İnternet →  Amazon serverlərindəki problem saytları çətin vəziyyətə saldı

İnternet saytlarının bir çoxu əsas serverlərindən əlavə, file serverlərinə də sahibdirlər. Fayl serverlərini əsasən bu xidməti göstərən Amazondan təmin edirlər. Əlbəttə bəzi saytların serverləri tamamilə Amazondadır. Dünyanın ən böyük server mərkəzlərindən biridir.
Amazonda yaranmış problem — Amazon’un Elastic Compute Cloud (Amazon EC2) serverlərində, burada yerləşən bir çox saytı pis vəziyyətdə qoydu. Xüsusilə bu servisdən istifadə edən böyük sosial şəbəkələrin açılmamağı gün ərzində müzakirə mövzusu idi. Hətta bəziləri bunu «sosial medianın 11 sentyabrı» adlandırdı.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 22 апреля 2011, 02:58
  • Weboxu
  • 4