1,08 trilyon koreya vonu (939,6 milyon ABŞ dolları) ödəyəcək.
( Ətraflı oxuyun )
- 0
- 29 декабря 2011, 14:23
- şərh yaz
Texnologiya → Samsung şirkəti D450 və D550 seriyalı maye-kristallı televizorları təqdim edir

Press-reliz: Dünyanın aparıcı istehlakçı elektronikası istehsalçısı Samsung Electronics şirkəti D450 və D550 seriyasından olan maye-kristallı televizorları təqdim edir.Qeyd etmək lazımdır ki, D450 seriyası diaqonal ölçüsü 19, 22, 26 və 32 düym, D550 seriyası isə diaqonal ölçüsü 32, 37, 40 və 46 düym olan televizorlar modellərini əhatə edir.
( Ətraflı oxuyun )
- +2
- 23 декабря 2011, 21:23
- 1
Texnologiya → Samsung Smart TV televizorları üçün ivi.ru internet-kinoteatr əlavəsi
Press-reliz: Dünyanın aparıcı istehlakçı elektronikası istehsalçısı Samsung Electronics şirkəti və Rusiyanın ən iri internet-kinoteatrı “ivi.ru” ( ) Samsung Smart TV televizorları və Blu-ray pleyerləri üçün nəzərdə tutulan ivi.ru əlavəsini təqdim edir.İvi.ru internet-kinoteatr əlavəsi minlərlə film, cizgi filmi və Rusiya və digər ölkələrin istehsalı olan verilişlərə rahat və pulsuz çıxışı təmin edən “sorğu üzrə video” formatlı bir servisdir. Onların arasında Disney kinostudiyasının ən yeni filmləri, “20th Century Fox” studiyasının istehsalı olan məşhur seriallar, Rusiya serialları və s. kimi maraqlı kontent var. Hazırda servisin bazasında yüksək keyfiyyətdə 60 mindən çox kontent mövcuddur. Hər gün ivi.ru kataloquna 50-100 lisenziyalı video əlavə olunur.
( Ətraflı oxuyun )
- 0
- 20 декабря 2011, 15:36
- 2
Texnologiya → Azərbaycan komandası Ümumdünya Kompüter Oyunlarında iştirak edəcək
Press-reliz: Azərbaycanın yığma komandası 2011-ci ilin 8-11 dekabr tarixlərində Samsung Electronics şirkətinin dəstəyilə Cənubi Koreyanın Busan şəhərində keçiriləcək iştirak edəcək. Bu haqda Samsung Electronics şirkətinin Azərbaycandakı nümayəndəliyinin marketinq üzrə meneceri Oqtay Məmmədov xəbər verdi. Onun sözlərinə görə, Azərbaycan komandası yeddi cyber-idmançıdan ibarətdir. Onlar ölkəmizi həm komanda növlü, həm də tək-tək oyunların qran-finallarında təmsil edəcək.
( Ətraflı oxuyun )
- +4
- 6 декабря 2011, 12:07
- şərh yaz
Azercell → Azercell şirkəti Naxçıvanda 4G-ni sınaqdan keçirtdi

