yazDroid Bloq →  Endi Rubin Androidin standartlaşdırma şayiələrini təkzib etdi



Çoxdandır internetdə Android əsaslı mobil telefonların fraqmentasiya problemləri haqda müzakirələr gedir. Hazırladıqları tətbiqləri müxtəlif ekran ölçüləri, Android versiyaları və texniki platformalar altında adaptə edən tərtibatçıların isə hələ heç bir şikayətləri olmayıb.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: ceyhun_mikayil →  Ubuntu haqqında (Açıq qaynaqlı Linux distributivi)

Pulsuz və daim dəstəklənən əməliyyat sistemi Ubuntu:
Ubuntu, Debian əsaslı, quruluş ve istifadə asanlığı ilə önə çıxan bir Linux distributividir. Canonical Ltd.‘nin ( Mark Shuttleworth’un ) sponsorluğunda inkişaf etdirilir. Ubuntu’nun hədəfi son istifadəçilərin əldə edə biləcəkləri asan, sürətli, pulsuz, güclü bir əməliyyat sistemi yaratmaqdır. Ubuntu, Zulu dilində: “Mən, sən sən olduğun üçün, mənəm” deməkdir, eyni zamanda “başqalarına qarşı mərhəmətli, şəfqətli, xeyirsevər” olmaq kimi insani dəyərlərin təməl alındığı dünya görüşüdür. İnsanlıq üçün Linux (Linux For Human Beings) sloganını istifadə edən Ubuntu, Debian‘dan fərqli olaraq hər 6 aydan bir yeni distributiv; her distributiv üçün də 18 ay dəstək təqdim etməkdədir. Ayrıca 3 il Masaüstü ve 5 il Server sistem dəstəyi göstərən ve müəyyən müddətdən bir çıxarılan Uzun Zamanlı Dəstək (Long Term Support, LTS) distributivləri də mövcuddur.

Ubuntu layihəsinin məqsədi, hər istifadəçinin rahat bir şəkildə istifadə edəcəyi, tamamilə açıq qaynaqlı ve qərarlı bir əməliyyat sistemi yaratmaqdır. Bu əməliyyat sistemi GNU/Linux haqqında heç təcrübəsi olmayan kəslərin başlaması üçün ideal bir seçimdir. Bu əməliyyat sistemindən kompyuter arxasına yeni oturan eləcədə uzun illər boyunca professionallaşmış İT ustaları da bəhrələnə bilərlər.

Qısa olaraq tarixi haqqında :

( Ətraflı oxuyun )
Paylaş :