Opera → Opera Mini, Samsung-un Bada platformunda

Samsung ilə Opera arasında edilən razılaşma əsasında, Operanın mobil veb brouseri olan Opera Mini artıq Samsungun öz əməliyyat sistemi Bada ilə gələn smarfonlara da yüklənə biləcək.
Samsung Bada əsaslı smartfon sahibləri, Opera Minini Samsungun tətbiqlər portalından və yaxud da PC proqramı Kies üzərindən yükləyə bilərlər.
Opera Mininin ən əhəmiyyətli xüsusiyyəti 90%-ə çatan nisbətdə səhifə sıxışdırma texnologiyası sayəsində digər bütün alternativ brouserlərə nisbətlə daha az trafik aparmasıdır.
200 milyona yaxınlaşan istifadəçi sayı ilə Safari və Androidin ardından mobil veb brouserləri bazarının ən məşhur 3-cüsüdür
Mobil Texnologiya → Bakcell "Opera Mini" və Azercell pulsuz "Samsung" telefonlarının tanıtımları

GSM Operatorları istifadəçiləri üçün xüsusi güzəşt kampaniyalarını keçirirlər.
Bildiyiniz kimi, «Opera» ilə yeni əməkdaşlığa . Həmin əməkdaşlıq çərçivəsində, Opera Mini-ni artıq tanıtmağa başlayıb. Bu münasibətlə də, Opera-nın səhifələri sıxışdırmağı və qənaətindən bəhs edən video rolik hazırlayıb.
( Ətraflı oxuyun )
- +1
- 26 декабря 2011, 17:51
- 3
Bakcell → Bakcell və Opera ilə "Limitsiz internet" yeniləmə#1

Bu gün, ilə -nın tədbirinə dəvət almışdıq.
Tədbirdə Bakcell ilə Opera arasında olan əməkdaşlıq barədə məlumat verirdilər. Bundan sonra Bakcell istifadəçiləri, Opera Mini browseri ilə internetdə daha sərfəli vaxt keçirəcəklər. Tədbirdə həm Bakcell CEO-su Riçard Şirer, həm də Operadan MDB üzrə General Manager Mikhail Ilin əməkdaşlıq barədə məlumat verdilər.
İnternetdə limitsiz gəzmək imkanını aylıq 1.99 manata və ya gündəlik 19 qəpiyə əldə etmək mümkün olacaq.
Yeniləmə#1: Opera üçün hazırlanmış səhifədə — «2011-ci ilin Dekabr 1-dən- 2012-ci ilin Martın 1-ə kimi müddətdə Siz Opera Mini ilə 1 aylıq limitsiz İnterneti cəmi 1.99 AZN-ə əldə edə bilərsiniz» deyə qeyd edilir. Bu da ola bilsin ki, kampaniya xarakteri daşıyır. Çünki, cədvəldə aylıq qiymət başqa formada göstərilib. Əgər bir dəyişiklik olsa bu barədə yenidən düzəliş edərəm.
Limitsiz internet paketlərinə qoşulmaq üçün SMS ilə 1 (1 gün üçün) ya da 30 (1 ay üçün) yazaraq 6464-ə yollamaq lazımdır. Yəqin ki, qısa müddətə Bakcell-in saytında tariflər və əməkdaşlıq barədə daha ətraflı məlumat verilər.
( Ətraflı oxuyun )
- +3
- 1 декабря 2011, 13:56
- 3
Blog: AndroidAz → Opera Mini artıq, məşhur deyil!

Google, Android ƏS ilə və əsasən də mobil telefonlar üçün browser'lərin reytinqində çox uğurlar qazanır. Net Applications tədqiqat firması bildirdi ki, Android-smartphone'larında default olaraq gələn browser, Opera mini'ə nisbətən daha məşhurdur.
( Ətraflı oxuyun )
- 0
- 11 ноября 2011, 15:52
- 7
Blog: Tural → Opera Mini 6.5 və Opera Mobile 11.5 yeniləndi

Opera Mini mobil internet brauzerinin yeni versiyası yayımlandı. 6.5 nömrəli yeni versiya iPhone, iPad, BlackBerry və Java dəstəkli telefonlarda işləyir. Symbian S60 ağıllı telefon istifadəçiləri isə Opera Mobile 11.5 variantından faydalana bilər.
Bu yenilənmə ilə birlikdə gələn ən böyük yenilik istifadəçilərin məlumat istifadəsini təqib edə bilməsidir. Opera yeni versiyanın məlumat istifadəsində 90% nisbətində qənaət təmin edə biləcəyini iddia edir. Bu veb brauzeri o qədər sürətlidir ki, Opera 3G əlaqəsinə ehtiyac duymadan belə yaxşı bir gəzişmə təcrübəsi yaşanacağını iddia edir. İnternet brauzeri həm cəmi həm də keçici bir müddət üçün məlumat istifadəsini təqib altına alır.
( Ətraflı oxuyun )
- 0
- 3 ноября 2011, 10:22
- 1
Blog: sandstorm → Yeni - Opera Mini 6 və Opera Mobile 11 yaxında

