Blog: sandstorm →  Yeni - Opera Mini 6 və Opera Mobile 11 yaxında



Opera Software şirkəti rəsmən elan etdi ki, yaxınlaşan CTIA (22 mart, Orlando, ABŞ) sərgisində öz mobil brauzerlərinin yeni versiyalarını təqdim edəcək – Opera Mini 6Opera Mobile 11. Opera Mini 6-da məhz hansı yeni imkanlar olacaq, hələ ki, məlum deyil. Yalnız Opera Mini nümayişinin iPhone və iPad-da keçiriləcəyi bildirilir. Bu brauzer həmçinin Android, BlackBerry OS, Symbian və J2ME üçün də təqdim olunacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Opera →  Opera həm Flash həm də HTML5 dəstəkləyəcək

Operanın cib telefonları üçün inkişaf etdirdiyi məşhur internet browseri Opera Mobile-ın yeni versiyası artıq həm Flash həm də HTML5 dəstəkləyəcək. Firma, təyin etdiyi yol xəritəsi daxilində bu planı tətbiqə keçirəcəyini rəsmi blog-unda qeyd edib.

Şirkətin açıqlamasında: «Yeni texnologiyalarla birlikdə Flash istifadəsi get-gedə azalsa da uzunca bir müddət fəaliyyətini itirməyəcək. Əgər telefonunuzda yüklüdürsə, Opera bunu dəstəkləməyə davam edəcək.»

Opera destkop versiyada istədiyi uğuru əldə edə bilməsə də, mobil bazarda kifayət qədər yüksək uğur əldə edib. Hər bir smartfon əməliyyat sistemləri üçün xüsusi buraxılışları var və mütəmadi yeniləmələri də edir. Opera əgər Flashı Skyfire kimi, telefonda qurulu olmadan da dəstəkləsə idi, rəqibsiz olardı.
Paylaş :

Opera →  Opera Mobile Android üçün istifadəyə verildi.


Opera-nın web browseri bazarda istədiyi mövqedə olmasa da mobil browseri ən çox istifadə edilənlər sırasındadır. Demək olar ki, bütün mobil platformalarda istifadə edilən bu browserin Android üçün də xüsusi versiyası istifadəyə verilib. İndiyə qədər Android üzərindən Opera Mini işlədilirdi. Artıq Opera Mobile browseri istifadə etmək mümkün olacaq.
Mobile-ın, Mini-dən həm sürət həm də funksional üstünlükləri var. Məsələn, Mini multitouch-ı dəstəkləmirdi, Mobile isə dəstəkləyir.
Rəsmi press-reliz- www.opera.com/press/releases/2010/11/09/
Paylaş :
  • 0
  • 9 ноября 2010, 15:02
  • Weboxu
  • 2

Yazı-Pozu →  Android üçün browserlər

Android üçün müxtəlif browserlər var. Hərəsinin də özünə görə xüsusiyyəti var. Onlar haqqında ümumi yazmaq istəyirəm. 4 browseri sınadım və nəticələri, xüsusiyyətləri haqqında bir az cızma-qara edirəm.
İlk olaraq əlbəttə Androidin öz default browserindən başlayım. Saytları açmaq sürəti yaxşıdır. Səhifələri olduğu kimi göstərir. Ümumi götürdükdə əgər internet bağlantısında problem və limit yoxdursa istifadə etmək olar. 4 browseri eyni vaxtda açdım, eyni sayta daxil oldum, 21 MB RAM-dan yeyirdi.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 4 октября 2010, 00:49
  • Shaig
  • 8

Opera →  Opera Mini, App Store lideri


Ötən ay App Store`da yerini alan və bir neçə gün əvvək Apple tərəfindən rəsmi olaraq təsdiqlənən Opera Mini demək olar ki hər kateqoriyada liderliyi ələ keçirib. Uzun bir vaxt idi ki, Apple, Safar`inin bütün göstəricilərinin yerində olduğunu və əlavə browserə ehtiyac olmadığını deyərək başqa browseri App Store`a qəbul etmirdi. Qısa müddətdir əlavə olunmasına baxmayaraq istifadəçilərin böyük rəğbəti ilə qarşılaşıb. Elə bil Appke istifadəçiləri Opera`nı gözləyirmiş

Apple istifadəçiləri, hələ bir neçə gün olmasına baxmayaraq Opera Miniyə böyük maraq göstərdi. Ən çox endirilən və ən çox səs verilən ödənişsiz tətbiqlər kimi kateqoriyalarda bu aralar açıq olaraq birinci olan Opera Mini, bu sayədə bazar payını da bir xeyli artırmış olacaq.
Paylaş :
  • +1
  • 15 апреля 2010, 02:24
  • Weboxu
  • 3

Mobil Texnologiya →  Opera Mobile 10, Google Nexus One`da

Web browser olaraq rəqiblərindən xeyli geridə qalan Opera, mobil bazarda özünü sübut etmişdir. Onun mobil məhsulu kifayət qədər populyardır. Artıq bu Opera Mobile`dan Nexus One`da da istifadə etmək mümkün olacaqmış:
Paylaş :
  • 0
  • 21 февраля 2010, 01:08
  • Shaig
  • 4