Mobil Texnologiya →  Bakcell "Opera Mini" və Azercell pulsuz "Samsung" telefonlarının tanıtımları


GSM Operatorları istifadəçiləri üçün xüsusi güzəşt kampaniyalarını keçirirlər.
Bildiyiniz kimi, Bakcell «Opera» ilə yeni əməkdaşlığa başlamışdı. Həmin əməkdaşlıq çərçivəsində, Opera Mini-ni artıq tanıtmağa başlayıb. Bu münasibətlə də, Opera-nın səhifələri sıxışdırmağı və qənaətindən bəhs edən video rolik hazırlayıb.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 26 декабря 2011, 17:51
  • Weboxu
  • 3

Bakcell →  Bakcell və Opera ilə "Limitsiz internet" yeniləmə#1


Bu gün, Hilton Bakı mehmanxanasında Bakcell ilə Opera-nın tədbirinə dəvət almışdıq.
Tədbirdə Bakcell ilə Opera arasında olan əməkdaşlıq barədə məlumat verirdilər. Bundan sonra Bakcell istifadəçiləri, Opera Mini browseri ilə internetdə daha sərfəli vaxt keçirəcəklər. Tədbirdə həm Bakcell CEO-su Riçard Şirer, həm də Operadan MDB üzrə General Manager Mikhail Ilin əməkdaşlıq barədə məlumat verdilər.
İnternetdə limitsiz gəzmək imkanını aylıq 1.99 manata və ya gündəlik 19 qəpiyə əldə etmək mümkün olacaq.
Yeniləmə#1: Opera üçün hazırlanmış səhifədə — www.bakcell.com/az/opera «2011-ci ilin Dekabr 1-dən- 2012-ci ilin Martın 1-ə kimi müddətdə Siz Opera Mini ilə 1 aylıq limitsiz İnterneti cəmi 1.99 AZN-ə əldə edə bilərsiniz» deyə qeyd edilir. Bu da ola bilsin ki, kampaniya xarakteri daşıyır. Çünki, cədvəldə aylıq qiymət başqa formada göstərilib. Əgər bir dəyişiklik olsa bu barədə yenidən düzəliş edərəm.
Limitsiz internet paketlərinə qoşulmaq üçün SMS ilə 1 (1 gün üçün) ya da 30 (1 ay üçün) yazaraq 6464-ə yollamaq lazımdır. Yəqin ki, qısa müddətə Bakcell-in saytında tariflər və əməkdaşlıq barədə daha ətraflı məlumat verilər.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 1 декабря 2011, 13:56
  • Shaig
  • 3

Blog: Tural →  Opera Mini 6.5 və Opera Mobile 11.5 yeniləndi


Opera Mini mobil internet brauzerinin yeni versiyası yayımlandı. 6.5 nömrəli yeni versiya iPhone, iPad, BlackBerry və Java dəstəkli telefonlarda işləyir. Symbian S60 ağıllı telefon istifadəçiləri isə Opera Mobile 11.5 variantından faydalana bilər.
Bu yenilənmə ilə birlikdə gələn ən böyük yenilik istifadəçilərin məlumat istifadəsini təqib edə bilməsidir. Opera yeni versiyanın məlumat istifadəsində 90% nisbətində qənaət təmin edə biləcəyini iddia edir. Bu veb brauzeri o qədər sürətlidir ki, Opera 3G əlaqəsinə ehtiyac duymadan belə yaxşı bir gəzişmə təcrübəsi yaşanacağını iddia edir. İnternet brauzeri həm cəmi həm də keçici bir müddət üçün məlumat istifadəsini təqib altına alır.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 3 ноября 2011, 10:22
  • Tural
  • 1

İnternet →  Azərbaycan İnterneti 2011-ci ilin ilk yarımili: Statistikalar, Brouserlər - Opera liderdi