Opera Software şirkəti elan etdi ki, yaxınlaşan CTIA (22 mart, Orlando, ABŞ) sərgisində öz mobil brauzerlərinin yeni versiyalarını təqdim edəcək – Opera Mini 6 və Opera Mobile 11. Opera Mini 6-da məhz hansı yeni imkanlar olacaq, hələ ki, məlum deyil. Yalnız Opera Mini nümayişinin iPhone və iPad-da keçiriləcəyi bildirilir. Bu brauzer həmçinin Android, BlackBerry OS, Symbian və J2ME üçün də təqdim olunacaq.
( Ətraflı oxuyun )
- +1
- 19 марта 2011, 14:49
- 8
Opera → Opera həm Flash həm də HTML5 dəstəkləyəcək
Operanın cib telefonları üçün inkişaf etdirdiyi məşhur internet browseri Opera Mobile-ın yeni versiyası artıq həm Flash həm də HTML5 dəstəkləyəcək. Firma, təyin etdiyi yol xəritəsi daxilində bu planı tətbiqə keçirəcəyini rəsmi blog-unda qeyd edib.Şirkətin açıqlamasında: «Yeni texnologiyalarla birlikdə Flash istifadəsi get-gedə azalsa da uzunca bir müddət fəaliyyətini itirməyəcək. Əgər telefonunuzda yüklüdürsə, Opera bunu dəstəkləməyə davam edəcək.»
Opera destkop versiyada istədiyi uğuru əldə edə bilməsə də, mobil bazarda kifayət qədər yüksək uğur əldə edib. Hər bir smartfon əməliyyat sistemləri üçün xüsusi buraxılışları var və mütəmadi yeniləmələri də edir. Opera əgər Flashı Skyfire kimi, telefonda qurulu olmadan da dəstəkləsə idi, rəqibsiz olardı.
- +1
- 8 декабря 2010, 17:21
- şərh yaz
Yazı-Pozu → Android üçün browserlər
Android üçün müxtəlif browserlər var. Hərəsinin də özünə görə xüsusiyyəti var. Onlar haqqında ümumi yazmaq istəyirəm. 4 browseri sınadım və nəticələri, xüsusiyyətləri haqqında bir az cızma-qara edirəm. İlk olaraq əlbəttə Androidin öz default browserindən başlayım. Saytları açmaq sürəti yaxşıdır. Səhifələri olduğu kimi göstərir. Ümumi götürdükdə əgər internet bağlantısında problem və limit yoxdursa istifadə etmək olar. 4 browseri eyni vaxtda açdım, eyni sayta daxil oldum, 21 MB RAM-dan yeyirdi.
( Ətraflı oxuyun )
- +3
- 4 октября 2010, 00:49
- 8
Opera → Opera Mini, App Store lideri

Ötən ay App Store`da yerini alan və bir neçə gün əvvək Apple tərəfindən rəsmi olaraq təsdiqlənən Opera Mini demək olar ki hər kateqoriyada liderliyi ələ keçirib. Uzun bir vaxt idi ki, Apple, Safar`inin bütün göstəricilərinin yerində olduğunu və əlavə browserə ehtiyac olmadığını deyərək başqa browseri App Store`a qəbul etmirdi. Qısa müddətdir əlavə olunmasına baxmayaraq istifadəçilərin böyük rəğbəti ilə qarşılaşıb. Elə bil Appke istifadəçiləri Opera`nı gözləyirmiş
Apple istifadəçiləri, hələ bir neçə gün olmasına baxmayaraq Opera Miniyə böyük maraq göstərdi. Ən çox endirilən və ən çox səs verilən ödənişsiz tətbiqlər kimi kateqoriyalarda bu aralar açıq olaraq birinci olan Opera Mini, bu sayədə bazar payını da bir xeyli artırmış olacaq.
- +1
- 15 апреля 2010, 02:24
- 3
Mobil Texnologiya → Opera Mini artıq iPhone`da! [video]
Mobil browserlər arasında ən çox istifadə olunan Opera Mini artıq iPhone`larda da istifadəyə hazırdı. Mart ayının 23-də öz saytları üzərindən rəsmi şəkildə press-reliz . Opera Mini Apple App Store`a təqdim olunubdu. İndi təsdiqlənməyini gözləyir. Mobil Dünya Konqresi 2010`da ilk dəfə ortaya çıxan və çox müvəffəqiyyətli olan browser, rəqiblərinə görə 6 qat sürətli olmaqla öyünür. Bunun arxasındakı texnologiya isə Operanın serverlərində yatır. Şirkətə görə, açılacaq səhifəni 90% nisbətində sıxışdırıb daha sonra telefona köçürən bu sistem, həm sürət həm də endirilən məlumat baxımından istifadəçiyə asanlıq yaradır. Safari üçün webdə də ciddi rəqib olan Opera`nı görək Apple mobil cihazlarında da özünə rəqib olmaq üçün App Store`a qəbul edəcək, ya yox. Hər halda Opera artıq iPhone üçün tam hazırdı. Qalır Apple`ın Store üçün təsdiqləməyi. Hətta nümunə videosu da çəkilibdi:( Ətraflı oxuyun )
- 0
- 24 марта 2010, 01:47
- 2