Press-reliz: 4G şəbəkəsinin köməyilə 4 000-dən artıq tələbə Innovativ mobil texnologiyalardan faydalana biləcək.
Noyabr ayının 29-da Azercell Telekom MMC şirkətinin prezidenti cənab Ali Ağan Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Rövşən Məmmədov ilə görüşmüş, daha sonra Naxçıvan Dövlət Universitetinə 4G sınaqları layihəsinin açılışı münasibətilə səfər etmişdir. Hər zaman gənc nəslin bilgilərinin inkişafına istiqamətlənən layihələrlə çıxış edən Azercell Telekom MMC bu dəfə Naxçıvan Dövlət Universitetinin tələbələri üçün innovativ layihə təqdim etdi. Mobil Rabitə sahəsində müxtəlif texnoloji həllər təqdim edən Çinin ZTE şirkəti ilə birgə həyata keçirilən bu layihənin köməyilə ümumi ərazisi 108 hektar olan Universitetdə 4 mindən artıq tələbənin 4G texnologiyasının təqdim etdiyi üstünlüklərdən yararlanmaq imkanı olacaqdır. Bu isə, yüksək sürətli mobil internet, böyük həcmdə mobil datanın ötürülməsi kimi son texnoloji nailiyyətləri tələbələrin şəxsən özlərinin sınaqdan keçirmək imkanı deməkdir.
( Ətraflı oxuyun )
- +1
- 2 декабря 2011, 19:11
- 6
Microsoft → Microsoft korporasiyası Azərbaycanın İT-mütəxəssisləri üçün bulud hesablamaları üzrə seminar keçirmişdir
Press-reliz: Microsoft korporasiyası Azərbaycanda informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislər üçün seminar keçirmişdir. Seminar Bakıda keçirilən Beynəlxalq Bakutel 2011 sərgisi çərçivəsində təşkil olunmuşdu. Seminarın məqsədi Azərbaycan mütəxəssislərini Microsoft-un Windows Phone, Windows Azure kimi son məhsullarılə, həmçinin HTML 5.0 ilə tanış etmək idi.
Microsoft şirkətinin nümayəndələri Microsoft-un “bulud” platformu — Windows Azure haqda danışdılar. Windows Azure hesablama servislərini, saxlama servislərini və “Servis kimi platforma” (Platform as a Service, PaaS) modelində infrastruktur servislərini təqdim edir. Platfrom üç əsas komponentdən ibarətdir: Windows Azure,Windows Azure və Windows Azure AppFabric.
( Ətraflı oxuyun )
Microsoft şirkətinin nümayəndələri Microsoft-un “bulud” platformu — Windows Azure haqda danışdılar. Windows Azure hesablama servislərini, saxlama servislərini və “Servis kimi platforma” (Platform as a Service, PaaS) modelində infrastruktur servislərini təqdim edir. Platfrom üç əsas komponentdən ibarətdir: Windows Azure,Windows Azure və Windows Azure AppFabric.
( Ətraflı oxuyun )
- 0
- 25 ноября 2011, 14:10
- şərh yaz
Texnologiya → Samsung SyncMaster SA850 monitoru dünyanın hər bir yerindən müsbət rəy alır

Press-reliz: Geniş görünüş bucağını təmin edən Samsung SyncMaster SA850 monitoru informasiya texnologiyaları sahəsində ixtisaslaşan bir sıra Amerika və Avropa KİV-lərinin müsbət rəylərini almışdır. Qeyd etmək lazımdır ki, hal-hazırda Samsung şirkəti peşəkar monitorlar bazarını fəth etmək niyyətindədir.
Daha da mükəmməl PLS-texnologiyasının (Plane to Line Switching – səthdən xəttə keçmə) istifadə olunduğu SyncMaster SA850 monitoru 2560x1440 piksellik icazəni, yəni dörd 720p HDTV icazəsini təmin edir. Bu premium-monitor həm şaquli, həm də üfuqi görünüş bucağından rəng ötürülməsini itirmədən daha dəqiq və aydın rəngləri əks etdirir.
( Ətraflı oxuyun )
- 0
- 24 ноября 2011, 14:51
- şərh yaz
Texnologiya → Samsung Electronics şirkəti otuz CES 2012 Innovation mükafatına layiq görüldü
Press-reliz: İstehlakçı elektronikası, yarımkeçirici və telekommunikasiyalar sahəsində dünya lideri, innovasiyalar sahəsində bir çox mükafatlara sahib olan Samsung Electronics şirkəti International Consumer Electronics Show (Beynəlxalq İstehlakçı Elektronikası Sərgisi — CES) 2012 sərgisində 30 məhsul üzrə yüksək qiymətlərə layiq görüldü. Hər il İstehlakçı Elektronikası Assosiasiyası (Consumer Electronics Association® — CEA) tərəfindən keçirilən CES istehlakçı elektronikası sahəsində ən mühüm beynəlxalq mükafat hesab olunur. Son üç ildə Samsung şirkəti 90 CES mükafatını əldə etmişdir – 2011-ci ildə 37 və 2010-cu ildə 23.
( Ətraflı oxuyun )
- 0
- 22 ноября 2011, 13:10
- şərh yaz