2011-ci ilin ilk yarım ili arxada qaldı. Düşünürəm ki, ilk yarımildə dəyişənlər barədə bir qədər araşdırma etmək olar. Əslində hadisələri baş verdiyi ardıcıllıqla onsuz da yazırıq. Ancaq olanlar barədə bir qədər müqayisəli və ətraflı yazmaq da olar. Texnologiya dayanmadan inkişaf edir və 6 ay əvvəli ilə indiki zaman arasında təəccüblü statistik göstəricilər də rast gəlmək mümkündür. Hesab edirəm ki, ilin sonuna doğru da belə hallar olacaq. Əvvəl bu yazını bir başlıq altında yazmağı qərarlaşdırsam da, sonradan yazının gedərək uzanmağına görə, hissələrə bölmək qərarına gəldim.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 12 июля 2011, 21:57
  • Shaig
  • 1

İnternet →  Aznetdə gəlmələr üzrə brauzerlərin payları: Opera Internet Explorer-ı ötüb keçir, Google Chrome isə Mozilla Firefox-a yaxınlaşır

Aznetdə gəlmələr üzrə brauzerlərin payları: Opera Internet Explorer-ı ötüb keçir, Google Chrome isə Mozilla Firefox-a yaxınlaşır
Bu gün artıq inanılmır ki, hələ 8-10 il əvvəl saytlara gəlmələrin 90% Internet Explorer-in payına gəlirdir. Lakin Mozilla Firefox-un birinci versiyasının işə salınma tarixindən bugünə qədər Internet Explorer-ın payının azalması baş verib – elə ABŞ-da və Qərbi Avropada bu brauzer artıq ən çox istifadə edilən brauzer deyil. Bizim ölkəmizdə bu proses geciksə də, baş verir. Brauzerlər arasında bölünməni Biz cinema.az ünvanı olan Azərbaycan kinoteatrın vebsaytının əsasında müzakirə edəcəyik. Bu sayt alexa.com reytinq üzrə Azərbaycanın ən çox keçid əldə edən saytların ilk yüzlüyünə daxil olan sabit gəlmələr sayına malik olan bir saytdır. Google Analytics-ın məlumatına görə istifadəçilərin 95% cinema.az saytına Azərbaycandan daxil olur.
Ilk halda bütün 2010 ildə brauzerlər arasında bölünmənin statistikanı göstəririk.

Bütün 2010-cu il üzrə




( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Operanın böyümək planı: Sony ilə inteqrasiya


Opera bildiyimiz kimi heç cür istədiyi bazar payı nisbətinə çata bilmir. 2010-cu ili, 0.1/0.2% kimi son dərəcə kiçik diametrli eniş yaxud yüksəlişlərlə keçirərək yuvarlar 2% həcmində bazar payı ilə bağlayan veb brouseri liqasının Avropa -Norveç-mənşəli tək nümayəndəsi, Sony ilə iş ortaqlığı razılaşması imzaladı.

Operanın rəsmi saytındakı məlumatlandırmağa görə, razılaşma ilə birlikdə bundan belə Sonyun Bravia seriyasından internet əlaqəsi təqdim edən televiziyaları ilə Blu-ray playerinə sahib olanlar, internet gəzintilərini Opera üzərindən reallaşdıracaqlar. Tam olaraq hansı Sony məhsullarının Opera ilə gələcəyi haqqında isə hələ Sony tərəfindən nümayiş olunan detallı bir məhsul siyahısı mövcud deyil. Bu razılaşmanın Sony markalı noutbuklar və digər device-larda da reallaşması ehtimalı var
Paylaş :

