HP → WebOS artıq "açıq qaynaq"lı platformadır

HP, WebOS əməliyyat sistemi platformasının gələcəyi ilə bağlı qərarını açıqladı. Ötən aylarda vəzifəyə gələn yeni CEO-su Meg Whitman-ın liderliyi ilə şirkət yenidən formalaşdırılır. Şirkət bu qərar əsasında da WebOS əsaslı «ağıllı telefon» və planşet istehsalını sonlandırıb ancaq Windows (8) əsaslı planşetlərin istehsal edəcəyini açıqlamışdı. Artıq HP WebOS əməliyyat sistemini də «open source» yəni «açıq qaynaq» etmək barədə qərar verdiklərini açıqladı.
( Ətraflı oxuyun )
- 0
- 10 декабря 2011, 20:54
- 2
HP → HP webOS-u istifadə etməyəcək

2010-cu ilin aprel ayında Palmı 1.2 milyard dollara satın . Bir ildən bir qədər çox vaxt keçdikdən sonra HP artıq webOS ilə heç bir məhsul çıxarmayacağını bildirdi. Yəni, bu satınalma özünü doğrultmadı.
HP satın alma əməliyyatından bu yana, webOS istifadə edərək yalnız üç ədəd məhsul çıxara bildi. Bunlar TouchPad adlı bir tablet pc və HP Pre2 və HP Veer adlı telefonlar idi.
Bu cihazların gözlənilən marağı görməməsi və artan rəqabət mühitində istədiyini əldə edə bilməməsi, webOS-in ömürünün sona çatmasına səbəb oldu.
Şirkətin ikinci rüb maliyyə hesabatında, webOS cihazları ilə əlaqədar bütün işlərin sonlandırıldığı rəsmi olaraq ictimaiyyətə açıqlandı.
Görünən odur ki, planşet və smartfon bazarında Android əsaslı cihazlar və Apple arasına bir başqa platformanın girməyi çox çətin olacaq.
- 0
- 19 августа 2011, 14:47
- şərh yaz
HP → HP-nin WebOS əsaslı ilk məhsulları

HP, Palmı satın sonra ilk məhsullarını nəhayət tanıtdı.
Hp Palm Pre 3
Palmın ənənəvi modeli Pre adını qoruyan yeni WebOS-lu smartfon, Palm Pre 3 olaraq adlandırılıb. 1.4GHz-lik bir prosessora sahib olan cihaz, dizayn olaraq da Pre xəttindən kənar kimi görünmür. Palmın yumşaq xəttləri və qəşəng dizaynı dərhal özünü göstərir.
( Ətraflı oxuyun )
- +2
- 10 февраля 2011, 18:18
- 2
HP → HP-nin WebOS əsaslı tableti PC-si

Keçən il ərzində Palmı satın alan HP-in, bu qərarının ən əhəmiyyətli səbəbi olan WebOS əməliyyat sisteminin istifadə edildiyi Tablet PC-sindən ilkin şəkillər yayıldı.
Engadgetin göstərdiyi Tablet PC haqqında bildiklərimiz hələlik məhdud olsa da, ehtimal olunur ki HP-in gələn ayın 9-unda təşkil ediləcək tədbirdə tanıdacaq. Bundan sonra detallar haqqında daha ətraflı məlumat veriləcəl.
( Ətraflı oxuyun )
- +2
- 19 января 2011, 13:26
- şərh yaz
HP → HP, Palmı 1,2 milyard dollara satın aldı!

Uzun zamandır satılacağı xəbərləri gündəmi məşğul edən Palm, 1,2 milyard dollar verən HPin oldu!
Keçdiyimiz həftələrdə çox danışılan və gələcəyi çox da parlaq görünməyən Palm`ın satılacağı qəti idi, tək qəti olmayan tərəfi qiyməti idi. Bəzi mütəxəssislər tərəfindən Palm bütün dəyərini itirmiş və pul etməyəcək bir sərmayə olaraq şərh olunurdu amma HP eyni fikirdə deyil. HP-nin tam 1,2 milyard dollar ödəməsi ardından Palmın hissələri 5,70 dollar dəyər qazandı.
Hər nə qədər Palm-ın telefonu Pre texnologiya dünyasında olduqca bəyənilmiş olsa da, heç cür istifadəçilər tərəfindən bənzər reaksiyalar yığa bilməmiş və gözlənilən satış rəqəmlərini tuta bilməmişdi.
Hər nə qədər 1,2 milyard dollar kiçik bir sərmayə olmasa da, hissə başına 5,70 dollarlıq bu satış, Palm-ın yalnız 7 ay əvvəlki dəyərinin ancaq üçdə birinə qarşılıq gəlir. 2009′un Oktyabr ayında hissələrinin dəyəri 17,46 olan Palm-ın hissələri 2010-un yanvarında 13,41 dollara geriləmişdi.
- +1
- 29 апреля 2010, 11:39
- 6
Mobil Texnologiya → Android üstünlüyünü artırır...

Google`un mobil əməliyyat sistemi olan Android hər dəfə statistikalar açıqlananda öz bazar payını bir az daha artırır. Bu dəfə də comScore`un Amerika üçün açıqladığı bazar araşdırmasının nəticələrinə görə Android yüksəlişi nəticəsində Palm`ı keçibdi:
( Ətraflı oxuyun )
- +1
- 13 марта 2010, 15:46
- 4



