Sosial Media →  Flickr-a 6 milyardıncı foto yüklənib


Flickr foto paylaşım saytına 6 milyardıncı foto yüklənib. Yüklənən foto barədə Flickr rəsmi blogundan məlumat verib.
Fotoya artıq 14 mindən çox baxılıb. Ümumilikdə Flickr hər il əvvəlki ilə nisbətən 20% böyümə əldə edir.
Bu say Flickr üçün uğur sayılsa da, rəqibləri ilə müqayisədə hələ də geridə qalır. Xüsusi ilə Facebook-un yüksəlişindən sonra Flickr daha çox professional fotolar üçün məkana çevrilib. Digər tərəfdən Flick-ın digər sosial şəbəkələrlə inteqrasıyanı sevməməsi ondakı foto sayının az olmasına gətirib çıxarır.
Rəqiblərə nəzər yetirsək, Facebook istifadəçiləri 2011-ci ilin Fevral ayı etibarilə 60 milyard fotoşəkil yükləmişdi, gündə əlavə olunan fotoşəkil sayı isə təqribi 100 milyondur. Eyni dövrdə Photobucket 8 milyard, Picasa isə 7 milyard fotoşəkilə çatmışdı. Qeyd edək ki, Picasa saytı Google məhsuludur. Photobucket isə Twitterlə razılaşma əldə edərək, rəsmi foto paylaşımları bu sistem üzərindən təqdim edəcək.
Flickr isə Yahoo-a aiddir. Yahoo, Flickri dəstəkləməyə və bazar payının böyüməsi üçün kömək etməyə davam edəcəyini ifadə edir.
Paylaş :
  • 0
  • 6 августа 2011, 17:30
  • Weboxu
  • 2