Opera →  Opera Tablet browser

Opera, tablet cihazları üçün yeni browserini tanıdan video yayımlayıb.
2011də Tablet PC sayının artmasıyla birlikdə, təqribi sayının 54.8 milyona çatması gözlənilir. Mobil browser bazarında lider olan Opera tablet PC-lərə də gözünü dikir… Yeni browserin Android tabletdə tanıdıldığı videonu nəşr edən şirkət, yeni giriş səhifəsini və iki barmaqla yaxınlaşdırma xüsusiyyətini göstərir. Yəqin ki, iPad üçün də Opera Tablet reliz olunar. Lakin cihazda sınamaq üçün əlbəttə Android tablet daha əlverişlidir.
Şirkət, browserinin ilk ictimai təqdimatının CES 2011-də ediləcəyini gözlənilir.
Paylaş :

Təhlil →  Azərbaycanda browserlərin statistikası: Statcounter 2010


Mətbuatda oxuduğumuz kimi, brouser bazarında Explorer artıq öz mövqeyini itirir. StatCounter-a görə Avropada ümumiyyətlə liderliyi əldən verib. Dünyada isə kəskin azalma olmağına baxmayaraq hələki birinciliyini qoruyur. Ancaq kifayət qədər azalmaları var.
2009-un dekabr ayında bazarın 55.72%-ni tutan Explorer 2010-cu ilin eyni ayında 46.94%-ə geriləyib.
FireFox-da da az geriləmə var 31.97%-dən 30.76%-ə geriləyib. Ən çox diqqəti çəkən isə Chrome-dur. Demək olar ki Explorerin bazar payını tamamilə Chrome yeyir. 5.45%-dən 14.85%-ə qalxıb. FireFoxun son zamanlarda Chrome-a qarşı sürətdə uduzması olmasa idi bəlkə də Explorerin bazar payından FireFox da alardı. Amma həm Google-un öz saytlarında Chrome-u təbliğ etməyi, həm də keyfiyyətinin artımağı onu bazarda mühüm oyunçu edib. Yəqinki 2011-ci ildə bu 3 brouserin — İ.E. Firefox və Chrome-un yarışını izləyəcəyik. Bu artım faizi ilə getsə gələn ilin sonunda Chrome liderlik üçün Firefoxla mübarizə apara bilər.
Bazarda stabil oyunçu olan Safari və Opera-da olduqca cuzi artımla öz mövqelərini qoruyurlar:

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 6 января 2011, 16:00
  • Shaig
  • 5

Opera →  Opera 11 və yeni xüsusiyyətlər


Opera 11 beta testlərindən sonra filan versiyasını da yayımladı.
Xüsüsən nəzərə çarpan HTML5 dəstəyi, Extensions və Tab qruplamalarıdır.
Extensions kataloquna buradan baxa bilərsiniz — https://addons.opera.com/addons/extensions/.
Yeni versiyanı buradan yükləyə bilərsiniz — www.opera.com/browser/features/.


( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 16 декабря 2010, 18:08
  • Weboxu
  • 3

Opera →  Opera həm Flash həm də HTML5 dəstəkləyəcək

Operanın cib telefonları üçün inkişaf etdirdiyi məşhur internet browseri Opera Mobile-ın yeni versiyası artıq həm Flash həm də HTML5 dəstəkləyəcək. Firma, təyin etdiyi yol xəritəsi daxilində bu planı tətbiqə keçirəcəyini rəsmi blog-unda qeyd edib.

Şirkətin açıqlamasında: «Yeni texnologiyalarla birlikdə Flash istifadəsi get-gedə azalsa da uzunca bir müddət fəaliyyətini itirməyəcək. Əgər telefonunuzda yüklüdürsə, Opera bunu dəstəkləməyə davam edəcək.»

Opera destkop versiyada istədiyi uğuru əldə edə bilməsə də, mobil bazarda kifayət qədər yüksək uğur əldə edib. Hər bir smartfon əməliyyat sistemləri üçün xüsusi buraxılışları var və mütəmadi yeniləmələri də edir. Opera əgər Flashı Skyfire kimi, telefonda qurulu olmadan da dəstəkləsə idi, rəqibsiz olardı.
Paylaş :